Oşonun məşhur kitablarından mənalı sözlər

oso sozleri osonun kitablarindan hikmetli sozler menali
3.8
(10)

Sevgi möcüzədir. Sevgi sehrdir. Vaxtsız sevgi olmur. Sevgi hər yaşda həyat mənbəyidir.
Oşo, Kişilərin Kitabı

Dostluq elə bir dəyərdi ki, onu heç nəylə əvəz et­mək mümkün deyil. Nə olursa olsun, dost qal. Övla­dına da, arvadına da, ərinə də. Dost olmağı öyrən.
Dostluq etməyi bacar. Bu sənə ancaq yüngüllük, rahatlıq gətirər. Qarşı tərəfa mütləq, bütöv azadlıq ver.
Oşo, Qadınların kitabı

Əgər sevinc gözyaşları rəqsində səmimisənsə, əvvəl axır səni anlayacaq adamlar olacaq. Sonra onlar sənin karvanına qoşularlar.
Oşo, Cəsarət

Səni çiçək açmağa,azadlığa aparacaq şey sadəcə sənin səsindir.
Oşo, Sadəcə Özün Ol

Heç kəs heç vaxt sizin kimi olmayıb.
Və heç kəs heç vaxt sizin kimi olmayacaq.
Oşo, Emosiyalar

Milyonlarla insan nə istədiyini bilmədən, rahatsız və gərgin bir həyat yaşayır. Cəmiyyətin gözündə uğurlu olursan sayılıb-seçilirsən. Bəs öz gözündə necəsən? Əslində ruhunda nələr baş verir? Xoşbəxtsənmi? Cəmiyyətin xoşuna gəlməyə çalışdıqca insan öz gözündən düşür. Çünkü özü xoşbəxt olmur, xoşbəxti oynayır.
Oşo, Qadınların kitabı

Əgər sevgi sizi çağırırsa, onun ardınca gedin…
Oşo, Bizə sevgidən danışın…

Bəs sevgiylə çalışmaq nə deməkdir?
Bu öz ürəyinin tellərindən paltarlar toxumaq deməkdir, sanki onları sənin sevgilin geyinəcək
Oşo, Bizə Sevgidən danış

Uşağın necə tullanıb-düşdüyünü, sevinib güldüyünü görmüsən yəqin. Ondan niyə sevindiyini soruşsan, səni dəli hesab edər. Çünki uşaq sevinmək üçün səbəb axtarmır. O sevinir, vəssəlam. Hər şeyə sevinir. Uşağın heçnəyi yoxdu. Nə baş nazirdi, nə vəkildi, nə biznesmen. Onun var dövləti sahildən topladığı balıqqulağından, daşlardan ibarətdir.

Oşo, Kişilərin Kitabı

Psixoloqlar deyir ki, xəstəliklərin səksən faizi hissləri yatırtmağın, boğmağın nəticəsidir. Ürək tutmaları daha çox hirsi boğmaq deməkdir, yəni ürək daha çox nifrətlə zəhərlənib.

Oşo, Emosiyalar

Bir-birinizin badəsini doldurun, amma eyni badədən içməyin. Öz çörəyinizdən bir-birinizə verin, amma eyni çörəkdən yeməyin.

Oşo, Bizə sevgidən danışın…

Dünyanı iki yerə bölmək olar: hər şeyə qiymət təyin edilən dünya və qiymətin mənasız olduğu dünya.

Oşo, Bizə sevgidən danışın…

Harda ölüm riski varsa, orada möhtəşəm yaşam sevinci var, çünki həyatını itirmə riski səni inanılmaz dərəcədə canlı edər.

Oşo, Cəsarət

Ölümdən sonra həyat kimə gərəkdir? Həyat ölümdən ‘əvvəl’ mövcuddur və əgər onu mükəmməl yaşaya bilsəniz, sizə ölüm yoxdur.

Oşo, Bizə sevgidən danışın…

Qadınların gözləri daha gözəldir, çünki onlar hələ ağlaya bilirlər. Kişilərin gözləri gözəlliyini itirdi çünki “kişilər ağlamaz” deyə yanlış bir fikir formalaşıb. Tanrı kişiyə də,qadına da eyni göz yaşı vəzlərini verib. Kişilər ağlamamalı idisə, göz yaşı vəzləri də olmazdı. Gözlərin ağlamağa ehtiyacı var və doya-doya ağlamaq çox gözəl bir şeydir.

Oşo, Yaxınlıq

sponsor 3

Dünyada milyonlarla kişi var və bir gün mütləq onların içində səni anlayan və səni olduğun kimi qəbul edən biri tapılacaq.

Oşo, Qadınların kitabı

Həyat haradasa səni gözləmir,o daxilində baş verir.Gələcəkdə çatacağın bir şey deyil, o indi, burada, bu dəqiqədədir-nəfəs alış-verişində, qanında dövr edir, ürəyində döyünür.

Oşo, Tale, Azadlıq və Ruh

Mənim məsuliyyətim öz ürəyimdədir;dünyadakı başqa heç kimlə deyil. Sənin məsuliyyətin də, təkcə öz varlığındadır. Onun əleyhinə getmə, çünki ona qarşı çıxmaq, intihar etmək, özünü yox etmək deməkdir. Onsuz nə qazanacaqsan? Adamlar sənə hörmət etsə, sənin ağıllı nüfuzlu, alicənab, ağıllı adam olduğunu fikirləşə belə bunlar sənin varlığını bəsləməz. Həyata və onun möhtəşəm gözəlliklərinə dair nələrisə anlamağa kömək etməz. daha az

Oşo, Cəsaret

Şüurumuz dayaz, şüuraltımız elə dərindir ki… Bütün hərəkətlərimiz şüuraltından gəlir – qərarlarımız isə şüurumuzdan. Ona görə də düşündüklərimizlə etdiklərimiz heç vaxt eyni anda baş vermir. Bir şeyi deyirsən, ancaq başqa bir şey edirsən, çünki sənin içində böyük bir bölünmə var.
Oşo, Sadəcə Özün Ol

Axtarış sözləri: Oşo sözləri, tale azadlıq və ruh pdf,oso sozleri, oso sozleri,osho sözləri,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.8 / 5. Səs sayı: 10

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir