8 mart haqqında inşa,8 mart qadınlar gününə aid inşa,8 mart qadinlar gunu haqqinda insa,
0
(0)

8 Mart haqqında inşa yazmaq üçün bu məqalə sizlərə yardım edəcək. İnşa fikir vermək üçün yazılıb. Çalışın öz inşaya öz sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq bizə dəstək ola bilərsiz.


Bütün dünya qadınlarına həsr olunmuş özəl bir gün vardır ki, bu 8 Martdır.
8 Mart Qadınlar Günü BMT-nin qəbul etdiyi qərara əsasən hər il bir çox dünya ölkəsində qeyd olunan beynəlxalq bayramdır. Bu tarix, qadınların insan hüquqları əsasında özlərini ifadə etmələri, şəxsi inkişaflarını təmin olunmasına, həmçinin iqtisadi, siyasi və sosial nailiyyətlərinin qeyd edilməsinə həsr olunub.
8 Mart, əziz Anaların, müəllimlərin, gənc qızların hədiyyələr aldığı,onlara ən xoş arzu və diləklərin söyləndiyi bir gündür.

Qadınlar uca Tanrının yaratmış olduğu müqəddəs, zərif və bir o qədər də güclü varlıqlardır. Onlar insanlığın ətirli gülü,bağı-bağçasıdır. Qadınsız bir dünya təsəvvür etmək mümkün deyil. Qadınlar ən gözəl şeirlərin, mahnı və nəğmələrin, hekayə və filmlərin ilham mənbəyidirlər.

Təəssüf ki, keçmişdə dünyadakı qadınların əksəriyyəti insani haqq və hüquqlarından məhrum bir şəkildə yaşayırdı. Bura seçim və özünü ifadə haqqı, təhsil və karyera hüququ kimi həyati önəmə sahib mövzular da daxil idi. Bu hüquqlardan məhrum bir şəkildə qadınların yaşaması və həyatda uğur əldə etməsi mümkünsüz idi.

8 Martın yaranış tarixi acı və qanlı hadisələrə gedib çıxır.
1857-ci ildə Nyu-York şəhərindəki tekstil fabrikində işləyən 40 min işçi 16 saatlıq iş rejiminin 10 saata endirilməsi və maaşların artırılması tələbi ilə tətil elan etdi. Onlar öz hüquqlarının təmin edilməsi üçün mübarizə aparırdılar. Təşkil edilən bu tətil indiyə qədər keçirilən ən böyük qadın aksiyalarından biri idi.

Aksiyanı dayandırmaq istəyən Amerika polisi qadın işçilərə hücum edir və fabrik rəhbərlərinin dəstəyi ilə minlərlə qadın işçini fabrikə kilidləyir. Bu zaman içəridə yanğın baş verir və kilidlənən işçilərdən 129-u içəridə baş verən yanğında öz həyatını itirir. Bu acınacaqlı hadisə 1857-ci il 8 mart tarixində baş verdi.

ABŞ mətbuatında bu hadisə demək olar ki, yer almadı. Buna rəğmən, öz haqqlarını tələb edən hadisə qurbanlarının dəfn mərasimində 100 mindən çox insan iştirak etdi. 8 Mart Qadınlar Günü sonradan qadın hüquqları hərəkatının başlanğıc nöqtəsinə çevrildi. Qadın hüquqlarının qorunması və mühafizəsi məqsədilə beynəlxalq təşkilatlar və qurumlar yaradıldı..

1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmağa başladı. BMT-nin Baş Assambleyasının 16 dekabr 1977-ci il tarixli qərarı ilə üzv ölkələr öz ənənələrinə və tarixlərinə uyğun bir günü Beynəlxalq Qadın Hüquqları və Beynəlxalq Sülh Günü elan etməyə dəvət edildi.

.

8 Martın Qadınlar Günü kimi qeyd olunması ilə bağlı ilk təklif 53 ildən sonra 1910-cu il 26-27 avqust tarixlərində Danimarkada keçirilən II Beynəlxalq Sosialist Qadınlar Konfransında irəli sürüldü. Almaniya Sosial Demokrat Partiyasının liderlərindən biri Klara Setkin ABŞ-da həlak olan qadın işçilərin xatirəsinə 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasını təklif edir. Onun təklifi qəbul edilir və qərara alınır ki, hər bir ölkənin sosialist qadınları öz ölkələrinin fəhlə sinfi təşkilatları ilə razılaşaraq hər il eyni gündə qadınlar bayramı təşkil etsinlər. Bu gün həm də dünyanın hər yerində qadınların istismarı və şiddətə qarşı mübarizəni yüksəltmək məqsədi daşıyırdı. Qadınların seçmək və seçilmək hüququ, kişi və qadının hüquqi bərabərliyinin təmin edilməsi, qlobal müharibələrə qarşı mübarizə bütün bu qadınların ortaq mübarizəsinin əsas amalı idi.

Təklif yekdilliklə qəbul edildi və ilk anım 1911-ci ildə keçirilib.Cəmi 54 il sonra həmin qadınların xatirəsinə 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olundu.
Nəhayət, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci il dekabrın 16-da 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasına ilə bağlə rəsmi qərar qəbul etdi.

8 Mart Qadınlar Günü ölkəmizdə Sovet dövründən bugünədək rəsmi şəkildə qeyd olunur. Məhz qadınların kütləvi şəkildə təhsil alıb savad qazanması, insani haqq və hüquqlara malik olması, yaşam şəraitlərinin daha da yaxşılaşması həmin dövrə təsadüf edir.

Hər il bayram günü ərəfəsində ölkə başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar, həmçinin orden və ya medallarla təltif edir.

8 Mart hadisələrinin baş verməsindən sonra, dünyada qadın hüquqlarına olan diqqət və qayğı daha da artdı, onların haqlarının müdafiəsi və təşkili üçün bir çox ölkədə qanunlar qəbul edildi. Qəbul edilən qanun və qərarlar zamanla həyata keçirildi və qadınlar beləcə öz haqq və hüquqlarını bərpa etmiş oldular. Bu hüquqlar arasında özünü ifadə etmə, təhsil və karyera hüquqları əsas yer tutur. . Gənclər bizim gələcəyimizdir, qadınlar bu gələcəyin memarlarıdır. Əgər parlaq bir gələcək istəyiriksə, o zaman qız uşaqlarının təlim-tərbiyəsi və təhsil almarına şərait yaratmalı, onların haqq və hüquqlarının təmin edilməsi üçün çalışmalıyıq.

Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!


8 Mart haqqında inşa

Bənzər mövzular:

Axtarış sözləri: 8 mart haqqında inşa,8 mart qadınlar gününə aid inşa,8 mart qadinlar gunu haqqinda insa,qadın haqqında inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir