İstəklərimizin sərhədi olmalıdır haqqında esse, isteklerimizin serhedi olmaidir haqqinda esse yaz,
4.5
(37)

Bu məqalə İstəklərimizin sərhədi olmalıdır haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ

 Hər insanın ürəyi gözəl arzu və istəklərlə doludur. Onlar bizim həyatımızı daha gözəl, mənalı və xoş edirlər. Bəs istəklərimizin bir sonu və sərhədi olmalıdırmı?

ƏSAS HİSSƏ

İstəmək və arzulamaq hər insanın təbii haqqıdır. Əlbəttə insan istəsə və inansa istəklərini gerçəkləşdirə bilər. Ancaq elə istəklər olur ki, onlar gerçəklikdən uzaq olur və insana xoşbəxtlikdən çox kədər verir. Bu cür istəklər insanda xəyalqırıqlığı yarada və insanın inamını zədələyə bilər. Buna görə də. insan öz həddini və sərhədini bilməlidir. Hədəf və məqsədlərimiz bizim özümüzə uyğun olmalıdır.

Gözəl şeylər arzulamaq və istəmək özü də gözəldir. Ancaq qədərində olduqda.İnsanın arzu və istəklərinin sərhədi olmalıdır. Çünki, acgözlülük və tamah xoşbəxtlik gətirmir.Əksinə  insanın sahib olduğu xoşbəxtliyi və səadəti də itirməsinə səbəb ola bilir. Bu da sonda peşmançılıq və xəyalqırıqlığına səbəb olur. Lakin bu o demək deyil ki, insanın böyük arzuları,hədəf və xəyalları olmamalıdır. İnsan həyatını daha gözəl edəcək böyük hədəfi və xəyalı olmalıdır. Ki, həyatı daha mənalı və uğurlu keçsin. Burda əsas məsələ öz qədərini və sərhədini bilməkdir.

Bəzən adamlar sonsuz arzu və istəklərə qapılır.  Onlar elə gəlir ki, istəkləri nə qədər çox olsa xoşbəxt olma ehtimalları da bir o qədər yüksək olar. Əslində isə bu böyük yanılqıdır. Bəzən insanlar elə sanır ki, ən varlılar, çoxlu əşyalara sahib olanlar dünyanın ən xoşbəxtidirlər. Əlbəttə pul insanın xoşbəxtliyi üçün önəmli vasitədir. Ancaq bu dünyadakı ən xoşbət adamlar  ən varlılar deyil.  Ən xoşbəxt insanlar sevdiyi işin görən  və sevib-sevilən insanlardır.

Gözütox bir adam olmaq da gözəldir.İnsan ehtiyacı qədərini istəməlidir ki, başqalarının ehtiyacı da ödənə bilsin. Və unutmamalıdır ki, arzu və istəklər sonsuz olsa da, bu ömrün bir sonu var.   

NƏTİCƏ

Ən çoxunu istəmək hər zaman insana xoşbəxtlik gətirmir. Elə istəklər vardır ki, azı çoxundan daha çox xoşbəxt edir insanı.  Hər kəs öncə özünü tanımalı, öz potensialını bilib ona görə həyatda arzu və istəklərini müəyyənləşdirməlidir.  Belə olduqda insan nə istədiyini həqiqətən biləcək və onu xoşbəxt edən istəklər uğruna çalışacaqdır.  Əsl uğur məhz budur.

İstəklərimizin sərhədi olmalıdır haqqında esse

Bənzər mövzular:

Axtarış sözləri: İstəklərimizin sərhədi olmalıdır haqqında esse, isteklerimizin serhedi olmaidir haqqinda esse yaz,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.5 / 5. Səs sayı: 37

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir