Xalq şairi Vahid Əzizin qələmə aldığı bir-birindən gözəl 10 şeir
“Mübarəkdi” şeiri
Hər səhərim öz Yurdumda oyadırsa –
Bundan artıq daha mənə nə gərəkdi?
Zəfər çaldıq; Xan – Kəndinə
qayıdırsa,
Azərbaycan, Qayıdışın mübarəkdi!
Doğma Laçın, gözəl Şuşam, Kəlbəcərim…
Ürəyimi tərk elədi dərdi-sərim,
Haqq yolundan çəkinmədin, yenilmədin,
Azərbaycan, uca başın mübarəkdi!
Əsarətdən Dünya boyda Bağ qurtardı,
“Nidan” ilə dözülməli vaxt qurtardı!
Azərbaycan, neçə-neçə dağ qurtardı;
Qaytardığın dağın-daşın mübarəkdi!
Zaman yetdi; bütövləşdi ulu Vətən,
Qoy çatlasın xəyanətlə atıb-gedən,
Yer üzünü qüdrətinə heyran edən,
Azərbaycan, son Savaşın mübarəkdi!
Yaşa, var ol, müdrik Ali Baş Komandan,
Qüvvət aldıq ağır Dəmir yumruğundan,
Əbədilik, əsarətlər buxovundan,
Azərbaycan, Qurtuluşun mübarəkdi!..
“Şuşamız” şeiri
Titrətdi könlümün sətirlərini,
bir Ay parçasıdır – göylərdən düşüb.
nə şeyda bülbüllər ləhcələrini,
nə “İsa bulağı” dadın dəyişib.
Sübhədək qoynunda getmişdim huşa –
bu, gecəm o uzaq gecələr kimi.
bizləri sınağa çəkirmiş Şuşa,
yarını sınağa çəkənlər kimi.
Duydum-istəyinə yetişdi, çatdı;
vurdular, qırdılar… cücərdik, bitdik.
nə Şuşa bizləri unudub-atdı,
nə biz Şuşamıza xəyanət etdik.
Qətiyyən sındırmaz bu dərd milləti;
yox, axan qanlar da getmədi hədər;
bizim xislətimiz kişi adəti –
sevginin yolunda can qurban gedər…
“Nə cürə” şeiri
İnciyib gedən gözəlin
könlünü alım nə cürə?
həsrətimi gözlərinin
yadına salım nə cürə?
Məncə-çətin rəhmə gələr,
kömək edin,xatirələr!
yazıq ürək-bu gözəllər
olarmış zalım nə cürə!
Sponsor Linklər
Görüş keçər aydan-aya,
qışdan-qışa,yaydan-yaya,
sanki-yadam,salmaz saya-
olar əhvalım nə cürə?
Nə gedəndə yola salar,
nə dönəndə qarşılayar.
onsuz qalsam xatırlayar
elim,mahalım nə cürə?
Bu məkrin sonu nə olar?
dirəşsəm-qiyamət qopar!
cavabın nə cürə tapar,
ona sualım… nə cürə?
Vahid Əzizin şeirləri
“Yağış” şeiri
Mışıl-mışıl körpə yatır,
yağış,bir az yavaş danış,
ildırım səsini batır,
bilək yağır yağış,danış.
Ələn Vətən çöllərinə,
çaylarına,göllərinə,
çiçəklərin özlərinə
vura-vura naxış,danlş,
Varam-həlim nəfəsinə,
yağ susuzlar qəfəsinə,
yağış,səni nəğməsinə
bülbül sansın alqış-danış!
