Müdrik Kəlamlar və Aforizmlər başlıq bu yazımızda bir-birindən mənalı sözlər yer alır.
Müdrik kəlamlar insanı düşündürən dərin mənaya və hikmətli sözlərə sahibdir.
Bir insanda əsas 3 şeyi axtarın: zəka, qəlb və dürüstlük. Əgər axırıncısı yoxdur, digər ikisini boş verin.
Məni kənardan qınayanlara sözüm yoxdu. Onsuz kənarda qalmaqları onlara bəs edir. –Mark Twain.
Həyatda görəcəyiniz iş nə olursa olsun ərdəm olmayınca əldə edəcəyiniz hər şeyin edəcəyiniz hər işin sonunda utanc və pislik vardır. – Platon
Xarakter ağac, şan –şöhrət isə o ağacın kölgəsi kimidir. Biz çox vaxt kölgəni düşünürük, ancaq gerçək olan ağacın özüdür. – Uilyam Linkoln
Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil. – Albert Eynşteyn
Sponsor Linklər
Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar? – Fyodor Dostoyevski
Hər uşaq bir tərəfdən dahi, və hər dahi bir tərəfdən uşaqdır. – Artur Şopenhauer
Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz. – Sokrat
Gözəllik gözdən könülə düşən közdür. –Könül Bünyadzadə
Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir.
Tamahkarlıqla xoşbəxtliyin bir –birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar. – Bencamin Franklin
Müdrik Kəlamlar və Aforizmlər
Ağlamaq üçün gözdən yaş mı axmalı ?
Dodaqlar gülərkən, insan ağlamaz mı ?
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır. – Frensis Bekon
Eşq məhkəməyə bənzər, cəfa çəkmək də şahidə. Əgər şahidin yoxdursa, məhkəməni uda bilməzsən.
Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır. – Xəlil Cübran
Hər şey vaxtını gözləyər. Nə gül vaxtından öncə açar, Nə günəş vaxtından öncə doğar. Sənin olan sənə gələcək
Dedilər ki, gözdən iraq olan könüldən də iraq olur. Dedim ki, könülə girən gözdən iraq olsa nə olur. – Hz. Mövlana
İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək. –
Damı yaxşı döşənməmiş evə yağış necə damırsa, yaxşı işləməyən ağıla da tamah eləcə damır. –Budda
Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. – Əbu Turxan.
Ey insan! Öləcəyin günü bilmirsən, heç olmasa ölümlü olduğunu bil! –Hz.Mövlanə.
Yaxşı sözlər danışıb əməl eləməyən adam ətri olmayan gözəl çiçəklərə bənzər. Çiçəklərin ətri küləyin axınına qarşı yayılmaz. Xeyirxah adamların ətri isə küləyin gəldiyi yerlərə də yayılır.
Övladlarınıza varlı olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə ömürləri boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilmiş olarlar. –
Qoy kül olum yana –yana…
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?! – Nazım Hikmət
Aşiq olmaqla sevmək arasındakı fərqi soruşmuşlar? Cavablandırmış Şəms: Sənin baxdığına hər kəs baxar, amma sənin onda görə bildiyini hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər, amma heç kəs sənin kimi sevə bilməz. Tək fərq sənsən. – Şəms Təbrizi
Bizi güclü edən yediklərimiz deyil, həzm etdiklərimizdir.
Bizi zəngin edən qazandıqlarimiz deyil, mühafizə etdiklərimizdi.
Bizi məlumatlı edən oxuduqlarımız deyil, dərk etdiklərimizdi.
Bizi sevimli edən də başqalarına verdiyimiz nəsihətlər deyil, onları özümüzdə tətbiq etməyimizdir. –
Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. – Mövlana Cəlaləddin Rumi
Heç vaxt bir mismarı belə kiçik görməyin.. Çünki, bir mismar bir nalı, bir nal atı, bir at sərkərdəni, bir sərkərdə ordunu, ordu isə böyük bir ölkəni xilas edir! – Çingiz Xan
İnsan necə də qəribədir !?
O var –dövlət qazanmaq üçün sağlamlığını itirir, sonra da sağlamlığını geri gətirmək üçün sərvətindən keçir.
O hazırkı vaxtında gələcəyin dərdini çəkir, amma gələcəkdə isə keçmiş vaxtları özləyir.
O elə yaşayır ki sanki heç ölməyəcək, amma elə şəkildə ölür ki sanki heç anadan olmamış.
Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər bir həyat yaşayın. – Viktor Hüqo
Açar sözlər: Mudrik kelamlar,Müdrik Kəlamlar və Aforizmlər, müdrik sözlər, menali sozler ve kelamlar
Bənzər sözlər:
Müdriklərdən Müdrik Sözlər
Dərin Mənalı Sözlər
Hikmətli Sözlər