Hər birimiz Google-da gündə onlarla müxtəlif axtarış edirik. Bəs edəcəyiniz hər bir axtarışla təbiətə töhvə verə biləcəyinizi desəm?
Ecosia nədir?
Ecosia reklamdan əldə etdiyi gəlirin ən az 80%-ni ağac əkən təşkilatlara bağışlayan axtarış sistemidir. Şirkət əldə etdiyi gəlirlərdən ayırdığı büdcə ilə ağac əkmə işləri aparır.İndiyə qədər əkilmiş 110 milyondan çox ağac hər gün 1771 ton CO2 çıxararaq iqlim böhranı ilə mübarizə aparır.

Ekosiya,, meşələrin salınması prosesini zəngin biomüxtəlifliyə malik və ən çox ağacların məhv olduğu ölkələrdə aparır. Bu ölkələrə Nikaraqua, Peru, Burkina Faso , Malavi, İndoneziya və Avstraliya ilə birgə 35 ölkə daxildir.
Ekosiadan necə istifadə etmək olar?
Siz Ecosia-nı mövcud brauzerinizə əlavə olaraq quraşdırıb ondan istifadə edə bilərsiniz. İOS və Google Play-dən yükləyərək smartfonlarda da istifadə etmək mümkündür.
Ecosia axtarış sistemindən istifadə etməyə başladığınız andan yuxarı sağ küncdə gördüyünüz ağac formalı sayğac bu axtarış sistemi ilə etdiyiniz axtarışların sayını göstərir. Bir ağac əkmək üçün təxminən 45 axtarış etməlisiniz.
Sponsor Linklər

Meşələrin bərpası səylərinə əlavə olaraq, Ecosia serverlərini 100% bərpa olunan enerji ilə təchiz etmək üçün Almaniyada öz günəş elektrik stansiyalarını tikərək ətraf mühitin qorunması prinsiplərinə uyğun fəaliyyətini davam etdirir.
Gələcək nəsillərə daha yaxşı bir dünya miras qoymaq üçün biz də nəsə edə bilərik. Kİçik addımlar böyük fərqlər yarada bilir.
Digər Brauzerlər, Google və Ecosia
Funksional olaraq müqayisə etdikdə, Ecosia brauzeri digər məşhur brauzerlərlə eyni işləyir və bir çox bənzər xüsusiyyətlərə malikdir. Brauzerin ünvan çubuğundakı kilid işarəsi ilə göstərildiyi kimi, bütün axtarışların şifrələndiyini nəzərə alsaq, Ecosia axtarış sistemi təhlükəsizliyi baxımından digər axtarış sistemlərini qabaqlayır.
Ən əsası, Ecosia üçüncü tərəf izləmə vasitələrindən (kukilərdən) istifadə etmədiyini bildirir. Bu o deməkdir ki, edilən hər hansı axtarış Ecosiadan başqa heç bir tərəfə görünmür. Bundan əlavə, Ecosia-da edilən istənilən axtarışlar bir həftə sonra anonimləşdirilir. Əksinə, digər axtarış motorları brauzer tarixçəsini və kukiləri sildikdən sonra belə axtarış məlumatlarını (cihaz və ya tarix kimi) saxlayır.
Ecosia ilə edilən hər bir axtarış atmosferdən təxminən 1 kq CO2(karbon qazı) çıxarır. Bu o deməkdir ki, Ecosia Google kimi geniş şəkildə istifadə olunsaydı, o, bütün qlobal CO2 emissiyalarının 15%-ni udacaqdı.
Meşələrin qırılması ilə mübarizə səylərində reklamlardan əldə edilən gəlirin istifadəsi və məlumatların məxfiliyinə hörmət Ecosia-nı məşhur axtarış motorlarına dəyərli alternativ edir. Ecosia bütün fəaliyyəti ilə bağla rəsmi saytında illik hesabat verməklə bərabər, həmçinin ağacəkmə prossesini və nəticələri rəsmi Youtube kanallarında yayınlayır.
Təbiətə töhfə vermək və karbon ayaq izinizi azaltmaq istəyirsinizsə, bu gündən Ecosia-dan istifadə edin! Daha yaşıl bir dünyaya siz də öz töhvənizi verə bilərsiniz.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bənzər mövzular:
Axtarış sözləri: ecosia browser, ecosia search engine, ecosia haqqinda melumat, ecosia nedir, Ecosia – Hər 45 axtarışa 1 ağac əkən axtarış sistemi | Necə istifadə edək?