Daha disiplinli olmaq üçün bu vərdişləri qazan! Uğurlu olmağın yolları

Daha disiplinli olmaq üçün bu vərdişləri qazan! Uğurlu olmağın yolları ugur qazanmaq ucun ne etmeli
0
(0)

Disiplin uğurlu və xoşbəxt bir həyat üçün qazanmalı olduğumuz ən əsas vərdişlərdən biridir. Hansı ki, bu motivasiyadan daha çox önəmlidir və böyük təsirə malikdir. Disiplin də bədən əzələsi kimidir: davamlı məşq etdikcə daha da güclənir və böyüyür. Ən böyük yatırım özünə etdiyin yatırımdır və baxımdan şəxsin inkişafın üçün öncə disiplindən başlamalısan.

Bəs daha disiplinli olmaq üçün nə edək?

  • Kiçik addımlarla başla və davamlı təkrar et.

Kİçik addımların böyük təsir gücü vardır. Disiplinin əsası məhz bu cür təkrarlar nəticəsində formalaşır və zamanla vərdişə çevrilir.
UNUTMA: Başlamaq üçün mükəmməl olmaq məcburiyyətində deyilsən. Amma mükəmməl olmaq üçün başlamaq məcburiyyətindəsən.


  • Müvəffəqiyyət və uğurlarına görə özünü mükafatlandır.

Bacardığın üçün özünü kiçik hədiyyələr et və bu bir sonrakı işlərdə daha disiplinli olmağın üçün sənə motivasiya verəcəkdir. İnsanlar özlərinə qarşı çox vaxt ədalətsiz olur, öz uğurlarına görə özlərini təqdir etmir, mükafatlandırmırlar. Pozitivə fokuslan özünə qarşı ədalətli davran.


  • Görmək istəmədiyin işləri etməyə özünü məcbur et.

Həyat bəzən sevmədiyin işləri görməkdən ibarətdir. Görməli olduğun işlərdən imtina etdikcə insanın özgüvən hissi və disiplini zədələnir. Bunun qarşısını almaq üçün təxirə salmaqdan mümkün qədər uzaq ol və özünü məcbur etməyi öyrən.


  • Diqqət dağıdıcı şeylərdən uzaq ol.

Diqqətiniz zaman və enerjiniz qədər dəyərlidir, Müasir insanların bir çoxu sosial şəbəkənin də təsiri ilə diqqət problemi yaşayır. Diqqətin tez yayınmasının qarşısını almaq üçün sosial platformalardan istifadənə günlük limitlər qoy və Dopamin detoksuna başla.


  • Fokuslanmaq bacarığını inkişaf etdir.

Bunun üçün meditasiya etmək ən yaxşı metodlardan biridir. Bir işə fokuslandıqda “Akış modu” deyilən mərhələyə keçirsən ki, bu zaman performansın artır və produktiv işləyirsən.


  • Motivasiya olmadan da çalışmağı öyrən.

Motivasiya keçici hissdir disiplin isə daimidir. Uğurlu insanlar motivasiya olmadan da çalışamağı öyrənmiş insanlardır. Onlar ancaq motivasiyaya sahib olduqda çalışsalardı uğurlu ola bilməzdlər. Kefsiz vəya yorğun olsan da işə başla. Əsas başlamaqdır, ondan sonrası zatən gələcək.


  • Uğursuzluqları əngəl deyil dəyərli təcrübə say.

Uğursuzluqlar müvəffəqiyyətə gedən yolda sənin dəyərli yoldaşındır. Uğurlu olmadan öncə insanı bəzi uğursuzluqlar yaşamalıdır.Onlardan öyrəndiklərin ilə yola davam etmək edəcəyin ən doğru qərar olacaqdır.

Bənzər mövzular:

Axtarış sözləri: displin vərdişin qazan, disiplinli olmaq üçün bunları et, ugur qazanmaq ucun ne edim uğurlu olmaq üçün nə etməli

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir