Əhməd Cavad Şeirləri Ehmed cavad seirleri
4.3
(43)

Əhməd Cavad Azərbaycanlı şair, tərcüməçi, AYB-nin üzvü (1934), professor (1933).

Böyük istiqlal şairimiz olan Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzası Şəmkir nahiyyəsinin Seyfəli kəndində anadan olub.
İlk təhsilini molla yanında alıb, ərəb-fars dillərini öyrənib. Sonradan isə “Cəmiyyəti-xeyriyyə”ni Gəncədə açdığı Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasında təhsil alıb. Seminariyada oxuduğu illərdə Hüseyn Cavid, Abdulla Sur, İdris Axundzadə, Türkiyədən Gəncəyə gəlmiş Cavad kimi müəllimlərdən dərs alıb. Əhməd Cavadın ilk şeiri məhz həmin dövrdə – 1911-ci ildə nəşr edilib.

MƏN TUQAYAM ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Mən Tuqayam, bir quşam,
Oynayıb yorulmuşam.
İstəməm yorğan-döşək,
Anamın qoynu göyçək.
Baxım onun gözünə,
Qulaq verim sözünə.
Mənə versin ağılı,
Çox söyləsin nağılı.

DÖNÜR ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Eşqindən güc alıb bu ilhamım da,
Duyğular qəlbimdə sellərə dönür!
Ellərin verdiyi arzu-kamım da
Yenidən baş alıb ellərə dönür!

Nə böyük bir qüdrət varmış sənətdə,
Ömürlük bağlıdır söz də, söhbət də;
Çəkilən əzab da, iş də, zəhmət də
Çiçəklərə dönür, güllərə dönür!

Fikirlər içində fikrim var deyə,
Tuturam torpaqdan, qalxıram göyə!
Xəyalım uçduqca hey gələcəyə,
Gah da ötüb keçən illərə dönür!

DÜNYA DƏYİŞMİŞDİR ARTIQ ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Dünya dəyişmişdir artıq,
Bilməm varmı xəbərin?
Dəyişməyən bir şey varsa
O da sənin səfərin.
Bu səfər, uzun səfər,
Getdikcə uzun səfər.
Dərin boşluqdan gəlir,
Sənin kimi bir nəfər.
Nə çıxsın ki, göylərdə;
Varlığın bir yaraşıq;
Bu solğunluq yaraşmaz
Bizə işıq ver, işıq!
İşıq ver görünməmiş,
Bir dünya quranlara!
Dünyadakı boşluqdan,
Haqq-hesab soranlara!
Yoxsa bu gen boşluqda,
Tək gəzməkdən nə çıxar?
Yalqız deyilsən çox da,

AZƏRBAYCAN BAYRAĞINA ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!

Qayı Xan soyundan aldığın rəngi,
Qucamış Elxanla, müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!

MƏN KİMƏM ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Soranlara mən bu yurdun,
Anlatayım nəsiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm.
Mən şairəm, doğru amma
Başqa dilim, diləgim.
Bu gördüyüm viranədə
Nə nəşidə söylədim?
Toxundumu yazdıqlarım
Qəlbin incə telinə?
Bax nə haqsız bir axın var
Yoxsulların elinə?..
Sən nə dersən bu sevdalı,
Həm bu derdli gedişə?
Ey yanmın həsrətilə
Boynu bükük bənövşə?
Mən qıyamam yar gəlirkən
Salladığım məndilə.
Ah ey fələk, ağlar isəm,
Göz yaşımı kim silə?

“ANA” ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Şu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var,
Nə zaman ki xəstə könlüm ölgün düşüb inlər, ağlar!
Fırtınalı göylərimi yıxmaq istər ildırımlar,
Nə zaman ki qərib ruhum yad ellərdən cana doyar!

Sən o zaman yetişərsən bir risalət qüvvəsilə!
Bir analıq ürəyilə … Nədir, allah üçün söylə,
Bu ərənlər silahını kimdən aldın, anlat böylə?..

Ağıldan da əvvəl mənə sən verdiyin o təmiz süd,
Vicdanıma dinlətdiyin o səmimi, o saf öyüd
Müqəddəsdir, gücün varsa, insan oğlu gəl də unut?!

sponsor 3

Bəzən olur həyatımın dağlarını duman alır,
O gün sənin titrək laylan yollarıma işıq salır!
Sənin məmnun olduğun gün ruhum məndən məmnun qalır,
İnandım ki, cənnət sənin ayağının altındadır!

SƏHƏR-SƏHƏR ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Yarın bağçasında güllər açılıb,
Bülbüllər ötüşür, gəl səhər-səhər!
Çarhovuz başında bir telli sənəm
Baxıb güzgülənir, bil səhər-səhər!

Güllərin üstündə parlayan şehdi,
Qəlbimdən keçənlər nə sərin mehdi!
Gözümə görükən qövsü-qüzehdi,
Hicran qubarını sil səhər-səhər!

Çətirli ağaclar sanki ormandı,
Həyat göz qırpımı, ömür bir andı!
Cavad, düşündüm ki, bu nə fərmandı,
Danış səhər-səhər, gül səhər-səhər!

YUXUMA GƏLMİŞDİN ŞEİRİ

Müəllif: Əhməd Cavad.

… Yuxuma gəlmişdin sən həzin-həzin,
İşvəli, qəmzəli, nazlı nazənin.
Sən coşqun bir bulaq, mən yazıq əzgin,
Sən yanar bir dodaq, mən halsız, üzgün!

