Uşaq Hüquqları Günü
20 noyabr Uşaq Hüquqları Günüdür – 20 noyabr tarixi Beynəlxalq Uşaq Hüquqları Günü kimi qeyd olunur. Ümumdünya Uşaqlar Gününün qeyd olunması ilə bağlı qərar 1954-cü ildə BMT tərəfindən irəli sürülmüşdür.
Ən həssas təbəqə hesab olunan uşaqların hüquq və azadlığı problemi illər ərzində müxtəlif müzakirələrin həyata keçirilməsini tələb edib və buna uyğun qərarlar müxtəlif zamanlarda qüvvəyə minib. Belə ki, Uşaq Hüquqları Gününün tarixi müəyyənləşdirildikdən bir neçə il sonra Uşaq Hüquqları Bəyannaməsi (1959) və Uşaq Hüquqları haqqında Konvensiya (1989) təsdiq edildi. (Ölkəmiz də Uşaq Hüquqları haqqında olan bu Konvensiyanı qəbul etmişdir).
Ümumilikdə isə müasir dövrdə də qəbul edilən və indiyədək dövlətlərin uşaq hüquqları üzrə siyasətini üzərində formalaşdırdığı ən mühüm hüquqi sənəd 1989-cu ildə qəbul edilən Uşaq Hüquqları Konvensiyasıdır. Burada uşaqların ən təməl hüquqlarından tutmuş uşaqların sahib olduğu bütün hüquq və azadlıqlar detallı şəkildə təsvir olunub.
20 noyabr Beynelxalq Usaq Huquqlari Gunu. 20 noyabrın Uşaq Hüquqları Günü kimi qeyd edilməsi uşaqlara göstərilməli olan diqqət və qayğının, onların canına, sağlamlığına, təhsili və inkişafına göstərilən dəstəyin, onların iştirak hüququnun təsdiq olunması və s. kimi məsələlərdə unudulan məqamları bir daha diqqət mərkəzinə çəkir. Ümumdünya Uşaq Hüquqları Günü bir bayram və ya xüsusi tarix kimi qeyd olunsa da, hamımız qəbul etməliyik ki, (eyni zamanda əməl etməliyik) uşaqlar çox həssasdırlar və bu həssaslığı, uşaqların psixologiyasını, fiziki və sosial inkişafını zədələyə biləcək hər hansı davranışdan uşaqlarla olduğumuz hər gün, hər an çəkinməliyik. Çünki onların uşaqlıq dövründə yaşadığı hər bir şey gələcəkdə şəxsi inkişaf proseslərinə də eyni dərəcədə – müsbət və ya mənfi təsir göstərəcəkdir. Uşaq hüquqlarının müdafiəsi bu mənada mühüm əhəmiyyət kəsb edir.
Uşaq hüquqları haqqında
Təəssüflə qeyd edirik ki, hələ də dünyada uşaq hüquqlarının müdafiəsini əhəmiyyətsiz hesab edən siyasətlər, eləcə də uşaq hüquq və azadlıqlarını görməzdən gələn insanlar mövcuddur. İllər-illər öncədən uşaq hüquqları haqqında qəbul edilmiş onlarla normativ-hüquqi aktlar real mənada öz təsdiqini hələ də tapmayıb. Bəs nə etməli?
Uşaq hüquqları niyə tam öyrənilməli və müdafiə olunmalıdır? Əslində, hər bir insanın öz hüququnu bilməsi nə qədər vacibdirsə, uşaqlar üçün də bu eyni dərəcədə vacib hesab olunur. Yetişkin insan minimum səviyyədə də öz hüquq və azadlıqlarını qorumağa qadirdir, bəs uşaqlar? Uşaqlar üçün bu, ailə və məktəb (bir növ, təhsil siyasəti daxilində) kimi doğma məkanlardan aşılanmalıdır. Düşünün; öz hüququnu bilməyən və onu müdafiə etməyən uşaq böyüdüyü zaman necə tam potensiallı, bacarıqlarını yaxşı mənada ortaya qoya bilən, obyektiv qərarlar verən, ən əsası, özündən başqa hər kəsin – digər canlıların həyatına və yaşamaq hüququna hörmət edən şəxsiyyətə çevrilə bilər? Burada saymaqla tükənməyəcək qədər çox vacib nüans var. Beləliklə, uşaq hüquqları haqqında bilikli valideynlər və müəllimlər (bütün öyrədicilər) usaq huquqlari haqqinda maarifləndirməni layiqli şəkildə həyata keçirə bilərlər.
Beynelxalq Usaq Huquqları Gunu bu baxımdan uşaqlar tərəfindən də xüsusi olaraq tanınmalı və bayram kimi qeyd olunmalıdır. Beynəlxalq Uşaqlar Gününün keçirilməsi usaq huquqları haqqinda maarifləndirmə prosesinin əsasını təşkil edir.
Təəssüflər olsun ki, dünyanın bu səviyyədə inkişaf etməsinə, dövlətlərin qəbul etdiyi hüquqi aktlara, uşaq və təhsil siyasətinə, sülh carçısı kimi çıxış edən beynəlxalq təşkilatların fəaliyyətinə baxmayaraq uşaqlar hələ də müharibə və yoxsulluğun, şiddətin, yarımçıq (natamam) ailələrin laqeydliyinin qurbanı olur.
Uşaqların ən xoşbəxt, ən təhlükəsiz mühitdə yaşayacağı gün (bunu ümid edirik və yalnız bunu ümid etmək istəyirik) həqiqi mənada “Uşaqların Bayramı” olacaq.
Bənzər mövzular:
- Uşaq hüquqları haqqında esse
- Uşaqlar haqqında aforizmlər və gözəl sözlər
- 1 İyun uşaqlara aid şeirlər 👧👦
20 noyabr Usaq Huquqlari Gunudur!
Sponsor Linklər
Axtarış sözləri: usaq huquqlari haqqinda melumat,uşaq hüquqları haqqında məlumat,uşaqların hüquqları və vəzifələri,usaq huquqlari beyannamesi,azerbaycanda usaq huquqlari,uşaqların hüquqları,uşaq hüquqları hansılardır, uşaq hüquqları bəyannaməsi haqqında məlumat,usaq huquqlari ve vezifeleri,uşaq hüquqları haqqında konvensiya