FEMS Company MMC 2019-cu ildən istehsal sektorunda fəaliyyət göstərir və bu sahədə təchizatçılıqla yanaşı, istehsal olunan məhsulların üzərinə tarix, loqo, etiket, barkod və digər yazıların tətbiqi üçün istifadə olunan kodlama cihazlarının, professional paketləmə və qablaşdırma avadanlıqlarının, həmçinin onlara aid sərfiyyat materiallarının satışını və servis xidmətini həyata keçirir.
Şirkət fəaliyyət göstərdiyi 6 il ərzində əməkdaşlıq etdiyi bütün istehsalçıların etimadını qazanaraq sağlam addımlarla irəliləmişdir. Peşəkar və təcrübəli komandası ilə xidmət göstərən FEMS Company MMC hər zaman keyfiyyətə və müştəri məmnuniyyətinə önəm verir. Buna görə də fəaliyyətə başlamazdan əvvəl satılacaq bütün avadanlıqlar uzun müddət araşdırılmış və istehsal prosesini asanlaşdıran, dünya miqyasında tanınmış yüksək keyfiyyətli markalar seçilmişdir. Şirkət müştərilərinə yalnız etibarlı və sınaqdan keçirilmiş həllər təqdim edir.
Hal-hazırda FEMS Company MMC İngiltərənin Linx Printing Technologies və İspaniyanın United Barcode Systems şirkətlərinin Azərbaycandakı rəsmi, Türkiyənin Brightpack şirkətinin isə eksklüziv distribütorudur. Şirkət Linx Printing Technologies tərəfindən istehsal edilən LINX printerlərinin, eləcə də United Barcode Systems şirkətinin APLINK və APL seriyalı kodlama və etiket yazıb-yapışdırma, həmçinin Brightpack paketləmə avadanlıqlarının satışını və servisini həyata keçirir.
Bundan əlavə, FEMS Company MMC kodlama sahəsində müştərilərinə texniki dəstək göstərir, onların suallarını cavablandırır və cihazların uzunmüddətli, dayanıqlı istifadəsini təmin edir. Şirkət müştəriləri üçün sərfəli, keyfiyyətli və etibarlı həllər təklif edərək istehsalat sahəsində yeni imkanlar yaradır. Komandanın əsas məqsədi müştərilərə effektiv və innovativ həllər təqdim etməklə onların biznesinin inkişafına töhfə verməkdir.
Fems.az QR Code| Barcode| Tarixvuran| Kodlama| Etiketləmə| Printer
Sponsor Linklər
🙋İstehsalınızı bizimlə sürətləndirin
🏆5 illik təcrübə güvəncəsi
🥇500+ məmnun müştəri
🧑⚕️Zəmanətli Avadanlıqlar və aparatlar
📞+994 50 484 64 24
Ünvan: 20 Yanvar küçəsi 19, Baku, Azerbaijan AZ1033
Sayt: Fems.az
