kicik yasda olanlar da xeyirxah isler gore biler insa
4.3
(192)

Bu məqalə “Kiçik yaşda olanlar da xeyirxah işlər görə bilərlər  mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

Yaxşılıq etmək hər bir insanın öz insanlıq borcudur.Ən gözəl insan xeyirxah insandır. Bizlər xeyirxah işlər görərək gözəl əməl sahibi olduqda həm özümüzə həm də ətrafımıza böyük sevinc bəxş etmiş oluruq. Bu həm də insanların bir-birinə sevgi və hörmət bəsləməsinə vəsilə olur.

Yaxşılıq yaşa baxmır. Yəni azyaşlı uşaqlar belə böyük xeyirxah işin bir parçası ola bilərlər. Çünki, xeyirxahlıq ürəkdən gəlir. Bu yaxşlıq uşaqları həm də tərbiyə edir. Allah öz kitabında hər bir insanı yaxşılığa dəvət edir, bizlərə xeyirxah əməl sahib olmağı buyurur. Yaxşılıqla bağlı Məhəmməd peyğəmbərin belə bir kəlamı vardır:
Bir insanın həqiqi sərvəti bu dünyada etmiş olduğu yaxşılıqlardır.
Xeyir işlər hər bir insan üçün qürur mənbəyidir. Məhz bunlar sayəsində insan həyatı daha mənalı və gözəl keçir.
Hər şeydən öncə yaxşı bir insan ol. Anam və Atam mənə əsas bunu öyrədib. Məncə bu dünyada insan xeyir işləri ilə tanınırsa artıq o həyyatda özünü uğurlu və xoşbəxt saya bilər.

Mən yaşlı insanların ağır yükü olduqda onlara əl tutur,marşrutda gördükdə dərhal yer verirəm. Onlar hərdən də başıma sığal çəkərək gülümsəyir, öz minnətdarlıqlarını bildirirlər.
Ac-susuz heyvanlar gördükdə onları bəsləyir, sevgi və qayğı göstərirəm.Bu heyvanları çox sevirəm, ən çox da balaca pişikləri.
Bir dəfə məktəbə gedərkən bir xanımın maşını yoldan keçməkdə çətinlik çəkdiyini və gözlərini zəif gördüyünü anladım.Balaca olsam da xanımın qolundan tutaraq birgə yolu keçdik. O mənə öz təşəkkürünü və minnətdarlığını bildirdi.

Mən həmçinin bağımımızda və həyətimizdə ağacların əkilməsində də yaxından iştirak edirəm. Babam və atamın köməkliyi ilə ağacı əkdikdən sonra onu su verirəm. Təbiət də bizim doğma anamızdır və ona da sevgiylə yanaşmalı, qayğı göstərməliyik. Bunun özü də xeyir iş sayılır. Bu cür yaxşılıqlar insanı dəyərli və xoşbəxt hiss etdirir.

Kiçik yaşda olanlar da xeyirxah işlər görə bilərlər inşa

Atam bir dəfə demişdi ki, bir insanı pis əməldən uzaqlaşdırmaq da xeyirxah iş sayılır. Bu sözü qulağıma sırğa etmişdir. Və bir gün uşaqlardan biri qarışmaq yuvasını dağıtmaq istədiyini dedi. Mən uşağa dedim:
“Qarışqalar da bir canlıdır. Özü də çox zəhmətkeş və çalışqandırlar. Onları da Allah yaradıb. Əgər birisi gəlib sənin evinə zərər vursa, dağıtmaq istəsə özünü necə hiss edərsən?” Bu sözlərimlə həmişə təsir etməyi və fikrindən döndərməyi bacardım. Beləcə minlərlə qarışqanın yuvasını xilas etdim.

Heç unutmuram, bir dəfə müəllimim yaxşı əməllərimdən xəbər tutut məni hər kəsin önündə təriflədi:
“Aqil sən çox səxavətli və böyük ürəkli bir uşaqsan. Həm ağıllı, çalışqan bir şagird, həm də mərhəmətli və vicdanlı bir insan kimi sən çoxlarına nümunəsən. “

Uşaqların kiçik yaşlarından xeyirxah işlərə qoşulması onları daha əxlaqlı və iradəli yetişmələrinə töhvə verir. Bu da gələcəkdə daha yaxşı və uğurlu bir insan olmalarına zəmin yaradır.
Dünyamız xeyirxah insanların sayəsində gözəlləşir və inkişaf edir. Məncə bu dünyada xeyir iş görən unudulmur. Daima yaddaşlarda və ürəklərdə yaşayır.

Bənzər mövzular:

Axtarış sözləri: kicik yasda olanlar da xeyirxah isler gore bilerler haqqinda melumat,kicik yasda olanlar da xeyirxah isler gore bilerler insa,kiçik yaşda olanlar da xeyirxah işlər görə bilərlər inşa,kicik yasda olanlar da xeyirxah isler gore bilerler movzusunda insa,xeyirxahlıq haqqında inşa,kicik yasda olanlar da xeyirxah isler gore biler haqqinda insa,kiçik yaşda olanlar da xeyirxah işlər görə bilərlər adlı inşa,kiçik yaşda olanlar da xeyirxah işlər görə bilərlər mövzusunda inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 192

İlk səs verən sən ol!

20 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir