Bu məqalə Məktəb haqqında inşa yazmağınıza yardım edəcək. İnşa sizlərə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Məktəb-həyat kamalı,
Ağlımıza incidir.
Gələcəyin amalı,
Yaşamaq sevincidir.
Bilik tükənməz bir xəzinədir. Məktəb isə bizlərə bu xəzinəni bəxş edən elm-təhsil ocağıdır. Yazıb-oxumağı burda öyrənir, təhsil həyatına ilk addımları məktəbdə atırıq. O bizi kitablarda dost edir, onlardan bilmədiyimiz yeni şeylər öyrənirik. Hər bir kitab bilik xəzinəsinə açılan bir qapıdır. Maraq və istək isə bu qapının açarıdır.
O bizə həyatın sirrlərini, bilinməyən tərəflərini öyrədir. Məktəbdə həmçinin yurdumuzun qədim və zəngin tarixini, bənzərsiz mədəniyyətini öyrənirik. Beləcə özümüzü, aid olduğumuz vətəni daha yaxşı tanıyımış oluruq. Öyrəndiyimiz biliklər bizi daha ağıllı, daha güclü edir. Burda öyrəndiyimiz biliklər həm də gələcəyimizə etdiyimiz yatırımdır. Bir insanın gələcəyi onun məktəb həyatından, təhsil səviyəsindən asılıdır. Məktəb, gələcəyimiz olan gənclərimizi yetişdirir, həyata hazırlayır. Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. Ən yaxşı mühəndislər, həkimlər, memarlar məhz müəllimlərin əsərləridir.
Dahi bir kəlamda necə də gözəl deyilib:
Müəllim bağbana, məktəbsə bağa bənzər. Ən gözəl çiçəklər və meyvələr, onun zəhmətinin barıdır.
Məktəb bizə həm də Vətəni tanımağı və sevməyi öyrədir. Məhz burda öyrəndim vətənin nə qədər əziz və müqəddəs olduğunu. Məktəbdə bir Azərbaycanlı kimi üzərimə düşən vəzifələrimi, borc və öhdəliklərimi daha yaxşı dərk etdim. Onu göz bəbəyi qorumağı, vətənə sahib çıxmağı öyrəndim.
Sponsor Linklər
Ulu Öndər Heydər Əliyevin kəlamında buyurduğu kimi:
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
Məktəb mənim ikinci ailəm kimidir. Burda həm öyrənir, həm də yeni münasibətlər və dostluqlar qurururam. Məktəb mənə əiləm qədər əziz və doğmadır. Ən gözəl xatirələrimizin bir hissəsi məktəb illərinə olur. Hansı ki, bu xatirələr illər keçsə də unudulmur, ürəklərdə yaşayır.
Mekteb haqqinda insa
Ölkəmizdə təhsil infrastrukturunun yenidən qurulması üçün dövlətimizin xüsusi diqqət və qayğı göstərir. Azərbaycanda ən müasir tələblərə uyğun məktəblər tikilir, köhnələr bərpa olunub yenilənir. Onların hər biri gərəkli avadanlıqlarla, ləvazimatlar təmin olunur. Müasir laboratoriyalar, emalatxanalar, idman zallları və sinif otaqları. Biz bügünkü məktəblilər yaxşı təhsil almaq üçün heç olmadığımız qədər böyük imkana və şəraitə sahibik. Əlbəttədə bu, dövlətimizin təhsilə verdiyi önəmin təcəssümüdür.
Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib.
Məktəb parlaq gələcəyimizin təməlidir. O, millətləri zülmətdən və qaranlıqdan aydınlığa çıxarır. Maarifdən, elmdən uzaq düşənlər hər zaman səfalət və yoxsulluq içində yaşayırlar. Elm və təhsilə önəm verən millətlər isə hər zaman daha firavan və xoşbəxt bir həyata sahib olurlar.
Bənzər mövzular:
Axtarış sözləri: məktəbə aid inşa,məktəb haqqında esse,məktəb haqqında inşa,dogma mekteb haqqinda insa,mekteb haqqinda insalar,mekteb haqqında esse
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!