Hamıdan əvvəl yalnız özünü sev, çünki dünyada hər şey şəxsi mənfəət üzərində qurulmuşdur. – Fyodor Dostoyevski
Əgər istəyirsən ki, sənə hörmət etsinlər, əvvəl özün özünə hörmət elə.- Fyodor Dostoyevski
Təmiz ürək olmayan yerdə bütöv və düzgün düşüncə olmaz.- Fyodor Dostoyevski
Kasıb olmaq günah deyil, günah – dövlətli olub başqalarını incitməkdir.- Fyodor Dostoyevski
Ən pis ailədən də qiymətli xatirələr qala bilər, təbii ki, əgər qəlbin qiymətli bir şey axtarmağa qadirdirsə.– Fyodor Dostoyevski
Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.- Fyodor Dostoyevski
Dünyada doğruluqdan çətin, yaltaqlıqdan asan şey yoxdur.- Fyodor Dostoyevski
Elə təsadüflər olur ki, görürsən, heç tanış olmadığımız bir adamla, heç bircə kəlmə də söz söyləmədən, lap elə ilk baxışda, birdən maraqlanmağa başlayırıq.- Fyodor Dostoyevski
Yüz dovşanı bir yerə yığsan da bu yüz dovşandan heç vaxt at olmaz, yüz şübhəni də bir yerə yığmaqla dəlil olmaz.- Fyodor Dostoyevski
Başqalarının fikri ilə kifayətlənmək, başqalarının beyni ilə düşünmək, ən böyük acizlikdir…- Fyodor Dostoyevski
Zira ona nə dəbdəbə lazımdır, nə sərvət və nə də şan-şöhrət, ona ancaq həqiqət lazımdır!
İnsanlar ən çox nədən qorxur? Bu çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan, söyləyəcəkləri
yeni sözdən qorxurlar…- Fyodor Dostoyevski
Hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, elə bil hər kəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur…- Fyodor Dostoyevski
İnsanlar hətta pis adamlar olsalar belə, əksər hallarda bizim onlar haqqında düşündüyümüzdən qat-qat sadəlövh və sadədil olurar.- Fyodor Dostoyevski
İnsanın üzü bərkdir, hər şeyə öyrəşir!- Fyodor Dostoyevski
Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar yaşayır?- Fyodor Dostoyevski
Bizz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss eləyirik; bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir…- Fyodor Dostoyevski
Ən əsası özunə yalan danışma. Özünə yalan danışan insan günlərin birində o həddə gəlib çatır ki, yalanla gerçəyi bir — birindən ayıra bilmir, özünə və başqalarına olan hörmətini də itirir. Heç bir hörmət sahibi olmadığına görə də sevgi hissini unudur.- Fyodor Dostoyevski
İllər necə də sürətlə gəlib-keçir!” Yenə də özündən soruşursan: “Axı, nə elədin ki, bu uzun illər belə tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?”- Fyodor Dostoyevski
Fyodor Dostoyevski Sözləri
