Xarici nömrələrdən gələn mesajlar və zənglər niyə təhlükəlidir?
WhatsApp-da istifadəçilərin ən çox şikayət etdiyi məsələlərdən biri də “naməlum nömrələr”dən gələn mesaj və zənglərdir. Qlobal xarakter alan bu problem istifadəçiləri narahat edir və təhlükəsizliklə bağlı risklər yaradır. Bunların bir çoxu dələduzluq məqsədilə edilir. Hansı ki, onlar sizlərə yeni iş təklifləri edir və böyük pullar qazanmağı vəd edirlər. İlk öncə isə başlanğıc üçün müəyyən yatırım məbləği istəyirlər. Əsas məqsədləri sizləri öz toruna salıb şəxsi məlumatlarınızı və pulunuzu mənimsəməkdir.

Bəs niyə bu kimi hallarla üzləşirsən?
- Təsadüfi nömrə seçimi: Fırıldaqçılar və ya spam göndərənlər təsadüfi nömrələr seçərək toplu mesajlar göndərə bilərlər.
- Məlumat sızması: Nömrəniz qeydiyyatdan keçdiyiniz müxtəlif onlayn platformalardan və ya saytlardan oğurlanmış ola bilər. Bəzən milyonlarla isitifadəçinin şəxsi məlumatları xarkerlər tərəfinən oğurlanır ya da şirkətlər tərəfində datalar ticari məhsul olaraq satılır. Bu halda nömrəniz spam göndərənlərin əlinə keçə bilir.
- Məqsədli Hücumlar: məlumat əldə etmək və ya aldatmaq üçün konkret şəxs və ya şirkəti hədəfə alan mesajlar göndərilə bilər.
Sən nə etməlisən?
- Mesajı açmayın və linkləri klikləməyin: Tanımadığınız nömrədən gələn mesajda heç bir linkə klik etməyin. Bu, sizi saxta saytlara apara və ya cihazınızda zərərli proqramların quraşdırılmasına səbəb ola bilər. Nəticədə şəxsi məlumatlarınız (kart şifrəsi, hesab bilgiləri və s.) dələduzların əlinə keçə bilər.
- Naməlum nömrələri bloklayın: Naməlum nömrələri WhatsApp vasitəsilə bloklaya bilərsiniz. Bu, eyni nömrədən gələn digər arzuolunmaz mesajların qarşısını alır. Həmçinin bloklama düyməsinin altında yerləşən haqqında bildirinə klik edərək şikayət etmək də olar.
- İstifadəçi qaydalarını və gizlilik şərtlərini oxuyun: qeydiyyatdan keçdiyiniz saytların gizlilik və istifadəçi qaydalarında gizli bəndlər olur. Hansı ki, milyonlarla insan bilmədən təmbəllik edərək şəxsi məlumatlarını bu kimi şirkətlərə hədiyyə edir.
- Məxfilik Ayarlarını nəzərdən keçir: WhatsApp-ın məxfilik parametrlərini nəzərdən keçirərək, şəxsi məlumatlarınızı yalnız kontaktlarınızdakı insanlara göstərməyi seç.
- Proqramı güncəllə: WhatsApp və digər proqramlarınızı mütəmadi olaraq yeniləyin. Bu, köhnə versiyadakı zəiflikləri və riskləri aradan qaldıraraq sizi qoruyur.
Bu cür mesajlar gəlməyə davam edərsə və ya bununla bağlı başqa problemlər yaşayırsınızsa, aidiyyatı orqanlara (DİN) müraciət edə, həmçinin sikayetimvar.az saytına yaza bilərsiz. Beləcə sizinlə oxşar problemi olanlarla əlaqə saxlayacaq və öz təcrübələrini bölüşəcək.
WhatsApda istənməyən xarici nömrələrə qarşı yeni özəllik
Son məlumata görə, Meta bütün bunlarla bağlı problemləri həll etmək üçün innovativ üsul üzərində işləyir. Yeni funksiya haqqında ilk məlumatı “WaBetaInfo” paylaşıb. Twitter-də dərc olunan məlumata görə, Vatçap yeni funksiyanı sınaqdan keçirir. Bu səbəbdən “WhatsApp Beta” proqramında bu funksiyanı istifadəçilərə təqdim etdildiyi bildirilib. Yeni özəllik naməlum nömrələrdən gələn zənglərİ məhdudlaşdırılacaq.
Test prosesində olan yeni funksiya naməlum nömrə zənglərini avtomatik olaraq susduracaq. Xüsusiyyət həmçinin sözügedən zəngi “WhatsApp Axtarışı” siyahısında və “Bildiriş Mərkəzi”ndə də göstərəcək.
Meta bu xüsusiyyəti ilə WP-da naməlum nömrələrdən gələn zənglərə görə istifadəçi danışıqlarının kəsilməsi problemini həll edəcək. Bu yeni özəlliyin ən çox “WhatsApp Qrupları” üçün faydalı olacağı bildirilib. Qrup adminləri səsli və ya görüntülü zəngdə olarkən, birdən naməlum nömrədən zəng gələ bilir.
Sponsor Linklər
Yeni funksiyanın nə qədər uğurlu olub-olmayacağını zaman göstərəcək. Bu müddətdə ehtiyatı əldən verməyib gərəkli tədbirləri görməkdə fayda var.
Bənzər mövzular:
Axtarış sözləri: xarici nömrələrdən gələn mesajlar,xarici nömrələrdən gələn zənglər,xarxaricdən gələn zənglər,xaricden gelen zengler