Ətraf Mühitin Qorunması Haqqında İnşa

Ətraf Mühitin Qorunması Haqqında İnşa yaz etraf muhitin qorunmasi haqqinda
4
(7)

Bu məqalə “Ətraf Mühitin Qorunması Haqqında İnşa” yazmağınıza yardım edəcəkdir. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..
Şərhlərdə öz fikrinizi bildirə, həmçinin inşaya öz əlavələriniz varsa onu da göndərə bilərsiz.


Bizi əhatə edən təbiət biz insanlar daxil bütün canlıların Anasıdır. Dünyadakı hər bir canlı məhz onun qoynunda doğulur, onun nemətləri ilə bəslənir və böyüyür. Ona görə də bizlər onu Ana Təbiət adlandırırıq. Uca Allah məhz təbiətlə vasitəsiylə bizə öz nemətlərini bəxş edir. Təbiət Allahın əsəridir və ona məxsusdur. Ətraf mühitimiz onun yaratdığı minbir gözəllik və nemətlə doludur. Yaradanı  sevən onun yaratdıqlarını da sevər.Biz də təbiəti  öz Anamız kimi sevməli,  ona xoş davranmalı, qayğısına qalmalıyıq. Bu hər birimizin həm vətəndaşlıq, həm də insanlıq borumuzdur.

Ancaq təəssüf ki, heç də hər kəs Ana təbiətə  insana yaraşacaq tərzdə gözəl davranmır. Bəziləri öz mənfəətini hər şeydən üstün tutur, təbiətin meşəsini qırır, gölünü və çayını qurudur, günahsız canlılarını həlak edirlər. Bir sözlə təbiətə qənim kəsilirlər. Məncə belələrində nə Ana sevgisi vardır, nə də ki, Vətən sevgisi. Çünki, öz doğma Anasını sevən Vətənini sevər, Vətənin sevən onun hər qarışına, hər daşına  hörmətlə yanaşar, bilərəkdən zərər verməz. Mən düşünürəm ki, ətraf mühitə qəsdən zərər vurmaq da cinayətdir. Və bu cür adamlar cəzasız  qalmamalıdır ki, başqalarına dərs olsun.

Ətraf Mühitin Qorunması Haqqında İnşa

Yaşından, vəzifəsində asılı olmayaraq Vətənin sevən hər kəs ətraf mühitini də sevməli, qorumalı, ona sahib çıxmalıdır.  Əsl vətənpərvər insanlar təbiətin hər guşəsini qoruyar, təmiz tutar, canlılarına hörmətlə və nəzakətlə davranar. Ətraf mühitini qoruyan həm də sağlamlığını da qoruyar.

Unutmayaq ki, biz ətraf mühitə necə davransaq o da bizə elə davranacaq. Ağac əksək bizə öz barını bəxş edər, ağacları kəssək, çayları qurutsaq bizi qıtlığa sürüklər.
Gördüyümüz kimi, təbiətə vurulan hər bir ziyan və zərər insanın özünə və gələcəyinə vurduğu bir zərbədir. Təəssüf ki, bəziləri bu həqiqət görmür, ya da görmək istəmir.

Ətraf mühit bizim dünənimiz, bu günümüz və sabahımızdır. Tariximiz də ondadır, mədəniyyətimiz də. Özümüzə, aid olduğumuz Vətənimizə hörmətlə və sevgiylə yanaşaq! Onun inkişafı və çiçəklənməsi, daha da gözəlləşməsi üçün gəlin birgə əlimizdən edək! Edək ki, gələcək nəsillər də bizə təşəkkür etsin, bizi gözəl ansın.


Bənzər inşalar:

Mən səyyah olsaydım haqqında inşa

Meşə haqqında esse, Mese haqqinda insa
Tək əldən səs çıxmaz haqqında inşa
Vicdan susarsa inşa

Axtarış sözləri: ətraf mühitin qorunması haqqında inşa,etraf muhitin qorunmasi haqqinda insa,ətraf mühitin mühafizəsi,ətraf mühitin qorunması haqqında məlumat


  

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 7

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir