Ən yaxşı psixoloji kitablar

en yaxsi kitablar - psixoloji kitablar
4
(5)

Kitab sənin ilk dostundur

Azərbaycan ədəbiyyatının dəyərli şairi Mirzə Ələkbər Sabirin demiş olduğu bu cümlə (“Kitab sənin ilk dostundur”) əlbəttə ki, bir dostdan daha artığını ifadə edir. Əslində isə kitablar nəinki ilk dostumuz olmağı, həm də həyat yolumuzda bizə doğru yolu göstərməkdən əsla yorulmayan yoldaşlar olmağı seçirlər. Ağıllı insan heç bir halda bu dostluqdan imtina etməməlidir.

Kitab oxumağın faydaları haqqında yüzlərlə maraqlı məqalə araşdırıb tapa bilərsiniz. Biz isə bu yazıda ən maraqlı psixoloji kitablar haqqında məlumat paylaşacağıq.

Psixoloji kitablar

Kitab oxumaq, ümumilikdə, həyatı və insanları anlamağımıza yaxından kömək etsə də, insanları yaxşı tanımaq üçün psixologiyaya aid kitabların xüsusi rolu vardır. Ətrafınızdakı insanların dilindən ən azı bir dəfə “Kaş insanların beynindəki düşüncələri oxuya bilsəydim” cümləsini eşitməmiş olmazsınız. İnsanların düşüncəsini tam olaraq oxuya bilmək o qədər də mümkün deyil. Lakin ən yaxşı psixoloji kitablar insanın nəyi niyə etdiyini anlamağa, insan davranışının arxasında gizlənən sirli məqamları aydınlığa qovuşdurmağa kömək edir. Bu kitablar bir sıra psixoloji faktlar, psixoloji testler, psixoloji analiz və tədqiqatları və s. məlumatları ehtiva edərək psixologiyaya marağı olan şəxsləri cəlb edir. Həmçinin bu kitablar psixologiya təhsili alan tələbələr, psixoloqlar, uşaq psixologiyasını öyrənib yaxşı tərbiyə üsulunu tətbiq etmək istəyən valideynlər, işçilərin və müştərilərin dilindən anlamaq istəyən sahibkarlar, pedaqoqlar və s. şəxslər üçün maraqlı olur.

Psixoloji kitablar oxumağı sevən, həmçinin psixoloji kitab axtaran və haradan başlayacağını bilməyənlər üçün maraqlı kitab seçimlərini sizinlə paylaşırıq.

Psixoloji kitab adları

  1. İnsanın məna axtarışı (Viktor. E. Frankl)
0000000303230 1 500x500 1
İnsanın məna axtarışı – Viktor Frankl

Bu kitab 30-dan çox dilə tərcümə olunmuşdur. Belə ki, bu kitab daşıdığı adın cavabını çox gözəl şəkildə izah etməyə nail olub. Yazıçının yaşadığı duyğusal dəyişiklikləri oxuduqca insan psixologiyasının rəngarəngliyinə şahid olacaqsınız. Müəllif əsir düşərgəsində yaşadıqlarını elə təsvir edir ki, siz bir müddət sonra psixoloji kitab deyil, sanki roman oxuduğunuzu hiss edirsiniz.

2. Duyguların Psikolojisi ve Duygusal Zeka (Nevzat Tarhan)

duygularinpsikolojisi
Duyguların psikolojisi-Nevzat Tarhan

Türk psixoloqun qələmə aldığı bu kitabda Şərq və Qərbdə insan duyğularına olan fərqli baxışlar müqayisə olunur. İnsana məxsus olan təməl duyğuların izahı və duyğusal zəkaya olan yenilikçi baxış bucağı kitabı oxuyanların çoxunun bəyənməsinə səbəb olmuşdur.

3. Nitsşe ağladığında (İrvin D. Yalom)

thumbnail 1
Nitsşe ağladığında – İrvin Yalom

Amerikan psixiatrının yazdığı bu kitabda isə Alman filosof, filoloq və şairi Nitsşenin (F.Nietzsche) həyatından bəhs edilərək fəlsəfə, ədəbiyyat və psixologiya harmoniyası özünü büruzə verir. Əsərdə ehtiras, eşq, psixoanaliz, ədəbiyyat, yaşanmış real hadisələrin bəzən fantaziya ilə qovuşaraq cəlbedici təsviri həm kitabın, həm də tanınmış psixiatr Yalomun daha çox şöhrət qazanmasına şərait yaratdı.

Natamamlıq Kompleksi haqqında məlumat

4. İçimizdəki uşaq (Doğan Cüceloğlu)

icimizdeki cocuk dogan cuceloglu kitapoba 1639247975 1
İçimizdeki Çocuk – Doğan Cüceloğlu

Doğan Cüceloğlu çoxlu sayda psixoloji kitab yazmış yazarlıq fəaliyyəti ilə məşğul olan psixoloqlardan biridir. Kitab böyüdümüz ailənin və ətrafımızdakı ən yaxın insanların bizim iç dünyamıza necə təsir etdiyini, hətta bu dövrün indiki zamanda olan duyğu, düşüncə və davranışlarımıza olan təsirinin incəliklərini izah edir.

5. Sevgi və şiddətin mənbəyi (Erik From)

0002029994001 1
Sevginin və şiddətin mənbəyi – Erik From

Erik From insanın şiddətə olan aclığını, insan ruhunun dərinliklərində kök salmış qəddarlığın sirrini yaxşı şəkildə izah etməyə müvəffəq olan alimlərdən biridir. Erik Frommun Sevgi sənəti adlı kitabı da çox sevilən kitablar arasında yer alır.

Qeyd etdiyimiz kitablar həm psixologiyaya aid olan, həm də anlaşıqlı dildə yazılan kitablardır. Belə kitablar içərisində E. Fromm, İ. D. Yalom, Doğan Cüceloğlu kimi yazıçıların kitabları xüsusilə bəyənilir. Nisbətən daha ağır dildə yazılan psixoloji kitablara psixoanalizin banisi hesab olunan S. Freud, Aldous Huxley, C. G. Jung və s. alim və yazıçıların kitabları aiddir.

Bundan əlavə beyin fəaliyyətinin – beyində olan ən cüzi dəyişikliklərin belə insan psixologiyasına təsirini sübut edən kitablar oxumaq daha faydalıdır. Bu sahədə peşəkarlaşmış neyroalimlərin öz pasiyentləri və tədqiqatları barədə yazdığı kitablar həddindən artıq maraqlıdır. Belə kitablar həm insan beynini yaxından tanımağa, həm də psixologiyanın dərinliklərinə enməyə daha çox kömək edir.

Psixoloji kitabları sevən dostlarınıza Kitab Bağışlama Günündə bu kitab seçimləri ilə tanış olaraq ən yaxşı psixoloji kitablardan birini hədiyyə edə bilərsiniz.

Xoş mütaliələr arzu edirik!

Axtarış sözləri: psixologiya kitabları,psixologiya kitablari,psixoloji kitab,psixologiyaya aid kitablar,psixoloji kitablar oxumaq,ən yaxşı psixoloji kitablar pdf,maraqli kitablar,maraqlı kitablar,psixologiya kitab

YAZIYA QİYMƏT VER!😉

sponsor 3

Ortalama 4 / 5. Səs sayı: 5

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir