mən komandir olsaydım adlı esse,mən komandir olsaydım haqqında esse
4.2
(105)

Bu mövzu Mən komandir olsaydım adlı esse yazmağına yardım edəcək. Esse sənə fikir vermək məqsədiylə yazılıb. Çalış ki, ona öz fikir və sözlərini də əlavə edəsən. Sonda şərh yazaraq öz düşüncələrini bizimlə paylaş.


GİRİŞ
Komandir olmaq, ordunun bir hissəsini idarə etmək böyük şərəfdir. Bu həm də əsl məsuliyyət, zəka və bacarıq tələb edir. Hər kəs əsgər ola bilər, ancaq hər kəs komandir ola bilməz.


ƏSAS HİSSƏ
Komandir olsaydım əsgərlərə vətən sevgisini aşılayar, vətənimizi daha çox sevməsi, tanıması və qoruması üçün planlı tədbirlər görərdim. Çünki, bir əsgərdən tələb olunan əsas özəllik vətən sevgisidir. Əgər bu yoxdursa, digər keyfiyyətlər də önəmsizdir.
Bir komandir olaraq, həmçinin əsgərlərin daha cəsur və iradəli olması üçün fiziki və pxixoloji məşqlər təşkil edər, rəqabətli yarışlar keçirdərdim. Ürəyində vətən sevgisi olan, cəsur və iradəli əsgər qarşısındə heç bir düşmən tab gətirə bilməz.


Mən komandir olsaydım əsgərlərin fiziki gücü qədər, zehni gücünün də artırılması üçün təlimlər edərdim. Çünki, istənilən döyüş və müharibədə bədən gücü qədər beyin gücü də önəmlidir. Kitablar oxumaq, krasvord və tapmacalar həll etmək, yaddaş və diqqət gücləndiric zehin oyunları təşkil etmək və s. bunun kimi məşqlər ilə əsgərlərə zehin məşqi etdirərdim. Bu da hərbçilərin zəka, məntiq və yaddaş gücünü daha da artırardı.
Komandir olsaydım, əsgərlərin siqaret çəkməsini qadağan edər, bunu pozanları isə ağır cəzalandırardım. Çünki, siqarət təkcə əsgər üçün deyil, hər bir insanın sağlamlığı üçün düşməndir.


Həmçinin bir komandir olsaydım, əsgərlərlə bütün bilik və təcrübələrimi bölüşməklə bərabər, onların hər birinə öz övladım kimi diqqət və qayğı göstərər, daha yaxşı vətənə xidmət edə bilmələri üçün canla və başla çalışardım. Məncə bu hər bir komandirin əsas vəzifə və borcudur.
Mən komandir olsaydım, Qarabağın minalardan təmizlənməsi üçün xaricdən xüsusi minatəmizləyən heyvanların və kiçik robotların gətirilməsi üçün təkliflər verər, hansı tədbirləri görmək gərəkdirsə edərdim.
Bir komandir kimi, ən nizam-intizamlı əsgərlərə bayramlarda və özəl günlərdə öz sevdikləri ilə vaxt keçirməsi üçün daha çox icazə verərdim. Beləcə həm də onların ailəsini, xüsusilə də vətənə belə igid oğullar bəxş etmiş anaları sevindirmiş olardım.


NƏTİCƏ
Hərbi dəstənin Vətənə uğurlu və layiqli xidmət etməsi həm də komandirin idarəetməsindən asılıdır. Qazanılan hər bir qələbə və zəfərdə komandirlərimizin böyük əməyi və zəhməti vardır. Qarabağ Zəfərinin memarlarından biri də məhz onlardır. Komandir olsaydım, gələcək zəfərlərə imza atacaq əsgərlərin yetişdirilməsi və vətənə layiqincə xidmə etməsi üçün canla və başla çalışardım.

Mən komandir olsaydım esse


Bənzər mövzular:

Axtarış sözləri: mən komandir olsaydım adlı esse,mən komandir olsaydım haqqında esse,mən komandir olsaydım nə edərdim esse,mən komandir olsaydım inşa,men komandir olsaydim esse,men komandir olsaydim haqqinda insa,mən komandir olsaydim esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 105

İlk səs verən sən ol!

6 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir