Telefon niyə qızır? Telefonun qızma səbəbləri və həlli

Telefon niyə qızır? Telefonun qızma səbəbləri və həlli
1
(1)

Mövzu başlıqları

Ağıllı telefonlarda bir müddət sonra bəzi problemlər yaranır ki, bunlardan ən əsası telefonun həddindən artıq isinməsidir. İstifadəçiləri ciddi narahat edən bu problemin səbəblərini və həll yollarını məqaləmizdə tapa bilərsiniz.

Telefon niyə qızır?

Bu problemin əsas iki səbəbi var:
1) Android prosessorunun və aparatının daimi işləməsi nəticəsində yaranan qızma. Bu xüsusilə intensiv emal gücü tələb edən proqramlar işləyərkən həddindən artıq qızma baş verir. Əlavə olaraq, şarj edərkən cihazınızda isinmə ola bilər və bu çox normaldır.

2) Yaddaş problemi olan cihazların həddən artıq qızması ən geniş yayılmış problemdir. Yaddaşda çox az boş yerin olması prosessorun həddindən artıq qızması və telefonda yavaşlama kimi problemlərin yaranmasına səbəb olur.

Əvvəlcə orijinal şarj cihazından istifadə edin və telefonunuzu digər telefonların adapterləri ilə doldurmayın. Bu da telefonun batareya ömrünü uzadır. Ümumiyyətlə, telefonu qorumaq üçün alınan ucuz kabrolar da zərərlidir. Keyfiyyətsiz və çox bağlı olduqda hava ilə təmas olmadığı üçün telefonlar tez qızır.

Telefonda sinxronizasiyasının hər zaman açıq olması və əhatə dairəsindən kənarda wifi-nin olması telefonu yorur, bu da, cihazın yenidən isinməsinə səbəb olur. Sinxronlaşdırmanı gərək olduqda açın.

Telefonu şəbəkəyə qoşulu halda istifadə etmək

Bu, telefonun qızmasına və batareyanın şişməsinə səbəb ola bilər sizə bir işarədir. Batareyanı dərhal çıxarın, çünki partlama ehtimalı yüksəkdir. Bu batareyanı yenidən telefona qoymayın.
Mobil telefonunuz doldurularkən cihazdan istifadə etməməlisiniz.

Mobil data və internet istifadəsi də telefonu həddindən artıq qızdırdığı bir həqiqətdir. Bir çox proqram və tətbiqlərin texniki avadanlıqları eyni anda işlədiyi üçün telefonunuzun isinmesi çox normaldır. Qeyd etdiyimiz təfərrüatlara əməl etməklə telefonunuzun qızma probleminin qarşısını az da olsa ala bilərsiniz.

Şikayətlərdən biri də oyun oynayarkən telefonun çox qızmasıdır. Bu da çox normal bir durumdur, çünki siz telefonunuzda olan proqram və oyunlardan istifadə etməyə başlayanda telefonunuzun prosessoru, operativ yaddaşı və qrafik kartı avtomatik olaraq işə başlayır, özünü yorur və beləliklə də cihaz qızır.

Telefonun qızmaması üçün nə edək?

Telefonunuzun batareyasını yalnız 80 faiz doldurun

Telefonunuzu bir gecədə doldurmaq lazımdırsa, onu yastıq və ya çarşafda deyil, sərin, düz bir səthdə saxlayın. Telefonu 100 faiz doldurmamalısınız. Telefonu daim 100 faiz doldurmaq batareyanın ömrünü qısaldar və isinməsinə səbəb olar. Buna görə də, batareya 30 faizə çatdıqda onu şarj cihazına qoşun və 80 faizə çatdıqda onu elektrik enerjisindən ayırın. Bundan əlavə, telefonun enerji yığarkən istifadə edilməsi istilik probleminə səbəb ola .


Arxa fonda işləyən gərəksiz proqramları bağlayın

Birdən çox proqram eyni vaxtda açıq olduqda telefon çox işləyir və onun həddindən artıq isinməsinə səbəb olur. Ona görə də istifadə olunmayan proqramları mütəmadi olaraq bağlamaq qızma problemini müəyyən qədər azaldacaq. Həmçinin, telefonunuz şarjda ikən intensiv güc tələb edən proqramlardan, xüsusən oyunlardan istifadə etməyin.


Telefonu təyyarə rejimi ilə istifadə edin

Telefonu təyyarə rejimində istifadə etmək şəbəkə bağlantısı, Wi-Fi, mobil internet və Bluetooth kimi funksiyaları söndürəcək. Bu da telefonunuzun həddindən artıq qızmasının qarşısını alacaq, xüsusən də oflayn rejimdə oyun oynamağı və filmlərə baxmağı planlaşdırırsınızsa. Digər tərəfdən, təyyarə rejimi ilə telefonunuzun yüzdə 25 daha sürətli şarj olacağını da qeyd edək.


Cihazınızda lazımsız proqramlar saxlamayın

“Telefonum niyə qızır?” sualının cavablarından biri də lazımsız proqramlardır.
İstifadə etmədiyiniz proqramları və faylları silin. Bu fayllar cihazınızda lazımsız yer tutacağından, istilik problemini də yaradacaqdır. Digər tərəfdən, lazımsız bildirişləri söndürməyi unutmayın və animasiyalı divar kağızlarından istifadə etməyin.


Antivirus yüklə

Telefonunuzun həddindən artıq istiləşməsinin səbəblərindən biri virus ola bilər. Xüsusilə Android telefonları zərərli proqramlara çox həssasdır. Buna görə də telefonunuza antivirus proqramı quraşdırmaqla problemi aradan qaldıra bilərsiniz.


Enerjiyə qənaət rejimini söndürün

Telefonun niyə qızması sualına cavablardan biri də enerjiyə qənaət rejimidir.
Telefonlar enerjiyə qənaət rejimində prosessor tezliyini azaltdığından, oyunlar kimi ağır proqramlar qarşısında həddindən artıq istiləşmə ilə reaksiya verirlər. Bu o deməkdir ki, prosessor gərgindir. Buna görə də, ağır proqramları işə salmazdan əvvəl enerjiyə qənaət rejimini söndürün.


Telefonun parlaqlığından tam səviyyədə istifadə etməyin

Ekran parlaqlığının ən yüksək səviyyəyə yüksəldilməsi qızma probleminə və batareyanın sürətlə bitməsinə səbəb olacaq.


Əgər qeyd etdiyimiz həll üsulları işə yaramasa, texniki xidmətə müraciət etmək daha yaxşı olar. Bu halda, telefonunuzda göründüyündən daha ciddi problemin olması ehtimalı var. Batareyanın şişməsi və prosessorda və ya RAM-da nasazlıqlar bu komponentlərin həddindən artıq istiləşməsinə səbəb ola bilir.

Bənzər mövzular:

Axtarış sözləri: Telefonun qızma səbəbi, telefonun qızması, Telefon niyə qızır? Telefonun qızma səbəbləri və həlli, telefon niye qizir,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1 / 5. Səs sayı: 1

sponsor 3

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir