Üçrəngli bayraq haqqında esse

bayraq renglerinin menasi,bayraq haqqinda esse,bayraq haqqinda insa,bayraq rənglərinin mənası,bayraq haqqında inşa,üçrəngli bayraq haqqında esse yazmaq,bayrağa aid esse
4.3
(32)

Bu məqalə Üçrəngli bayraq haqqında esse yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ
Bayraq dövlətin əsas atributlarından biridir. O, müstəqiliyin və mövcudluğun rəmzidir. Hər bir ölkə öz bayrağı ilə dünyada tanınır.

Əsas Hissə
Dünyada yüzlərlə müxtəlif bayraq vardır.Ən gözəl bayraqlardan biri məhz bizim ay ulduzlu bayrağımızdır. O, 3 rəngdən: mavi, qırmızı və yaşıl rənglərindən ibarətdir. Hər bir rəngin öz mənası vardır:
Mavi türklüyümüzü, qırmızı müasirliyimizi, yaşıl isə islamı bildirir. Təbiətin ən gözəl rəngləri bayrağımızda öz əksini tapmışdır.
3 rəngli bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdir:

“Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”
Ay-ulduzlu bayrağımız dünyada 50 milyondan çox azərbaycanlının əsas rəmzidir. İdman yarışlarından, beynəlxalq konfranslara qədər hər yerdə bizi tanıdır və təmsil edir. Azərbaycan deyəndə ağıllara məhz ilk o gəlir.

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim!

O, bizim ortaq dəyərlərimizdən biridir. Şirkətlər necə öz loqoları ilə tanınırsa, dövlətlər də məhz bəyraqları ilə tanınır.
1 əsrdən çox yaşı olan bayrağımız tarixin bir çox hadisələrinə şahidlik etmiş, çətin sınaqlardan üzüağ çıxmışdır.


5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Üçrəngli bayraq haqqında esse

NƏTİCƏ
3 rəngi bayrağımız bizim azadlıq və müstəqilliyimizin, milli kimliyimizin əsas rəmzidir. Bayraq, bizlər üçün əziz və müqəddəsdir. Onun varlığı üçün yüzminlərlə soydaşımız savaşmış və canını fəda etmişdir.Bu gün bayrağımız səmada azad bir şəkildə dalğalanırsa bu məhz onların sayəsindədir. Onlar azadlıq aşiqi olan bir vətənpərvər kimi bayrağı qoruyub sahib çıxmış və gələcək nəsillər miras qoymuşdur. Onda minlərlə şəhid və qazilərimizin izi vardır, qanı vardır. Hər bir Azərbaycanlı onu sevərək və qoruyaraq saxlamalı, hər zaman və hər yerdə hörmət etməlidir. Bu bizim vəzifə və borcumuzdur.

Şanlı 8 Noyabr Zəfərinə gedən yolda hər bir vətəndaşımız bu bayrağa sarıldı, bir yumruq kimi birləşdi və birgə oldu. Bütün binalar, evlər, küçələr – hər yer bu bayraqla bəzədildi. 44 günlük müharibədə biz zəfər qazandıq və belə gözəl bayrağa bu cür şanlı zəfər çox yaraşdı. Ay-ulduzlu bayrağımız Ali baş komandan və rəşadətli Azərbaycan ordusunun sayəsində artıq bütün Qarabağda dalğalanır.

Rəsulzadənin də dediyi kimi:

“Bir kərə yüksələn bayraq, bir daha enməz!”

Bənzər mövzular:

Axtarış sözləri:bayraq renglerinin menasi,bayraq haqqinda esse,bayraq haqqinda insa,bayraq rənglərinin mənası,bayraq haqqında inşa,üçrəngli bayraq haqqında esse yazmaq,bayrağa aid esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 32

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir