Bu gün əziz Müəllimlərin peşə bayramıdır. Hər il oktyabrın 5-i Dünyada Beynəlxalq Müəllimlər Günü olaraq qeyd olunur. Müəllimlər Günündə müxtəlif tədbirlər və şənliklər keçirilir, hədiyyələr verilir və onların şərəfinə ən gözəl şeirlər, nəğmələr söylənir.
Bəs Ümumdünya Müəllimlər Günü nə vaxt elan edilib? 5 oktyabr Beynəlxalq Müəllimlər Günü niyə qeyd olunur?
BEYNƏLXAL MÜƏLLİMLƏR GÜNÜNÜN TARİXİ
Beynəlxalq Müəllimlər Günü 1994-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən elan edilmişdir. Bu qərar, müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Ümumdünya Müəllimlər Gününü 100-dən çox ölkə özünəməxsus şəkildəcə qeyd edir Bu özəl gün hər mədəniyyətə və ölkəyə görə fərqlilik göstərsə də, Dünya Müəllimlər Günü beynəlxalq xarakter daşıyır. Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib və bu tarixdən etibarən 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
NİYƏ 5 OKTYABR MÜƏLLİMLƏR GÜNÜ KİMİ QEYD EDİLİR?
Oktyabrın 5-i 1966-cı ildə Parisdə keçirilmiş “Müəllimlərin statusu üzrə Xüsusi Hökumətlərarası Konfransın” başa çatmış və “Müəllimlərin statusu haqqında Tövsiyə” YUNESKO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən yekdilliklə qəbul edilmişdir.
Bu sənəd təhsil üzrə kadr siyasəti, işə qəbul və ilkin hazırlıq, eləcə də müəllimlərin davamlı təhsili, onların məşğulluğu və iş şəraiti ilə bağlı standartları əks etdirir. Burada müəllimlərin statusu, müəllimlik peşəsinin önəmi və müəllimlərin ən çox üzləşdiyi problemlərə yer verilmişdi. 1994-cü ildən YUNESKO-nun tövsiyəsi ilə hər il oktyabrın 5-i Müəllimlər Günü kimi qeyd olunmağa başladı.
MÜƏLLİMLƏR GÜNÜ HANSI ÖLKƏDƏ NƏ VAXT QEYD EDİLİR?
Müəllimlərin peşə günü bəzi ölkələrin mədəni və tarixi xüsusiyyətlərindən və məktəb tətillərindən asılı olaraq fərqli günlərdə qeyd olunur . Məsələn, “Müəllimlər günü” Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Çində 28 sentyabr, Argentinada 11 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur.
Türkiyədə 24 noyabrda qeyd olunmasının səbəbi; 1928-ci il noyabrın 24-ü Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Milli məktəblərin baş müəllimi” vəzifəsini qəbul etdiyi gündür. Nazirlər Şurası 11 noyabr 1928-ci ildə keçirilən yığıncaqda Atatürkə “Milli Məktəblərin Baş Müəllimi” titulu verdi. 1981-ci ildə Atatürkün anadan olmasının 100-cü ildönümündə onun “baş müəllim” olmasının ildönümündə bütün ölkə üzrə Müəllimlər Günü kimi qeyd edilməsi qərara alındı.
12 ərəb ölkəsində (Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, Qətər, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Tunis, Oman, İordaniya, Yəmən) hər il fevralın 28-i Müəllimlər Günü kimi qeyd edilir. Müəllimlər gününün bayram olub-olmaması ölkədən asılı olaraq dəyişir.
Müəllimlik müqəddəs, çətin və şərəfli bir peşədir. Müəllimlik Tanrı sənətidir. Gənclərimiz, gələcəyimiz Müəllimlərə əmanətdir.
Əsl Müəllimlər yaxşı bilir ki, müəllimlik sənəti sadəcə bilik öyrətməkdən ibarət deyil. Onlar sevməyi öyrədir: kitabları, elmi, vətəni və milləti. Həm ana kimi qayğıkeş olur, həm də dost kimi dayaq durur.
Bu şərəfli müəllimlik sənətini layincə yerinə yetirən hər bir Müəllimi ürəkdən təbrik edir, onlara uğur və müvəffəqiyyətlər arzu edirik.
MÜƏLLİMLƏR GÜNÜNÜZ MÜBARƏK!
Bənzər mövzular:
- Müəllimə Aid Gözəl Sözlər və Aforizmlər
- Müəllim Haqqında Şeirlər
- Müəllimlər Gününə Aid Təbriklər
- Müəllim haqqında inşa
Axtarış sözləri: müəllimlər günü 5 oktyabr,5 oktyabr müəllimlər günü haqqında məlumat,5 oktyabr müəllimlər gunu haqqinda melumat müəllimlər gününə aid məlumat
Sponsor Linklər