təhsil imkanları bugün mövzusunda inşa yazın,təhsil imkanları bu gün haqqında esse,təhsil imkanları bu gün esse,tehsil imkanlari bu gun insa,tehsil imkanlari bu gun movzusunda insa yazin
3.9
(88)

Bu məqalə “Təhsil imkanları bugün  mövzusunda inşa yazmağınıza yardım edəcək.Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın

Təhsil bir millətin gələcəyidir.Necə bir gələcəyə sahib olmağımız bu gün aldığınız təhsildən, qazandığınız bilik və bacarıqlardan asılıdır..Güclü təhsilə sahib dövlət hər cəhətdən güclü və qüdrətli olur. Bu baxımdan təhsil edilən yatırımlar parlaq gələcək üçün əsas təməldir. Yaxşı bir təhsil almaq insanın özünə edə biləcəyi ən yaxşı yatırımlardan biridir ki, bu ona gələcək üçün yeni imkanlar və fürsətlər verir.Azərbaycan da hər il Heydər Əliyev Fondunun dəstəyi ilə təhsilə milyonlarla yatırım edir, təhsil sisteminin və şəraitinin yaxşılaşması üçün layihələr həyata keçirir.Dövlət tərəfindən yeni məktəblər tikilir, onlar müasir labaratoriyalar, kompüterlər, proyektər və digər vasitələrlə təmin olunur.Hətta ən ucqar kəndlərimizdə belə yeni tipli yeni məktəblər tikilir, köhnələri bərpa olunur və hər biri müasir avadanlıqlarla təmin edilir.Bu da öz növbəsində təhsil imkanlarımızın genişlənməsi və yaxşılaşması deməkdir. Təhsilə göstərilən dövlət dəstəyi və qayğısı artıq öz səmərəsini verməkdədir. Belə ki, şagirdlərimiz xarici fənn olimpiadalarında yüksək yerlər tutaraq medallarla ölkəmizə qayıdır, öz uğurlarıyla adımızı uca da ucaldırlar.

Elm və texnologiyanın sürətli inkişafı təhsil imkanlarının da artmasına imkan verir. Ən böyük imkanlardan biri, şübhəsiz internet resurslarıdır.Artıq istədiyiniz məlumatı, istədiyiniz vaxtda internet şəbəkəsinə qoşularaq öyrənə və paylaşa bilirsiniz. İnternetin sahib olduğu məlumat kütləsi kitablardakında daha çoxdur. Ağıllı telefonlardan ağıllıca istifadə edilsə, yeni bilik və bacarıqlar qazana, özünüzü daha da inkişaf etdirə bilərsiz. 2000-cil illərin əvvəllərində əldə edilən bu imkana keçmişdəki insanlar sahib deyildilər. Əvəllər insanlar bir məlumatı tapmaq üçün saatlarla kitabxanalarda vaxt keçirir, kitabları səhifə-səhifə vərəqləyib suallarına cavab axtarırdılar. Hətta yaxın keçmişdə kitab və dərsliklərin sayı belə məhdud idi. Ancaq indi informasiya əsrində yaşayırıq və təhsil imkanları daha böyük və genişdir. Artıq məktəblər sadəcə 4 divardan ibarət deyil.

Təhsil imkanları bugün mövzusunda inşa

Təhsil imkanları bugün mövzusunda inşa
Təhsil imkanları bugün mövzusunda inşa

Müasir dövrümüzdə məkandan asılı olmayan distan təhsil formaları yaranmışdır. Distan təhsil ilə harda olmağınızdan asılı olmayaraq təhsil insanlar üçün əl çatandır. Bu yolla həm orta həm də ali təhsil alan minlərlə gənc vardır.
Bir müəllim internet vasitəsilə eyni vaxtda minlərlə şagirdə onlayn formada dərs deyə bilir. Gördüyünüz kimi, texonologiyanın gücü ilə təhsilin təsir gücü daha da artmışdır. Onlayn təhsilin bizə verdiyi əsas üstünlüklər:

  • Vaxta qənaət . Onlayn təhsil ilə artıq yollarda vaxt itirməyə gərək yoxdur.
  • Dərslərin save edilməsi və təkrar istifadəsi. Şagirdlər bir mövzunu yaxşı anlamadıqda dərslərdən yenidən istifadə edə bilirlər.
  • Pula qənaət. Onlayn təhsil əyani təhsildən daha ucuz olmaqla bərabər, həm də sizi digər artıq xərclərdən xilas edir.

Elektron vəsaitlər və onlayn imtahanlar təhsilə yeni imkanlar verir. Bu yeni imkanlarla birgə ənənəvi təhsilin yerini elektron təhsil alır.
Bundan əlavə elektron lövhələrin, proyektor və komputerlərin təhsildə tətbiqi də tədris imkanlarını əhatəsini genişləndirir.Müəllimlərin yeni təhsil sisteminə uyğunlaşması, bilik və bacarıqlarının artırılması üçün hər il bir sıra layihələr həyata keçirilir, təcrübə və imtahanlar edilir.
Təhsil imkanlarının dəyişməsi təhsildə tələb olunan keyfiyyətləri də dəyişdi. Keçmiş təhsil sistemində əsas olan məlumatı əzbərləmək idi. Bunu bacarmaq yüksək almağa bəs edirdi. Lakin indi, şagirdlərdən məntiqli düşünmək, sürətli və doğru seçimlər etmək, xəyal qurmaq kimi bacarıqlar tələb olunur.

Dahi yazar Mark Tvenin dediyi kimi:

Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil.

Təshildə son illər inkişaf və dəyişiklər olsa da yenə də reformlara və yeniliklərə ehtiyac var. Bu baxımdan Avropa və keçmiş Sovet təcrübəsindən istifadə edərək, öz dəyərlərimizə uyğun təhsilimi daha təkmilləşdirə bilərik.
Bu gün təhsildə heç vaxt olmadığımız qədər fürsət və şəraitə sahibik. Qalır ondan ağıılıcıa istifadə edərək inkişaf etmək.

Bənzər mövzular:

Axtarış sözləri: təhsil imkanları bugün mövzusunda inşa yazın,təhsil imkanları bu gün haqqında esse,təhsil imkanları bu gün esse,tehsil imkanlari bu gun insa,tehsil imkanlari bu gun movzusunda insa yazin,tehsil imkanlari bugun haqqinda melumat,təhsil imkanları bu gün haqqında inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.9 / 5. Səs sayı: 88

İlk səs verən sən ol!

3 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir