Bu məqalə “Dost dar gündə tanınar“ mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Həyat enişli-yoxuşlu çətin bir yoldur. Bu yolda sevic də var, kədər də, uğur da var uğursuzluq da.
Dostlar da bu həyatın sınaqlarından keçirlər. Atalar yaxşı deyib:
Dost dar gündə tanınar. Yəni çətin gündə bilərsən ki, kim dostundur kim yox. Çətin günlər bizi saxta dostluqlardan uzaq edir əvəzində isə əsl dostlarımızı tanıyırıq. Onlar bizə dar gündə yanımızda olur, maddi və mənəvdi dayaq olurlar. Əsl dostlar ancaq xoş günlərdə sevincinə deyil, dar gündə dərdinə də şərik olarlar. Gözəl bir kəlamda deyildiyi kimi:
Əsl dostlar ulduzlar kimidir – qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq saçarlar.
Onlara güvənərək ürəyini açar, sirrlərini bölüşərsən. Onunla birlikdə gülər, birlikdə ağlarsan. Yeri gəldikdə öyüd və nəsihətləri, xoş sözləri ilə sənə mənəvi dəstək olar. Yeri gəldikdə də, cibindəki son qəpiyinə kimi verib maddi dəstək olmağa çalışar. Hətta bəzən səninlə empati qurmaqda çətinlik çəkməz. Yəni özünü sənin yerinə qoyar və nələr hiss etdiyini özü də hiss edə bilər.
Çətin günlər əsl dostları bir-birinə daha da yaxın edir, dostluqlarına güc Qatar. Məhz belə günlərdən günlərdən sonra, bir-birlərinə olan güvən və etibarları daha artar və dostdan qardaş olarlar.
Bir də dost kimi görünən ancaq yalnız xoş gündə yoldaş olanlar vardır. Onlarda vəfa və dürüstlük arama çünki, tapmarsan. Onlar sadəcə müəyyən bir səbəb və ehtiyac naminə bir müddətlik səninlə yoldaş olarlar, ta ki çətinliklərlə üzləşənə qədər. Bu cür adamlarda bəhanələr və yalanlar əksik olmaz,
Dost dar gündə tanınar haqqında inşa
Artıq həyatda çətinlik və problemlərlə üzləşəndə pis olmuram. Əksinə bir tərəfdən sevinirəm ki, həyat mənə nəyisə öyrətmək istəyir. O göstərir ki, bax sənin əsl dostun budur, yerdə qalanlarsa saxta yoldaşlardır. Çətinlikər gəlidi-gedərdir, saxta yoldaşlar kimi. Əsl dostlar isə bizimlədir.
Sponsor Linklər
Bil ki, cibində milyonları olanların belə əsl dostları yoxdur. Və əgər dar gündə sənə arxa olan, səni dinləyən, başa düşən və dərdinə dərman olmağa çalışan dostun varsa, deməli sən çoxlarından varlısan. Əsl dosta sahib olanlar əslində böyük bir xəzinəyə sahibdirlər. Bu cür dostlar milyonlara dəyər və dünyada hər kəsə qismət olmaz. Bu səbəbdən dostlarının dəyərini bil. Səni çətin gündə tək qoymayanı, sən də tək qoyma. Sənə dar gündə dayaq durana sən də dayaq dur. Həyat dostlarla birgə gözəldir.
Bənzər mövzular:
- Əsl dost haqqında inşa yaz | Əsl dost necə olmalıdır
- Xeyirxah insanlar unudulmur insa
- Dostluğa Aid Atalar Sözləri
Axtarış sözləri: dost dar gündə tanınar haqqında inşa,dost dar gunde taninar insa,dost dar gunde taninar esse yazmaq,dost dar gunde taninar haqqinda insa yaz,dost dar gündə tanınar mövzusunda inşa,dost dar günde tanınar haqqında esse,dost dar gunde taninar haqqinda melumat