Sevilənsən hər fəsildə,
oxuyarsan bəmdə,zildə,
bildirkitək yağ bu il də,
neçə orman yanmış,yağış…
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
“Doymuram gecənin qaranlığından” şeiri
Doymuram gecənin qaranlığından,
saçların qoynuma tökülü qalır,
yastığı o qədər qucaqlayıram,
çırpırlar,yenə də bükülü qalır,
Yer soyuq–atılmış bir qucaq kimi,
zülm olmaz bu,olmuş olacaq kimi!
göz yaşı söndürmüş bir ocaq kimi,
ürək həm közərir,həm külü qalır,
İllər yaşatdığı gerçəyə baxır;
ağarmış saqqala,birçəyə baxır,
gülüm,bu özü də çiçəyə baxır–
ya dönür xəzələ,ya gülü qalır,
Gözümə bənzəməz nə çeşmə,nə çay,
içimdə boğular saldığım haray,
o vaxtdan,sevgimə qurduğum Saray,
eləcə tavanı sökülü qalır,
Təkcə özüm idim sənə yananın,
gülüm,sən özümü qoru,sən canın!
o qədər uzağıq,sanki hicranın,
arada bir neçə Yüz ili qalır…
“Bir yandan kəpənək,bir yandan arı” şeiri
Hərdən unuduram-nə qədər varam?
Gəlib-gedən huşum il qarışdırır,
Sönmüş köz altına maşa salıram-
İnciyir,eləcə kül qarışdırır.
Ömür gedə-gedə tiftiklənibdi,
İndi əlimdəki sapdı,iynədi,
Özünə qalsaydı-bulanmaq nədi?
Sellər çeşmələrə lil qarışdırır.
Dünyanın ən gözəl fəsli-baharı,
Bərəkət gətirər durna qatarı,
Bir yandan kəpənək,bir yandan arı-
gecələr yuxusun gül qarışdırır.
Ağlıma gəlməzdi bu cür qocalam;
Gecəni-gündüzlə qarışıq salam,
Duyanda,qələmlə düşmən olacam–
Məni özgələrlə el qarışdlrır.
Göylərdə əbədi mehman qalacam–
Bununçün sirlərin qorxuram açam,
Özüm öz başıma dəllək olacam;
Zalımlar telimə tel qarışdırır.
Gecələr gözümün yaşları göl-göl,
Daha rəngi gedib,lüt-üryandı tel,
Suları ləklərə ayıran da bel,
Məzar palçığın da bel qarışdırır.
Əllər körpü salar sellırin üstə,
Düşdüm çox qovğaya tellərin üstə,
Bir sona vurnuxur göllərin üstə-
Qürbətdə vurulan göl qarışdırır.
Göylər param-parça,yer bölüm-bölüm,
Viranə içində olumla-ölüm,
Bu dəfə nə dedi-incidin, gülüm?
Hərdən öz adımı dil qarışdırlr…
“Ayrıldıq” şeiri
Yoxa çıxdı; əridimi,uçdumu?
səsdi,? ruhdu?,ulduzdumu? quşdumu?
anlamadım;bilə-bilə,çaşdımı
yar dnışdı ikibaşdı,ayrıldıq.
Bircə dəfə öpə bildim telindən,
bircə dəfə:”Can!” eşitdim dilindən,
bir röyada tutacaqdım əlindən-
çağırdılar…yuxum qaçdı,aydıldıq.
Bu ümid də məni qoydu gümansız,
vurub keçdi cəllad kimi amansız,
dillər tökdüm! inanmadı imansız,
baxıb gördüm-qəlbi daşdı,ayrıldıq.
Təsbeh kimi çevirirəm illəri,
yanağımda quruduram selləri,
inanmıram-duvaq tutar telləri;
ikimiz də başıdaşdı ayrıldıq…
“Oynadı” şeiri
Sozalıb sönürdü ocağın közü,
Sular qəfədanda güclə qaynadı,
Birdən parıldadı alovun gözü-
Meh əsdi,havada xəfə oynadı.
Qələmlər,nələrə dözürmüş kağız!
Beyinlər qazandır,qapağı-ağız,
Harın məclisində göbək atan qız,
Şövqlə çırtma vurub dəfə,oynadı.