… Onbeşdən az idi, yaşım o zaman,
Axırdı qəlbimə yaşım o zaman.
Daşdan-daşa dəydi başım o zaman,
Yazda başlamışdı qışım o zaman!

Sən sevda buludu, mən təşnə dodaq,
Sən pək iyi bir sərv, mən solğun yarpaq.
Mən quru bir ağac, sən gül ağappaq,
Sinəmə dəyirdi oxlar şaqhaşaq!

Canımda qalmayıb nə tab, nə təvan,
Baxışın şimşəkdi, duruşun ceyran;
Dodağın lalədir, ətirin reyhan,
Onsuz da qurbanam, mən sana qurban!

Sən canlı mələksən, mən quru şəkil,
Bən sana tayammı, ay saçı sünbül?
Bağrımın başında sızlayan bülbül,
Deyir: çəkil yoldan, bu yoldan, çəkil!

NƏ YAZIM ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!

Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
İşıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!

Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu – pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!

QURBAN OLDUĞUM ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Bir xeyli zamandır getdi, gəlmədi,
Əhdi peymanına qurban olduğum!
İstədi can verdim, qədir bilmədi,
O şirin canına qurban olduğum!

Dedim: ayrılığa yoxdur tavanım,
Ayrılıb getməsin sərvi-rəvanım!
Bir daha dönməzmi yosma tərlanım,
Adma, sanma qurban olduğum!
(O təmiz qanına qurban olduğum!)

Mən hey göyə baxdım, göy mənə baxdı,
Göylərə baxmaqdan gözlərim axdı!
Şimşək oldu, ancaq bir dəfə baxdı,
Baxdı qurbanına qurban olduğum!

Könül vermək istər bir müjdə yenə,
Sevgili yurdumun gözəllərinə!
Şerimə can verib, göylərdən enə,
O haqq divanına qurban olduğum!

O mənim şerimin ruhu, rəvacı,
Bütün gözəllərin başının tacı!
Bilməzmi ki, onsuz ömrüm çox acı,
Şöhrətü şanma qurban olduğum!

Gözəlliklər yapma, duyğular cansız,
Mənə tən eyləyir hər yetən qansız.
Atılan oxlardan çıx gəl ziyansız,
Namü nişanına qurban olduğum!

Bir gecə yatmışdım qəmli, mükəddər.
Qəlbimi sıxırdı sonsuz fikirlər.
Birdən Günəş doğdu, açıldı səhər,
Baxdı gözlərimə o qumral gözlər!

Səsimə oyandım, bomboş bir otaq,
Dağların qarma dönmüşdü yataq.
Eşqimə, duyğuma yoxdu bir ortaq,
Bu iyi dünyada ixtilat qataq!

QALDI ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Mən dünyanın qucağında,
Vətən adlı bucağında;
Yandım fəraq ocağında,
Közüm söndü, külüm qaldı!

Gözlərimi açan gündən
Uzaq oldum toy-düyündən!
Nələr umdum mən bu gündən,
Neçə ayım, ilim qaldı.

Nəğmə deyən bir quş oldum,
Ürəklərə qonmuş oldum.
Məhəbbətə uymuş oldum,
Şirin-şirin dilim qaldı.

Belə imiş zaman demək?
Nə düşünmək, nə qəm yemək?
Onun-bunun nazını çək,
Özüm getdim, elim qaldı!

AXŞAMLAR ŞEİRİ

Müəllif: Əhməd Cavad.

Ölkənizdə varsa sizin bir qərib,
Baxın gözlərində nə var axşamlar!
Qəribin halını Vətəndən əsən
Tanrının yelləri sorar axşamlar!

Qayıq qucağında, dəniz üzündə,
Dalğanın nəğməsi deyil gözündə.
Bir şeylər söyləyir, onun sözündə
Könül bir incəlik duyar axşamlar!

Açmayır dərdini qərib bir kəsə,
Qulaq verib durur hər yanıq səsə;
Vətən müjdəçisi ruzigar isə,
Bəzi günlər olur susar axşamlar!

Bir söz ismarlamış bəlkə yar eli,
Nədən anlaşılmaz quşların dili?
Sanki boğmaq istər göz yaşı seli,
Qəribin gözləri yaşar, axşamlar!

Axşam ona kədər, ona düşüncə,
Toxunmayın, qərib qəlbi pək incə!
Yollarla söyləşir məktub gəlincə,
Onun üçün yollara baxar axşamlar!

Əcəb, yoxmu onun baxçası, bağı,
Güllərə baxmayır, gül solu-sağı;
Sən, eylə gəl, onu sanma bayağı,
Nasıl duymadınmı coşar axşamlar?!

Ey o yanıq qəlbin eli, vətəni,
Varmı səndə onun halın soranı?
Əcəb, sağmı onlar, varmı qalanı?
Varsa söylə, qələm yazar axşamlar!

Açar sözlər: Əhməd Cavad Azərbaycan Azərbaycan şeiri, əhməd cavad şeirləri, əhməd cavad sevgi şeirləri, əhməd cavadın şeirləri, əhməd cavad şeir, ehmed cavad seirleri,Ehmed Cavad Goy gol,əhməd cavad azərbaycan bayrağına Ehmed Cavad haqqinda

Səməd Vurğun Şeirləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 43

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir