Bu məqalə Gözəl düşünən gözəl görər haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz.. Bu sizin beyniniz üçün də faydalıdır.
Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
Həyat min-bir gözəlliklə zəngindir. Allah görən gözlər üçün sonsuz gözəlliklər yaratmışdır. Bunları görmək üçün həm də gözəl düşüncəyə sahib olmaq gərəkdir. Gözəl düşünən bir insan olduqda həyatın gözəllikllərinin daha yaxşı fərqində oluruq.
ƏSAS HİSSƏ
İnsan nəyi düşünürsə, həyatda da onu görür. Gözəl düşünən gözəlliyi, pis düşünən pisliyi görər. Bizə pis kimi gələn hər şeyin əslində yaxşı və gözəl bir tərəfi vardır.Ancaq bunu yalnız gözəl düşüncəyə sahib pozitiv insanlar görə bilir. Bir dahinin dediyi kimi:
Sponsor Linklər
“Hər şeydə bir gözəllik vardır, lakin bunu hər kəs görmür.”
Onlar hər pisdə bir yaxşı tapa bilirlər. Pozitiv insanlar düşüncələri ilə həm öz həyatlarına həm də ətrafına insanlara gözəllik gətirirlər. Şikayət əvəzinə şükür edir, sahib olduqları gözəlliklərin fəriqndə olur və dəyərini bilirlər.Bu cür insanlar harda olurlarsa olsun, həyatın gözəl tərəflərini görür və məmnun olurlar.
Pessimist, yəni mənfi fikirli adamlar isə həyatın daha çox neqativ tərəflərini fokuslanırlar. Bu cür adamlar hətta gözəllikdə belə bir qüsur, nöqsan axtarıb tapmağa çalışırlar. Onlara dostlarımız, qohum və tanışlarımız arasında rast gələ bilərik. Pis fikirli insanlar təkcə öz həyatlarına deyil, ətrafına da mənfi təsir edirlər. Pessimit adamlar daha çox tənqid və təhqirə əl atır, həyatdan daim şikayət edirlər. Ancaq pis düşünməklə həyatını gözəl edə bilmərsən.
Bəzən önyarqılar, yanlış düşüncə tərzi insanın gözünə pərdə salır. Beləcə o adam gözəlliyi görə bilmir ya da çox gec görür. Əslində insanın düşüncə tərzi onun mühitinə görə formalaşır. Yəni, bir adamın ətrafında pozitiv enerjili, gözəl düşüncəli insanlar çox olanda o özü də elə birisinə çevrilir. Buna görə də biz çalışmalıyıq ki, gözəl düşüncəyə və fikrə sahib insanlarla dostluq, yoldaşlıq edək. Pis fikirli olanlardan isə uzaq olaq.
NƏTİCƏ
Gözəl düşünmək həm də xoşbəxtliyin açarlarından biridir. İnsan həyata olan baxış bucağını dəyişməli və ona fərqli bir gözlə baxmağı bacarmalıdır. Həyatını gözəlləşdirmək istəyirsənsə öncə düşüncəndən başla. Gözəl düşün və gözəl yaşa.
Gözəl düşünən gözəl görər haqqında esse
Bənzər mövzular:
- Mənalı Gözəl Sözlər
- Pozitiv sözlər
- Yaxşı insan olmaq nə deməkdir mövzusunda esse
- Kiçik yaşda olanlar da xeyirxah işlər görə bilərlər inşa
Axtarış sözləri: gözəl düşünən gözəl görər haqqında inşa,gözəl düşünən gözəl görər inşa,gözəl düşünən gözəl görər haqqında məlumat,gozel dusunen gozel gorer haqqinda esse,gözel düşünen gözel görer esse,gozel dusunen gozel gorer insa
Çaşıb 3 ulduz göndərdim. Çox xoşuma gəldi.
Maraqlı essedir.Müəlliməm bu haqda esse vermimişdi.Bu saytdan yazdım.Və müəllimim mənə “5”yazdı.Sizə çoox minnətdaram.🤗🤗