Bu məqalə “Mən səyyah olsaydım” haqqında inşa yazmağınıza yardım edəcəkdir. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..
Mən səyyah olsaydım ən böyük arzularımdan biri dünyanı gəzib-dolaşmaq olardı. Çünki, dünyamız min-bir gözəllik və möcüzəylə doludur və məncə bunları kəşf edilmək üçün yaradılıb. Bir səyyah kimi bilinməyənlərə doğru addım atar,qarış-qarış gəzər, öyrənər və paylaşardım.
Atalarımız yaxşı deyib:
“Çox yaşayan çox bilməz, çox gəzən çox bilər.”
Bu uzun yola doğma vətənim Azərbaycanın gözəlliklərini gəzərək, kəşf edərək başlardım. Hər bir daşı tarix olan Qobustanımı, gözəl Göy gölümü, bənzərsiz Şəki xan sarayını, xarı bülbüllü Şuşamı və digər ecazgar diyarlarımız böyük həyəcan və maraqla dolaşardım. Uca Allahın vətənimə bəxş etdiyi nemətlərlə, atalarımızın miras qoyduğu tarixi əsərlərimizlə tanış olduqdan sonra artıq sərhədləri aşıb dünyaya doğru addımlardım.
Bu macəra dolu səyahətdə öncə Dünya 7 Möcüzəsini öz gözlərimlə gəzib-görmək, kəşf etməyi istərdim. Xüsususilə sirli və ecazkar Misir piramidalarını görmək məndə böyük həyəcan və maraq doğurardı.
İnsan səyahətə çıxdıqda təkcə dünyanı deyil, həm də özünü kəşf etmiş. Nəyi sevir,nəyi sevmir, nə ona maraqlı gəlir nə maraqsız.. Yəni insan dünyanı tanıdıqca həm də özünü tanımmış olur.
Səyahətimi ən çox da qatarla etməyi sevirəm. Çünki, qatarla getdikdə pəncərədən yollara nəzər salmaq insanda xüsusi bir hiss oyadır.
Babam hər zaman belə deyərdi:
“Bizim dünyadakı bu ömrümüz özü bir səyahətdir və hər birimiz də bir səyyahıq. Gəlirik, kəşf edirik, öyrənirik və gedirik.”
Axtarış sözləri: mən səyyah olsaydım esse,mən səyyah olsaydım inşa,men seyyah olsaydim ,men seyyah olsaydim,mən səyyah olsaydım haqqında inşa,Mən səyyah olsaydım
Sponsor Linklər
Cok guzel
Evet
Salam necesiniz ❤️
Əla
Salam