Bu məqalə “Həqiqəti inkar edən ziyan çəkər” mövzusunda inşa yazmağınıza yardım edəcəkdir. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..
Şərhlərdə öz fikrinizi bildirə, həmçinin inşaya öz əlavələriniz varsa onu da göndərə bilərsiz.
Həqiqəti inkar etmək də özü bir yalandır. İnsanlar həqiqəti bilsə belə bəzən onu inkar, qəbul etməkdə çətinlik çəkirlər. Çünki həqiqət çox vaxt acı olur və bəzi insanlar acı həqiqətdənsə şirin yalanları seçir.
Qorxu və qürur onların həqiqəti qəbul etməsinə əngəl olur. Əslində isə bu zəiflik əlamətidir. Çünki, doğru olanı olduğu kimi qəbul etmək böyüklük əlamətidir və bu böyük cəsarət istər. Yalnız cəsarətli və dürüst insanlar həqiqəti qəbul edər. Qorxaq və zəif insanlar isə onu hər zaman inkar edər. Onların gözləri görsə də, qulaqları eşitsə də, həqiqəti dillərində qəbul etməzlər.

Bu cür adamlara sonda qalan isə yalnız vicdan əzabı və peşmançılıq olur.
Biz həqiqəti yalansız olduğu kimi söyləməli, onun gizləməmiyik. Çünki nə qədər gizlədilsə də həqiqətlər gec-tez üzə çıxır və bundan ən çox yalançılar və yalana şərik olanlar ziyan çəkir. Həqiqətin inkar edən adam tək özünə deyil, həm də ətrafındakı insanlara ziyan vura bilər.
Sponsor Linklər
Məsələn,bizə düşmən olanlar Azərbaycan həqiqətlərini inkar edir, öz yalanlarını isə həqiqət kimi göstərirlər. Ancaq bizim həqiqətimiz qarşısında onların yalanları çox aciz və gülünc qalır. Ən böyük ziyanı da məhz həqiqəti inkar edən düşmənlərimiz çəkəcək.
Həqiqəti nə qədər inkar edilsə də həqiqət olaraq qalır. İstər bir nəfər inkar etsin, min həqiqət yenə həqiqətdir.
Dahi şairimiz Hüseyn Cavidin də dediyi kimi:
“Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir.”
Həqiqəti inkar edən ziyan çəkər mövzusunda inşa
Haqq və həqiqət nədirsə ona qarşı olmayaq,ona tərəf, dəstək olaq. Qorxu və qürurumuzu deyil, vicdanımızı dinləyək. Bir şeyi unutmayaq ki, Allah hər zaman haqqın və həqiqətin tərəfindədir. Və o həmişə həqiqəti seçənlərin yanındadır.
Bənzər inşalar:
Xeyirxah insanlar unudulmur insa
Mübariz iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq inşa
Vicdan susarsa inşa
Axtarış sözləri: həqiqəti inkar edən ziyan çəkər mövzusunda inşa yazın,həqiqəti inkar edən ziyan çəkər esse,heqiqeti inkar eden ziyan ceker movzusunda insa yazmaq,həqiqəti inkar edən ziyan çəkər mövzusunda inşa
Bəyənmədim çox qısadır
Elə vacibdirsə, asandırsa və bəyənmədinsə özün də yaza bilərsən.
Bana ne
Hə çox qısadı doxun varsa özün yaz
Çoooooooooox qəşək sozlərdir
Mence coxxx gozeldir men beyendimmm
ElA
ne gosel sozlerdir
Çox bəyəndim həqiqət belə olamlıdır👏🏻👍🏻
Özün yaz onda
Əladı bəziləri bəyənməsədə gözəldi🥲🙂😍🥰
Zor inşadır . Sevdim💥