Başqasına quyu qazan özü düşər haqqında inşa yaza bilməyiniz üçün bu məqaləni hazırladıq. İnşa fikir vermək məqsədiylə yazılıb. Çalışın öz sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq bizə dəstək ola bilərsiz.
İnsan öz əməli ilə tanınır və yaşayır. İnsanın kimliyini öz əməl və işləri müəyyənləşdirir.
“Başqasına quyu qazan özü düşər” məsəlində böyük məna və hikmət vardır. Bu zamanla öz doğruluğunu sübut etmiş atalar məsəlidir.
Gec-tez hər insanın əməli özünə qayıdır. Bu ilahi ədalətdir. Hansı ki, bundan qaçmaq mümkün deyildir. İnsan birinə pislik edərək pislikdən başqa heç nə qazanmır. Əslində başqasına pislik edən özünə etmiş olar. Buna rəğmən bəzilər başqalarına xainlik edir, onların uğursuz və rüsvay olmaları üçün çalışırlar. Ən sonda isə uğursuz olub elə özləri rüsvay olurlar. Başqasına quyu qazmağa çalışanlarlar axırda özləri o quyuda məhkum qalırlar. Bu cür insanlar adətən paxıl, acgöz, yalançı və qorxaq olurlar. Onlar həyatda uğur qazana bilməmiş, uğur qazananları isə həzm edə bilməyən kəslərdir. Belələri mənəviyyatı yoxsul adamlardır. Belə insanlara güvənmək və etibar etmək olmaz. Üzdə dost kimi görünsələr də, əslində düşməndirlər. Zamanla belə adamların öz gerçək üzü üzə çıxır. Hər cür pislik gec-tez üzə çıxar və insanın başını aşağı edər. Belə işlərin sonu yalnız və yalnız xəcalət və peşmançılıqdır.
Bu cür əməllərlə heç kəs xoşbəxt ola bilməz.
Başqa bir atalar məsəlində deyildiyi kimi:
“Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir?”
Ancaq bir həqiqət də var ki, pislik edənlər olmasaydı yaxşılığın və yaxşıların qədri bu qədər bilinməzdi. Məncə başqasına quyu qazmağa çalışanlar zəif və gücsüz adamlardır. Onları idarə edən nifrət, intiqam və paxıllıq kimi mənfi emosiyalardır. Əgər onlar güclü olsalardı, başqalarının uğursuz olmaları üçün deyil, özlərinin uğurlu olmaları üçün çalışar və parlaq müvəffəqiyyətlər qazanardılar. Başqasına quyu qazmaqdansa, öz uğurlarımızın təməlini qazaq və inşa edək. Bu yolda olan yol yoldaşlarımıza da arxa dayaq olub dəstək olaq. Bax onda həm özümüzü, həm də sevdiklərimizi xoşbəxt edərik.
Sponsor Linklər
Allah insana iradə və seçim haqqı verib. Buna rəğmən öz müqəddəs kitabında hər kəsi yaxşılığa buyurub. İnsan pisi seçib yaman da ola bilər, yaxşını seçib xeyirxah bir insan da. Yamanlıq insanı alçaldır, yaxşılıq isə ucaldır. İnsan adına yaraşan yamanlıq deyil, yaxşılıq və xeyirxahlıqdır.
Başqasına quyu qazan özü düşər inşa
Bənzər mövzular:
- Yaxşılıq və pislik haqqında atalar sözləri
- Şər və pislikdən uzaq olmaq haqqında esse
- Tikdim ki izim qala inşa
Axtarış sözləri: basqasina quyu qazan ozu duser insa, ozgesine quyu qazan ozu duser, özgəsinə quyu qazan özü düşər haqqında, Başqasına quyu qazan özü düşər inşa