Meyvəli budaqda yarandı haça,
Xal tutdu-Saraya döndü Qalaça,
Cavanlıq eşqinə düşdü bir qoca
Babanın toyunda nəvə oynadı!
Payıza kökləndi aşığın sözü,’
Sonalar gecəyə qatdı gündüzü,
Lələklə bəzəndi göylərin üzü,
Durnalar düzülüb səfə,oynadı.
Sürülər yamacda izlər salırdı,
Elat çəkilirdi,ləpir qalırdı,
Orman qızarırdı,döş saralırdı;
Qar yağdı,hardasa-“Dəvə oynadı”.
“Çətin adamam” şeiri
Zəkalı nələrsə şeirimdən duyub,
soruşub-“Nəçiyəm,kimə simsaram?”,
imanlı-haqqımı ortaya qoyub,
söyləyib-“”Bununçün “Çətin adamam””.
Alqışlar dilinə düz danışanın,
nə satqın,nə də ki,qumarda varam,
içində çırpınıb yaşantıların,
fırlar bağlamışam-“Çətin adamam”.
Uşaqnan uşağam,böyüknən-böyük,
gözümün düşməni–binəva, nadan!
oğruynan,quldurnan olsaydım şərik,
“Yuxarı” çatmazdı–“Çətin adamam!”.
O qədər simasız insan görmüşəm;
zəhərli-ilantək,sümsük-it kimi!
Tanrı varlığını dərk eləməyən,
nə cür başa düşüb- “Çətinliyimi”?!
Əsil şairlər də Peyğəmbər kimi,
millətin dərdinə ürək yandırar,
Peyğəmbər–insana Tanrı sözünü,
Şairlər Allaha giley çatdırar!
Vaxtı haqsızlarla nizamlamayın,
onlar riyakarlar,minsifətlilər,
şairlər sözünü yerə salmayın-
torpaqdan güc alıb tikan göyərdər.
Çiçəkdən kövrəyəm,ipəkdən zərif,
sadəcə olaraq-alverdə xamam,
bu söz mənim üçün dəyərli tərif:
Eşq olsun,yaxşı ki–“Çətin adamam”!
“Neynədin?” şeiri
Torpaq getdi gah sürətlə, gah yavaş,
Bu sözləri dönə-dönə söylədin.
Ata Yurdu “Oğul!” – deyən vətəndaş,
Dərdin bilib, Vətən üçün neynədin?
Bu yerlərdən baş götürüb gedən yox,
Mamır olub qürbətlərdə bitən çox,
Ay ürəksiz-gözləri ac, qarnı tox,
İncik düşüb gedən üçün neynədin?
Saxtakarlıq olmamalı sevəndə,
İgid-şəhid, qorxaq olan kefində!
Qoca anan “Ahılların evində”,
Əldən düşmüş dədən üçün neynədin?
Kimi-harın, kimi bədbin, əlacsız,
Dərman baha, imkansızlar ilacsız,
Qəriblikdə burdan qaçan xeyli qız;
Yad dibçəkdə bitən üçün neynədin?
İşsiz qalan yad ellərdə çalışar,
Burda donan yad çöllərdə alışar,
Bülbülümüz özgə dildə danışar –
Qarabağda ötən üçün neynədin?
Çul kimisən; gah əriyən, gah şişən,
Dərdə gülüb, fəryadlara irişən,
Vətən deyib, haqq yolunda döyüşən
Şəhid olub ölən üçün neynədin?!
Torpaq dərdi neştər olub gözümə,
Gəl alışaq, köz qarışdır, közümə,
Vətən – ayna boylanaraq üzümə,
Hıçqırıram için-için “Neynədin?..”
Bənzər mövzular:
Axtarış sözləri: vahid eziz sevgi seirleri,vahid əziz sevgi şeirləri,xalq şairi vahid əziz şerləri,vahid eziz seirler,vahid əzizin şeirləri,vahid əziz şeirləri