Bu məqalə Uşaq hüquqları haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
uşaq hüquqları haqqında esse
GİRİŞ
Uşaqlar bizim gələcəyimizdir və onlar da yaşamaq üçün insani hüquqlara sahibdirlər. İrqi, dili, milləti nə olurla olsun hər bir uşağın haqqı var ki, öz hüquqlarından istifadə etsin. Bu onun fərdi inkişafı və xoşbəxt gələcəyi üçün labüddür.
ƏSAS HİSSƏ
Sponsor Linklər
Gələcəyimizin necə olması bu gün uşaqların haqq və hüquqlarını necə təmin etməyimizdən asılıdır. Mən də sizin kimi bir uşağam. Yaşamaq, inkişaf etmək və öz gələcəyimi qurmaq üçün öz huquqlarım var. Dövlətimiz və onun qanunları da bu baxımdan uşaqların hüquqlarnı qoruyur, onun təmin edilməsi üçün tədbirlər görür.
Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Bu onun təbii ehtiyacıdır və insan kimi formalaşması üçün vacibdir.
Həmçinin hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlətimiz uşaqların həyatının təhlükəsizliyini və sağlam inkişafını tə min edir, onları risklərdən qoruyur, sağlamlığın qorunması məqsədilə tədbirlər görür. Bu baxımdan öz vəzifəsini layiqincə yerinə yetirən əsgər, polis və həkimlərimizə minnətdarıq.
Bütün uşaqların dəyərlərimizə uyğun, əxlaqi normalar əsasında tərbiyə almaq hüququ vardır. Bu hüquq doğrunu bilmək və yalnışlardan uzaq olmaq.özünə və ətrafında hörmət etməyi öyrənməyə imkan verir. Tərbiyə hüququmuz ailə və məktəb tərəfindən həyata keçirilir.
Həmçinin biz uşaqların ailədə valideynlərimiz ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququmuz vardır. Hər bir uşaq ailəsindən sevgi və qayğı görmək istər. Bu hər birimizin mənəvi ehtiyacıdır və şəxsi inkişafımız üçün çox vacibdir.
Uşaq hüquqları haqqında esse
Uşaqlar azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Uşaqlarla qəddar rəftar olunması, hüquq və azadlıqlarının əlindən alınması, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi uşaq hüquqlarını pozulması deməkdir.
Dövlətimiz sayəsində biz uşaqlar ad və vətəndaşlıq almaq , ailədə yaşamaq, şərəf və ləyaqətinin müdafiə etmək, istirahət etmək və bunun kimi digər hüquqlara da sahibik.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Məncə hər uşaq öz hüquqlarını yaxşı bilməli və onu tələb etməyi bacarmalıdır.
Məncə bir uşağa edilə biləcək ən böyük pislik onun haqq və hüquqlarını əlindən almaqdır. Bunun özü bir cinayətdir və cəzası vardır.
Təəssüf ki, dünyada öz hüquqlarında məhrum qalan, öz huquqlarını bilməyən milyonlarla uşaq var. Onlar maddi və psixoloji problemlərdən əziyyət çəkir və öz uşaqlıqlarını olduğu kimi yaşaya bilmirlər. Bu da onların şəxsi inkişafına və xoşbəxtliyinə çətinliklər yaradır. Xüsusi Afrika, Cənubi Amerika və Asiyanın kasıb ölkələrində uşaqların böyük əksəriyyəti bu şəkildə yaşayır.
NƏTİCƏ
Biz hər birimiz öz hüquqlarımız bilməli və onu tələb etməliyik.Buna hər kəsin haqqı vardır.
Uşaqları hüquqlarından məhrum etməməli və buna imkan verməməliyik. Çünki bir uşağın hüquqlarını əlindən almaq həm də onun gələcəyini oğurlamaq deməkdir. Gəlin onların hüquqlarını qoruyaq və təmin edək. Axı onlar bizim gələcəyimizdir.
Bənzər mövzular:
- Uşaq hüquqları haqqında məlumat
- Uşaqlar haqqında aforizmlər və gözəl sözlər
- 1 İyun uşaqlara aid şeirlər 👧👦
Axtarış sözləri: uşaq hüquqları haqqında esse,uşaq hüquqları haqqında inşa, usaq huquqlari haqqinda insa,usaq huquqlari hansilardir,usaq huquqlari haqqinda melumat,uşaq hüquqları haqqında məlumat,uşaq hüquqları hansılardır,uşaqların hüquqları haqqında,uşaqların hüquqlarının qorunması


