Heydər Əliyevin Kəlamları, Heydər Əliyev sözləri, Heyder Eliyev sozleri, Heyder Eliyev kelamlari
4.1
(101)

Heydər Əliyevin müdrik kəlamları onun bu millətə bəxş etdiyi ən dəyər mirasıdır. Hansı ki, bu kəlamlar Azərbaycanın bu gününə və sabahına işıq tutur, bizə dövləti və onun siyasətini, təhsil və mədəniyyətimizi daha yaxşı öyrədir.

İnsan mənəviyyat üçün yaşamalıdır.

Heydər Əliyev

Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.

Xalq gərək daim öz kökünü xatırlasın.

Ağıl olan yerdə zora ehtiyac yoxdur.

Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.

Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.

Heydər Əliyev

Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.

Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.

Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.

Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun.

Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.

Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur.

Heç kim əbədi qalib ola bilməz.

Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.

Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.

Heydər Əliyev

Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz.

Tarix həmişə hər şeyi öz yerinə qoyur.

Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.

Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.

sponsor 3

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.

Heydər Əliyev

Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.

Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır.

Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir

Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir.


Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Heydər Əliyev

Bənzər mövzular:

Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş şeirlər

Axtarış sözləri: Heydər Əliyevin Kəlamları, Heydər Əliyev sözləri, Heyder Eliyev sozleri, Heyder Eliyev kelamlari

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 101

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir