Mövzu başlıqları
Ad bildirən sözlər
Hər bir əşyanın, canlı və cansız varlıqların öz adları vardır. Onlara ad bildirən sözlər vəya isim deyilir.
Bu sözlər Kim? Nə? Hara? suallarından birinə cavab olur. Ad bildirən sözlər canlı
və cansız varlıqların, eləcə də yerin, məkanın adını bildirir,
Məsələn: Kim? – Qız, Kim? – oğlan, Nə? – dovşan, Hara? – Yol
Gəlin bir neçə ad bildirən sözləri öyrənək.
İnsan bildirən sözlər KİM? sualına cavab verir. Məsələn:
- KİM? – Ana
- KİM? – Nənə
- KİM? – Nuray
Peşə adlarıda kim sualına cavab verir. Məsələn:
Sponsor Linklər
- Kim? – Müəllim
- Kim? – Polis
- Kim? – Həkim
- Kim? – Mühəndis
Cansız əşyaların, bitki və heyvanların adını bildirən sözlər NƏ? sualına cavab verir. Məsələn:
- Nə? – Kitab
- Nə? – Alma
- Nə? – Stol
- Nə? – Bayraq
- Nə? – Günəş
- Nə? – Məstan
Yer, məkan bildirən sözlər HARA? sualına cavab verir. Məsələn:
- Hara? – Bakı
- Hara? – Şuşa
- Hara? – İstanbul
Ümumi və Xüsusi adlar
.Eynicinsdən olan varlıqların adlarını bildirən sözlər ümumi adlardır.
Məsələn: it, şəhər, oğlan, kitab, quş, qələm, uşaq və s.
Eynicinsli varlıqları bir-birindən fərqləndirmək üçün onların hər birinə xüsusi adlar verilir.
Ad və soyadlar, ölkə, şəhər, kənd və heyvanlaraverilən adlar xüsusi adlardır. Belə adlar cümlədə yerindən asılıolmayaraq, həmişə böyük hərflə yazılır.
Məsələn: Uşaqlar Toplanla oynayır. Baba nəvəsi ilə Qubaya getdi. Onundostu Vasifdir.
Tək və cəm adlar.
Tək adlar eyni cinsdən olan varlıqların yalnız birini ifadə edən adlardır.
Məsələn: kitab, bilik, qələm, uşaq və s.
Cəm adlar eyni cinsdən olan, birdən çox varlığı ifadə edən adlardır. Cəmadlar tək adlara – lar –lər şəkilçisi artırmaqla düzəlir.
Məsələn: kitablar, otaqlar, uşaqlar və s
Ümumi və xüsusi adlar
Ad bildirən sözlər yalnız gözlə gördüyümüz varlıqların deyil, həm də təsəvvür etdiyimiz anlayışların adını bildirir.Adlar ümumi və xüsusi ad olmaqla iki yerə bölünür.
Xüsusi adlar dünyada tək varlığı ifadə edən adlardı: İnsan adları, şəhər adları, çay adları, dəniz adları,heyvanlara verilən xüsusi adlar və s.
Ümumi adlar: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlar: masa, paltar, daş, küçə,çəmən, şəhər,
Bənzər mövzular:
Axtarış sözləri: ad bildiren sozler hansilardir,ad bildiren sozler hansi suallara cavab verir,ad bildiren sozler neye deyilir,isim ad bildiren sozler qayda,ad bildirən sözlər nəyə deyilir,ad bildirən sözlər hansı suallara cavab verir,ad bildirən sözlər qayda
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!