3.7
(57)

A

  • aborigen
    Yerli, yerli mənşəli. Aborigen və hibrid üzüm sortu.
    2. Ölkənin ilk yerli sakinlərinə verilən ad. Avstraliya aborigenləri.
  • absurd
    Boş və mənasız sözsöhbət, cəfəngiyat.
  • advokat
    Məhkəmədə bir tərəfə xidmət göstərən hüquqşünas.
  • akvatoriya
    (lat. aqua — su, territorium — ərazi) — Təbii, süni və şərti sərhədlərə malik su hövzəsi, ya ərazisi.
  • alqoritm
    Hərəkətlər ardıcıllığıdır.Latınca qayda-qanun deməkdir. Alqoritm 783- 850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan “alqoritmi” yazılışıyla bağlıdır.
  • anatomiya
    Hərfi mənası “kəsirəm”deməkdir. 
  • angina
    Əsnəyin selikli qişasının və xüsusən badamcıqların iltihabı. Angina oynaq, böyrək və ürək xəstəliyinə səbəb ola bilər.
  • anket
    Qabaqcadan hazırlanmış suallara cavab almaq üçün sorğu vərəqəsi. 
  • antena
    Radio qurğusunun elektromaqnit dalğalarını yaymaq (radio verilişində) və ya onları tutmaq (qəbul etdikdə) üçün məftillər sistemi. Antenanın işləmə nəzəriyyəsi və quraşdırılma metodları.
  • aptek
    Həkimlərin resepti üzrə dərman hazırlayıb satan müəssisə; dərmanxana, əczaxana. “Anbar”mənasını verir. 
  • aqlomerasiya
    Şəhər aqlomerasiyası — yaşayış məntəqələrinin yaxın toplumu.
    2. Metallurgiya — materialın tez əriyən hissələriinin bərkidikdə bir-biri ilə birləşməsi.
    3. Mikrobiologiya — mikroorqanizmlərin birlikdə toplumu.
  • areal
    Müxtəlif qəbilədən olan şeylərin (dil, xalq, heyvan, bitki və s.) yayıldığı ərazi. Arealın müqayisəli öyrənilməsi.
  • assimilyasiya
  1. Bir səsin yanındakı səsə bənzədilməsi, məs.: annamaq (anlamaq), atdar (atlar) və s.
  2. Bir xalqın başqa bir xalqın dilini, adətlərini və s.-ni qəbul etməsi nəticəsində onun içərisində əriyib getməsi.
  3. Canlı orqanizmin üzvi maddələri mənimsəmə prosesi.

Dilimizdə işlənən latın mənşəli sözlər və mənaları

D

  • deputat
  1. Müəyyən edilmiş qayda üzrə qanunverici, yaxud nümayəndəli orqana əhali tərəfindən seçilən şəxs.
  2. Nümayəndə.

H

  • hibrid
    Müxtəlif cinsdən, növdən olan bitki və ya heyvanların hibridləşdirilməsi nəticəsində əmələ gələn yeni orqanizm; mələz. Hibridləşdirmə zamanı müxtəlif növdən olan fərdlər bir-birilə cütləşdirilir və bunlardan alınan balaya hibrid deyilir.

L

  • laboratoriya
    Elmi və ya texniki təcrübələr aparılan bina və ya otaq.
  • litr
    Həcmin metrik ölçü vahidi.

M

  • metal
    İstiliyi və elektriki yaxşı keçirmə qabiliyyətinə malik olan, döyülüb yastılana bilən, spesifik parıltısı olan bəsit kimyəvi maddə (yaxud ərinti).

R

  • rektor
    “İdarə edən” deməkdir. Ali məktəbə, habelə ali və orta dini məktəbə rəhbərlik edən şəxs.
  • rezin
  1. Kauçukun vulkanizə edilməsi nəticəsində alınan su və hava keçirməyən elastik material.
  2. Həmin materialdan düzəldilmiş, hazırlanmış. 

T

  • termin
    Elm, texnika, incəsənət və s. müəyyən ixtisas sahəsinə aid anlayışı dəqiq ifadə edən söz (və ya söz birləşməsi)

V

  • vena
    Qanı ürəyə aparan qan damarı.
  • villa
    Şəhər kənarında bağ-bağat içərisində qəşəng ev; köşk. Burada çox gözəl villalar tikilmiş, həyətlər, bağçalar səliqəyə salınmışdır.

Bənzər Mövzular:

Aforizm nədir?, Aforizm nə deməkdir?


Axtarış sözləri: dilimizde islenen latin menseli sozlerin menasi,latin sozleri,dilimizde latin menseli sozler,dilimizde islenen latin menseli sozler,dilimizdə latın mənşəli sözlər,latın mənşəli sözlər və mənaları,dilimizdə işlənən latın mənşəli sözlər,latin menseli sozler,latin menseli sozler ve menalari

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.7 / 5. Səs sayı: 57

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir