Hər bir markanın öz hekayəsi və özünəməxsus yolu vardır. Məşhur marka və brendləri tanımayan, bilməyən yoxdur. Bilinən markaların bir də bilinməyən tərəfləri var ki, bunları sizlər üçün toplayıb belə bir post halına gətirdik.
- Nike adı qədim Yunan mifologiyasında qələbə ilahəsiinin adıdır.
- Tesla-nın qurucusu əslində İlon Musk deyil. Mark Tarpenninq və Erik Eberharda adlı iki mühəndisdir.
- McDonald’s hər gün 70 milyondan çox insana xidmət göstərir. Bu say Böyük Britaniyanın əhalisindən çoxdur.
- Məşhur texnologiya nəhəngi LG-nin ilk məhsulu üz kremi olmuşdur.
- Wolkswagen sözünün mənası “Xalq Maşını”dır.

- Opel-in qurucusu Adam Opel şirkəti ilk quranda ancaq tikiş maşınları istehsal edirdi.
- Volvo loqotipindəki polad dairə və ox mifologiyada Döyüş Tanrısı Merihi ifadə edir.
- Ceff Bezosun Amazon-u ilk fəaliyyətinə qarajda kitab satışı ilə başlayıb.
- Microsoft 2011-ci ildə Skype şirkətini 8 milyon dollara almışdır.
- “Pepsi” adı həzm fermenti olan “pepsin” sözündən gəlir. Bu içki əslində ilk dəfə mədədəki həzm fermentlərini müalicə etmək üçün istehsal edilmişdi.
- Hər dəqiqə YouTube-a təxminən 330 saatlıq video yüklənir.

- Candy Crush bu günə qədər ən çox yüklənən oyundur. Oyun hər gün 663 min dollardan çox qazanc əldə edir.
- İngiltərə kraliçası Bukingem sarayının yaxınlığındakı McDonald’s-ın sahibidir.
- Levi’s brendinin yaradıcısı Levi Strauss əslində aristokrat idi və cins şalvarlar işçi sinfi üçün tikildiyindən özü onları geyinmirdi.
- LEGO brendinin adı Danimarkaca “Leg Godt” sözündən gəlir. Bunu “yaxşı oyna” kimi tərcümə etmək olar.
- Starbucks loqosu üçün su pərisindən ilham almışdır. Həmçinin, “Starbuck” adı Moby Dick-in kitabındakı bir qəhrəmanı adıdır.

- Ginnesin Rekordlar Kitabına görə Tupperware 20-ci əsrin ən yaxşı ixtiralarından biridir.
- Absolut brendi arağının iki əsas tərkib hissəsi su və payızlıq buğdadır. Payızlıq buğda nişastası yüksək olan bir bitkidir.
- Google Birləşmiş Ərəb Əmirliklərinin Liva Oasis küçəsinin fotoşəkillərini çəkmək üçün Raffia adlı dəvədən istifadə edib.
- Ferrari şirkətinin əsas rəngi kimi qırmızını Enzo Ferrari seçməyib. Bu rəngi Beynəlxalq Avtomobil Federasiyası seçmişdir.

- Coca-Cola 500 marka altında 3500-dən çox içki istehsal edir.
- Nokia telefon şirkəti əvvəlcə Finlandiyada odun dəyirmanı idi. Brend daha sonra plastik məhsullar istehsal etməyə başladı.
- Marlboro reklamındakı simvola çevrilən məşhur adam ağciyər xərçəngindən həyatını itirmişdir.
- eBay-da siyahıya alınan ilk məhsul qırılmış lazer pointer idi. 1995-ci ildə bu əşya kolleksiyaçı tərəfindən 14,83 dollara alınıb.
- iPhone-larda retina skan texnologiyası Samsung tərəfindən istehsal olunub.

Bənzər mövzular:
Axtarış sözləri: meshur markalar haqqinda maraqli faktlar , şirkətlər haqqında maraqlı faktlar , dünyanın məşhur markaları haqqında bilinməyən faktlar Markalar haqqında maraqlı faktlar və məlumatlar