ailə haqqında inşa,bizim ailə haqqında inşa,ailə haqqında məlumat,ailə haqqında esse,saglam aile haqqinda,aile haqqinda insalar,aile haqqinda inwa,ailə kiçik cəmiyyətdir esse,aile deyerleri haqqinda esse,ailə dəyərləri esse
4
(5)

Burdakı məqalə Ailə haqqında esse vəya inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

Ailə bizim üçün ən doğma dünyadır. Həyata ilk addımları burda atır, böyüyüb boya-başa çatırıq. İlk xatirələrimiz, gözəl anlarımız məhz burda yaranır. O ocağımız, yurd yerimizdir.
Ailə bizim ilk məktəbimizdir. Ana və Atalarımız isə ilk müəllimimiz. Onların öyüd və nəsihətləri bizə yol göstərir, həyatın nə demək olduğunu öyrədir. Ana və ata həm də həyatdakı ilk dostumuzdur. Bir çətinlik olduqda dadımıza çatır, dardimiz olduqda Anaya ya da Ataya danışırıq.Onlar hər zaman bizim yaxşılığımız istəyir, gözəl gələcəyimizin olması üçün gecə-gündüz çalışırlar Hər bir ailə üçün ən böyük uğur tərbiyəli, təhsilli və vicdanlı bir uşaq yetişdirməkdir.

Uşaq güzgü kimidir: ona nə göstərsən, o da başqalarına onu göstərər. Yəni hər bir uşaq, öz ailəsinin aynasıdır. Uşağa baxaraq hansı ailədən gəldiyini, necə bir mühitdə böyüyüb boya-başa çatdlğını təxmin etmək olur.

Ailələr sadəcə uşaqların maddi tələbatlarını təmin etmək üçün qurulmur. Uşağın ailədə yemək,içmək və dgər maddi ehtiyacları kimi mənəvi ehitiyacları da vardır. Bura ən başlıcası sevgi və hörmət hissidir. Bütün uşaqlar ailədə Ata-anadan sevgi umurlar. Onlar özlərini dəyərli hiss etmək, hörmət və qayğı görmək istəyirlər. Bu onların şəxsi inkişafı və yaşaması üçün vacibdir.Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir.

Ailələr uşaqların sağlam şəkildə böyüyüb boya-başa çatması üçün onların bu ehtiyaclarını ödələdirlər. Uşaqlıqdan sevgiylə böyüdülən, hörmət və dəyər hissi aşılanan uşaqlar böyüdükdə daha iradəli, istəkli və uğurlu bir insan olurlar.
Bir insanın taleyi həm özündən, həm də böyüyüb boya-başa çatdığı ailəsindən asılıdır. İlk karakterimiz,davranış və düşüncə tərzimiz ailədə formalaşır və gələcək həyatımıza şəkil verir. Digər insanlara necə münasibət quracağımız ailədə Ana-atanın bizə olan münasibətində asılıdır. Bu baxımdan ailədə sağlam mühitin və düzgün münasibətlərin olduğu ailələrdə uşaqlar da doğru şəkildə tərbiyə alırlar. Bir dahinin bu kəlamda dediyi kim:

Ailə haqqında esse

Ata-Ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.

Ancaq bilməliyik ki, ideal münaibətlər və qüsursuz mükəmməl bir ailə yoxdur. Hər ailədə irili-xırdalı problemlər, mübahisələr yarana bilir. Kənardan ən xoşbəxt görünən ailələrdə belə bu kimi hallar yaşanır. Övladların səhvlərin olduğu kimi, Ana-ataların da səhvləri olur. Çünki, hər birimiz insanıq və səhv edə bilərik. Önəmli olan səhvlərdən öyrənmək və bir daha təkrar etməməkdir. Və bir də səbr etməyi, dözümlü olmağı bacarmaq. Unutmayaq ki, ailədəki sıxıntı və problemlər bizlərin öyrənib inkişafı etməyi və güclənməyi üçündür.

Ailə həm də dövlətin və cəmiyyətin əsasıdır.O həm də kiçik bir dövlətdir. Hər ailənin öz prinsipləri, qayda və qanunları vardır. Bir ailə üçün doğru olan digəri üçün yanlışdır. Çünki hər bir Ata-ananın təhsil səviyyəsi, dünya görüşü və düşüncə eyni deyil, müxtəlifdir. Gələcəyimiz olan gənclər məhz məktəblə bərabər ailənin məhsuludurlar. Vətəni sevməyi ilk ailədən öyrənirik. Vətənpərvliyi öncə Ana-ata övladlarına aşılayır. Sağlam ailə modelinə sahib dövlətlər hər zaman daha güclü olur, inkişaf edir və yüksəlirlər.

NƏTİCƏ
Ailə bizi dayaq yerimiz, çətin günlərdə əsas sığınacağımızdır. Məhz ailəmizin sayəsində böyüyüb, bu günlərə gəlib çatımışıq. Allah bizləri yaratdı, Ana-ata isə dünya gətirdi, min-bir əziyətlə yetişdirdi boya-başa çatdırdı. Onlara bir ömür borcluyuq və sonsuz dərəcədə minnətdarıq. Bizim də borcumuz onlara layiqli bir övlad olmaq, həyatda öz yolumuzu taparaq uğur qazanma q və sonları sevindirməkdir.

Bənzər mövzular:

Axtarış sözləri: ailə haqqında inşa,bizim ailə haqqında inşa,ailə haqqında məlumat,ailə haqqında esse,saglam aile haqqinda,aile haqqinda insalar,aile haqqinda inwa,ailə kiçik cəmiyyətdir esse,aile deyerleri haqqinda esse,ailə dəyərləri esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 5

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir