Ömrün bərəkəti yaxşı əməl ilədir.
– Atalar sözü
Ən xоşbəxt dəqiqələr, yaxşılıq etdiyin dəqiqələrdir. – Atalar sözü
Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir? – Atalar sözü
Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə. – Atalar sözü
İnsan doğulur ki, yaxşılıq eləsin. – Atalar sözü
Sponsor Linklər
Yaxşılıq edəni Allah unutmaz. – Atalar sözü
Yaxşılıq eylə at dəryaya, balıq bilməsə, xaliq bilər. – Atalar sözü
Bir tikə çörək on il yadda qalar. – Atalar sözü
Özgəyə kömək et ki, sənə də kömək etsinlər. – Atalar sözü
Bir çörək özün ye, birini də Allah yolunda ver. – Atalar sözü
Yaxşılıq et – yaxşı olacaq! – Atalar sözü
Yaxşılıq haqqında atalar sözləri
Yaxşılıq edən yaxşılıqla qarşılaşar.
– Atalar sözü
Kimə yaxşılıq elədin, özünü ondan qoru. – Atalar sözü
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Yaxşılığı həddində elə, pisliyi heç eləmə. – Atalar sözü
Nanəcibə min dəfə yaxşılıq et, bir dəfə salam verməsən hamısı heçdir. – Atalar sözü
Yaxşılıq da, yamanlıq da yaddan çıxmaz. – Atalar sözü
Yaxşılıq bilməyən adam adam sayılmaz. – Atalar sözü
Yaxşının nə olduğun pisdən soruşma, pis bilməz yaxşılıq nədir. – Atalar sözü
Yaxşılıq eləyən özünə eləyir, yamanlıq eləyən də. – Atalar sözü
Yaxşı iş heykəl kimidir, hər yerdən görünür. – Atalar sözü
Yaxşılıq düşməni də adama dost edər. – Atalar sözü
Fürsət əldə ikən yaxşılıq eylə. – Atalar sözü
Sən elədiyin yaxşılığı gizlə; sənə olunan yaxşılığı de. – Atalar sözü
Dosta heç olmasa hay verməklə kömək elə. – Atalar sözü
İgiddən yaxşı iş qalar, arifdən – yaxşı söz. – Atalar sözü
Yamanlığa yaxşılıq mərd kişinin işidir. – Atalar sözü
Qonşu dost olsa həmişə kömək istəmək olar. – Atalar sözü
Məsləhət vermək kömək eləməkdən asandır. – Atalar sözü
Hər uşaq anadangəlmə bir yaxşılıqla doğulur. – Atalar sözü
Yaxşılığa yaxşılıq hər kişinin işidir , Yamanlığa yaxşılıq nər kişinin işidir. – Atalar sözü
Namərdə yaxa vermə, mərdə arxa ol. – Atalar sözü
Araba qoş, çarxa dur, mərd igidə arxa dur. – Atalar sözü
Qoçaqlara tale yardım edir. – Atalar sözü
Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır. – Atalar sözü
Xeyirxah bir üz qapalı qapının açarıdır. – Atalar sözü
Xeyir yaxşılığın ardınca, pislik pisin ardınca. – Atalar sözü
Oğul atadan görər, süfrə açar. – Atalar sözü
Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan. – Atalar sözü
El malını qoru öz malın kimi. – Atalar sözü
Bir adama yaxşılıq etmək istəyirsənsə ona balıq vermə, balıq tutmağı öyrət. – Atalar sözü
Xeyirxah adam yaddan çıxmaz. – Atalar sözü
Xeyir istə qonşuna, xeyir çıxsın qarşına. – Atalar sözü
Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın. – Atalar sözü
Qonşu payı dolu gələr, dolu gedər. – Atalar sözü
Yaman olmasa, yaxşılığın qiyməti bilinməz. – Atalar sözü
Kiçik yaxşılıqları unutma, kiçik səhvləri unut. – Atalar sözü
Yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama bərabərdir. – Atalar sözü
Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir. – Atalar sözü
Əvvəlcə sən özün kömək elə, sonra qoy sənə kömək eləsinlər. – Atalar sözü
Gözəllik – axşama kimidir, yaxşılıq – ölənə kimi. – Atalar sözü
Dünyada bir pislik qalar, bir də yaxşılıq. – Atalar sözü
Planınız 1 illikdirsə – düyü əkin, 10 illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara təhsil verin.
– Atalar sözü
Axtarış sözləri: Yaxşılıq haqqında atalar sözləri, Yaxsiliq haqqinda atalar sozleri, yaxsiliq haqqinda atalar sozleri
Çox gözəl atalar sözləridi