Bu məqalə “8 Noyabr Zəfər Günü“ haqqında inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Böyük millətlər öz parlaq zəfərləri və qələbələri ilə tarixə damğasını vurublar. 8 Noyabr Zəfəri Azərbaycan, o cümlədən dünya tarixinə qızıl hərflərlə yazılmış şanlı zəfərimizin ömrüdür. O,.Müasir tariximizin ən böyük və unudulmaz zəfəridir. 8 Noyabr tarixində 44 günlük müharibə zəfərlə sonlandı və düşmən ağır şəkildə məğlub olaraq təslim olmağa məcbur oldu. Bu qələbəylə tarix kitabları yenidən yazıldı və haqq-ədalət öz yerini tapdı. 30 ildir dünya dövlətləri və təşkilatlarının həll edə bilmədiyi Qarabağ problemini 44 günlük Vətən Müharibəsində parlaq zəfərlə həll etdik.
Qürurluydu bu Qarabağ səfəri…
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!
Dəmir Yumruq mənfur düşmənin başını ilan kimi əzdi. Özü də , elə əzdi kİ, düşmən başını qaldırıb Qarabağa bir daha boylana bilməyəcək. Bu zəfər, bu ordu, bu xalq düşmənə Qarabağda cəhənnəmi yaşatdı. Dünya Türkün əsl gücünə bir daha şahidlik etdi.
8 noyabr zəfəri Azərbaycanın təkcə hərbi gücünün deyil, həm də siyasi və iqtisadi gücünün, qüdrətinin nəticəsidir. Uzun illər nəticəsində görülən işlərin, uğurlu daxili və xarici siyasətin və müdrik qərarların bəhrəsidir. Bu şanlı zəfərin əsas memarı ali baş komandan və onun rəhbərliyindəki ordudur. Şəhid və qazilərin qanı ilə yazılan bu tarix Azərbaycan üçün yeni səhifə, yeni başlanğıcdır. Artıq tarix kitablarındakı qanlı tarixi şanlı tariximiz əvəz edir. Artıq Qarabağ üçün döyünən milyonlarla ürək vüsala qovuşub.
30 ildən çox idi ki, öz yurdundan -yuvasından ayrı düşən 1 Milyona yaxın soydaşımız Qarabağa həsrət qalmışdı. Nəhayət onlar öz doğma yurduna geri dönəcək. Yenidən Qarabağımız çiçəklənəcək, gözəlləşib inkişaf edəcək. Qəhrəman Azərbaycan əsgəri milyonlarla Azərbaycanlıya qələbə sevinci bəxş etdi. İgid əsgərlərimiz dədə-baba əmanəti olan Qarabağı bizlərə geri qaytardı. 8 Noyabr Zəfəri Şəhidlərin,Qazilərin Azərbaycan xalqına ən gözəl hədiyyəsidir. 2783 Şəhid bu zəfər uğruna öz canını qurban verdi, milyonların xatirinə. Qarabağın hər qarışında, hər daşında şəhidlərin izi, şəhidlərin qanı var. Artıq milyonlarla azərbaycanlı onları tanıyır, sevir və öz ürəklərində yaşadır. Adları dasdan oldu, özləri qəhrəman. Onların şərəfinə zəfər şeirlər və nəğmələr bəstələnir, kitablar yazılır, filmlər çəkilir.
Tövsiyə mövzu:
8 Noyabr Zəfər Günü Haqqında Məlumat
Bu zəfərdə ön cəbhə qədər arxa cəbhənin də payı vardır. Xalqımız bir yumruq kimi birləşib öz mənəvi dəstəyini hər an ordumuza hiss etdirdi. II Qarabağ müharibəsində digər cəbhə informasiya cəbhəsi idi. Ermənilər lobbilərinin dəstəyi ilə yalan və saxta məlumatları yayaraq üstünlük əldə etməyə çalışırdılar. Kütləvi informasiya vasitələrimiz də erməni yalanlarına qarşı cəbhə açıb mübarizə aparır, əsl həqiqətlərin dünyaya çatdırmaq üçün gecə-gündüz çalışırdılar. Onların sayəsində informasiya müharibəsində də həqiqətlə yalanlara qalib gəldik və dünyaya həqiqəti göstərdik.
Sponsor Linklər
8 Noyabr Zəfər Günü haqqında inşa
Dalğalandı Qarabağda,bugün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq,axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi,dədə-baba torpağımız.
Canlarını fəda edən,şəhidlərin ruhu şaddır.
Xəbər olsun Mübarizə, Qarabağ artıq azaddır!
44 günlük Qarabağa yeni nəfəs, yeni can oldu. Artıq Qarabağımızda yenidən qurma və abadlaşdırma işləri gedir. Düşmənin xarablığa çevirdiyi ərazilərimizi, dövlətimiz . Qarabağımız külləridən yenidən doğulur, dirçəlir, və inkişaf edərək yüksəlir. Şəhidlərin adına küçələr salınır, heykəllər qurulur, məktəblər tikilir. Bu zəfərlə , bu qələbəylə Xocalının qisasını aldıq. Artıq torpaq altında yatan şəhidlərimizin ruhu şaddır. Yatdığınız torpaq azaddır, güllük-gülüstandır. QARABAĞ AZƏRBAYCANDIR!
Bənzər mövzular:
Axtarış sözləri:8 noyabr zəfər günü inşa,8 noyabr zəfər günü haqqında inşa,8 noyabr zəfər günü haqqında esse,8 noyabr zəfər gününə aid inşa,zefer gunu haqqinda insa,zəfər tarixi haqqında inşa,zəfər bayramı haqqında inşa,8 noyabr haqqinda insa