Hər bir yenilik çətinliklə başa gəlir inşa

Hər bir yenilik çətinliklə başa gəlir
3.2
(5)

Burdakı məqalə Hər bir yenilik çətinliklə başa gəlir mövzusunda inşa yazmağına yardım edəcək. İnşa sənə fikir vermək məqsədiylə yazılıb. Çalış ki, ona öz fikir və sözlərini də əlavə edəsən. Sonda şərh yazaraq öz düşüncələrini bizimlə paylaşa bilərsən.


Giriş

Həyatın hər anı yeniliklərlə zəngindir. İnsanlığın inkişafı və tərəqqisi məhz yeniliklər sayəsində gerçəkləşir.


Əsas Hİssə

Yeniliklərin olmadığı bir dünya xəyal edin. Bu maraqsız və mənasız bir dünya olardı, elə deyilmi?
Yeni fikirlər, yeni ixtira və kəşflər hər zaman çətinliklə, zəhmətlə başa gəlir.
İnsanın yeniliyə adaptasiya olması müəyyən zaman və əmək tələb edir.
Yenilik insanda qorxu və həyəcan yaradır, çünki içində bilinməzlik var. Ancaq ən yeni fürsətlər, şanslar məhz bu yeniliklərdə gizlidir. Nə olursa olsun,insan hər zaman həyatında yeni bir başlanğıc edə bilər. Zəhmət, İnam və ümidin olduğu yerdə hər şey mümkündür. Arzu və istəklərimizə uyğun yeni məqsədlər, yeni hədəflər müəyyənləşdirməli, bu yolda əzmlə və inamla çalışmalıyıq. Yeniliyə doğru atılan ilk cəhdlər uğursuz ola bilər. Bu uğursuzluqlar isə öyrənmək və özünü inkişaf etdirib daha yaxşı bir başlanğıc etmək üçün gözəl fürsətlərdir. Onların hər biri dəyərli təcrübədir.

Bİr çox insan həyatında yenilik etməkdə çətinlik çəkir. Onlar köhnə yaşam tərzinin və vərdişlərin vermiş olduğu rahatlığı və dincliyi seçirlər. Ancaq risklərdən uzaq olan bu rahatlıq sonradan daha böyük çətinlilərə və problemlərə başlanğıc ola bilir. Konfort zona nə qədər rahat olsa da, o insanı inkişafdan və irəliləyişdən saxlayır. Təkrarlanan monoton həyat tərzindən uzaqlaşmaq və yeniliklərə açıq olmaqla insan özünə, öz gələcəyinə bir yaxşılıq etmiş olar.

Uğur qazanmış məşhurların həyat hekayələrinə nəzər salsanız açıq-aydın görərsiniz ki, onlar daim özlərini inkişaf etdirən, yenilikçi və cəsur insanlardır. Açıq fikirli və inkişafa meyilli insanlar hər zaman yenilikpərvər olurlar. Onlar həmçinin dövrün tələblərinə və zamana çox tez uyğunlaşır, beləcə daha uğurlu və yaxşı bir həyata sahib olurlar. Bir həqiqət var ki, o da insanların həyatını bir gündə dəyişmədikləridir. Yeniliyin həyatımızın bir parçasına çevriləsi zamanla pillə-pillə baş verən prosessdir.

Keçmişdən bu günə insanların çoxu köhnə adətlərə sadiq qalmış, yeniliklərə qarşı çıxmışdır. Buna baxmayaraq, zamanla bir çox yeniliklər köhnə adətlərə qalib gəlmiş və həyatımızın bir parçasına çevrilimişdir. Yeniliklərdən uzaq qalan xalqlar hər zaman inkişafdan və irəliləyişdən geri qalır, digər millətlərdən asılı duruma düşürlər.
Bir məsələ də var ki, hər yenilik hər zaman yaxşılıq gətirmir. Əgər bu yenilik köhnədən üstün və yaxşı cəhətlərə sahib deyilsə, o zaman o qəbuledilməzdir.


Nəticə
Yeni fikirlər, ixtira və kəşflər olmasaydı, bu günkü inkişafa nail olmazdıq. Hər bir insan həyatında daha yaxşı olmaq, inkişaf etmək və böyük uğurlar naminə yeniliklərə can atmalıdır. Hər kəs yolla həyatını daha mənalı, gözəl və xoş edə bilər. Əgər sənin də parlaq bir fikrin, gözəl bir xəyalın varsa, əmək sərf edib bunu gerçəkləşdirmək üçün çalış.

Hər bir yenilik çətinliklə başa gəlir inşa


Bənzər mövzular:

Axtarış sözləri: Hər bir yenilik çətinliklə başa gəlir inşa. her bir yenilik cetinlikle basa gelir insa yeni insan daima yeniliklere can atmalidir,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.2 / 5. Səs sayı: 5

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir