Səhər burnuma gələn dadlı qoxu ilə yataqdan qalxdım. Qoxunun gəldiyi yerə tərəf getdim. Anam yenə səhər yeməyi üçün ləziz kətələr bişirirdi. Düşündüm ki, əvvəlcə gedib üzümü yusam yaxşıdır. Ayağımın ətrafına dolanmış pijamamın ayağını çəkib getdiyim zaman qonaq otağına baxdım. Burada heç kim yox idi. Heç kim, yəni anam. Adətən hər səhər evdə Anam və məndən başqa heç kim olmur . Mən oyanmamış atam işə gedir.
Üzümü yuduqdan sonra gedib sobanın pəncərəsindən kətələrin qızarmasına baxdım. Onlar əvvəllər heç vaxt bu qədər şişməmişdilər. Necə bu qədər böyük ola bilərlər? Başımı sobanın pəncərəsindən qaldırıb ətrafa baxmağa başladım. Mən anamı tapmağa çalışdığım vaxt içəri otaqdan Arzu xalamın səsi gəldi. Yoxsa kətələri də o hazırlamışdı? Bəs onda anam harada idi?
Xalam nəhəng ağ kəlağıyısı ilə qapıda görünəndə gözlərim bir anda yaşla doldu. Kaş damlalar heç olmasa gözümdə qalsaydı. Xeyr, yanağıma düşdülər. Sonradan yadıma düşdü ki, axı anam mənə əvvəl demişdi. “Mən ikinci doğum üçün hosbitalda olduqda , xalan sənin yanına gələcək. İstəyirəm ki, biz gələnə qədər onunla qalasan.”
Xala məni qonaq otağına aparıb yanına oturtdu. Əllərimi tutub dedi:.
– Balam, mənim gözəl balam! Mən gələndə yatırdın, səni oyatmağa qıymadım. Nə qədər darıxmışam sənin üçün bir bilsən. Gəl, doyunc qucaqlaşaq. Ağlamalıq bir şey yoxdur, amma gəl o göz yaşlarını silək.
Sponsor Linklər
Bir gün anamın doğum etmək üçün xəstəxanaya gedəcəyini bilirdim, amma o gün heç gəlməyəcək kimi görünürdü. Ona görə də özümü saxlaya bilməyib ağlamağa başladım. Bunu Arzu xalama deyəndə o, mənimlə danışmağa başladı.
– Hər şeydən əvvəl Allah bizimlədir. Onun yanında olanda heç biz tək qalarıqmı? Ümid edirəm ki, anan sağ-salamat bir neçə günə evə gələcək.
+ Allah həmişə bizimlədir?
– Əlbəttə, mənim gözəl qızım. Allah, həmişə bizimlədir. O, görür və eşidir. Rəbbiimz, bizim ürəyimizdə olanı da bilir. Hətta qara qayanın üstündə qara qarışqanı da görür.
+ Allah bilir ki, mən anam üçün necə darıxıram?
– Əlbəttə, canım! Görür və bilir ki, sən anan üçün darıxırsan, və necə yaxşı uşaqsan.
Sonra xalam, gülümsəyərək sözlərinə davam etdi:
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
-O, həmçinin kətələri yandırıb-yanmadığını da bilir. Yaxşı olar ki, gedib sobaya baxaq. Yoxsa ananın yoxluğunda sənə yanmış kətələr yeməli olacağıq.Xalamla ilə gülüb mətbəxə tərəf getdik. Onun bu gün mənə öyrətdikərini bir ömür keçsə unutmayacam.
NƏTİCƏ: İnsan bəzən Allah unutsa da, Allah insanı əsla unutmaz. Rəbbimiz, öz yaratdığı bəndələrini yalnız buraxmaz. Sadəcə bəzi insanlar Allahdan uzaqlaşar və özünü çarəsiz hiss edər. Yaradanla birgə olana hər şey bəs edər.
Allah insanı tək qoymaz | Balacalar üçün hekayə
Bənzər mövzular:
- Allah hər kəsin arzularını necə gerçəkləşdirə bilir? | Maraqlı Hekayə
- Qısa nağıllar | Maraqlı və ibrətamiz
Axtarış sözləri: Allah insani tek qoymaz hekaye balacalar ucun