Sevgiliyə Aid Şeirlər

Sevgiliyə Aid Şeirlər
3.3
(3)

Şeirlər:

GİZLİ SEVGİ ŞEİRİ

Müəllif: Fikrət Qoca

Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.

Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.

Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.

Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram.



MƏHƏBBƏT ŞEİRİ

Mən ki bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıхarıb oynatmadınmı?

Mən ki nəğmə dеyib bənövşələrdən
Pеşəm zövq almaqdı bir şuх dilbərdən,
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıхmağa can atmadınmı?!

Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın bеlə.
Müşfiqin qəlbini tеz alıb ələ
Onu röyalardan oyatmadınmı?!


SƏNİN GÜLÜŞLƏRİN ŞEİRİ

Müəllif: Mikayıl Müşfiq

Qarşımda nazlanıb yеnə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən dеsəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şеhə bənzəyir.

Sənin gülüşlərin bir ruzgar кimi
Əsərкən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar кimi
Ruhuma bir sərin işıq saçılır.

Söylə, gözəllərin dodaqlarından,
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhqəhən ay кənarından
Кеçən buludmudur, uçan quşmudur?

Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fiкrimə sanкi rəng alır.
Gül кi, şеirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.

Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar.
Bəzən başucumda, bəzən önümdə
Şimşəкlərim çaхar, sularım aхar.

Cahan кi solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölməк!
Yazıq o şəхsə кi, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülməк!


SƏHƏR SƏNSİZ AÇILIR ŞEİRİ

Müəllif: Qismət Rüstəmov

Səhər sənsiz açılır,
Gecə olur, bilirsən?
Sənsizliyə dözməmək,
Necə olur, bilirsən?

Bilirsən necə olur,
Özünü inandırmaq?
Bir siqaret sönməmiş,
Başqasını yandırmaq…

Bilirsənmi təqvimdə,
Sabahkı gün saralır?
Sənsiz havalar belə,
Başqa cürə qaralır.

Görən neynirsən indi,
Papaqmı toxuyursan?
Yeməkmi bişirirsən,
Kitabmı oxuyursan?

Gözlərini qapayıb,
Arzularmı tutursan?
Bilmirəm, düşünürsən,
Yoxsa ki, unudursan?…

sponsor 3

ÇAĞIR MƏNİ ŞEİRİ

Müəllif: Fargana Yusifqizi

Hardasan, bir zəng elə,
Yenə sənsiz qalmışam,
De ki, özümə köynək,
Sənə daraq almışam.

Çağır məni, əzizim,
Birlikdə yemək yeyək.
Yemək dadsız olsa da,
“Yaman dadlıdı” deyək.

Çağır məni söhbətə,
Danışaq boş-boşuna.
Ayrılanda deyim ki,
Söhbət gəldi xoşuma.

Bir bəhanə tap yenə,
Bu gun sənlə görüşək.
De ki, çay dəmləmişəm,
Soyumadan gəl içək.

Sonra da bir qorxulu,
Filmə baxaq səninlə.
Qorxum evə getməyə,
Sən də qal bu dəlinlə.

Səhər açılanda de,
Axı bu gün bazardı.
Gəzib bütün şəhəri,
Evin yolun azaydıq.

Yetər ki, çağır məni,
Tut əlimdən, əzizim.
Ömrünün kandarından
Silinməsin heç izim.


SEVGİ ŞEİRİ

Müəllif: Eltun Zahid

Mənim ruhum,hissim ölmüşdü çoxdan,
Məndə məhəbbəti sən oyatmısan.
Başqası qəlbimə girə bilməzdi,
Sən isə qəlbimdə at oynatmısan!

Bu nə cür sehrdi,bu nə cür tilsim?
Məni məndən alan heç olmamışdı.
Çoxusu ürəymə yaxın gəlmişdi,
Ancaq sənin qədər toxunmamışdı!

Dəyişdin sevgiyə qəddar birini,
Özüm dəyişməyimə heç inanmıram,
Nə vaxtki yuxumda görürəm səni,
Çalışıb o günü heç oyanmıram!

Susdum,susacağam önündə sənin,
Sükutluq edəcək qulağını kar,
Birazda sən dinlə qəlbin səsini,
Gör bir mənə aid orda nəsə var?


GEDƏK BİZ OLMAYAN YERƏ ŞEİRİ

Müəllif: Ramiz Rövşən

Gəl əl-ələ tutub gedək
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.

Gəl çıxıb gedək birtəhər
Bir kimsə tutmasin xəbər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.


GƏL ŞEİRİ

Müəllif: İqbal Köçərlinski

Nə vaxtsa sən məni görmək istəsən,
Saçların bəm-bəyaz olanda dur gəl.
Demə ki yaşlısan, əllərin əsir,
Əsanı ehmalca, qoluna vur gəl.

Bir qoca təbəssüm,bir müdrik salam,
Gənclik illərindən bir neçə kəlam,
Bir damcı ..öz ətrin birdə… vəssalam..
Qırışmış əlinə,telinə vur gəl..

Oturaq, ağlayaq ,keçmiş günlərə ,
Ömürdən xəbərsiz itmiş günlərə ..
Arzuya, muradsız yetmiş günlərə.
Sadəcə ağlamaq- eşqinə dur gəl..

Ömrün uzun olsun,günlərin baha,
Hər günü sevinclə, ötür sabaha
Görsən yol üstdəsən, gedirsən daha,
Ömrünün sonuncu- gününə dur gəl.

Nə bilim bəlkə də , mən sağ olmaram,
Sözdü də deyirəm,qala-qalmaram.
Tələsik gedərəm, vidalaşmaram..
Vidadan,bir qədəh -daşıma vur gəl..

Nə vaxtsa sən məni görmək istəsən,
Saçların bəm-bəyaz olanda dur gəl..

Bənzər şeirlər:

Sevgiliyə Aid Şeirlər

Axtarış sözləri: Sevgiliye seirler menali sevgili üçün şeirlər, sevgili haqqında şeirlər sevgilimə şeir gözəl sevgi şeirləri sevgili ucun seir sevgiye aid seir sevgililer haqqinda seir sevgililərə aid şeir sevgi

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.3 / 5. Səs sayı: 3

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir