Novruz bayramı və Od Çərşənbəsinə həsr olunmuş şeirlər
“Novruz Bayramı” şeiri
Müəllif: S.Fətəliyeva
Gəlib Novruz bayramı,
Yandırmışıq biz şamı.
Tonqallar alışıbdır,
Sevincimiz daşıbdır.
Fərəhlənir uşaqlar,
Papaq atır qoçaqlar.
Hər evdə aş dəm alır,
Şənlik göyə ucalır.
“Od Çərşənbəsi” şeiri
Müəllif: Dəmir Gədəbəyli
Vaxtında gəlmisən Od çərşənbəsi!
Sinəmin tonqalı hələ sönməyib…
Hələ ocağımda bir matəm səsi,
Gələn bayramlarım yası yenməyib!
Sponsor Linklər
Sinəsi yaralı Vətən kimiyəm,
Şəhid anaları ağılar deyir.
Ortadan qırılmış kaman simiyəm,
Hələ kamandarım qaralar geyir!
Dövran toxutsa da bizi qılınca,
Qara günün ağ günü var dalınca!
“Gül açan Novruzun solmasın,Vətən!” şeirindən bir parça
Müəllif: İlham İdrisoрlu
Çatıb ulduzlarla qovuşsun deyə,
Tonqallar odlanır,ucalır göyə.
Qəlbində tutduğun min arzu,niyyət
Sönüb ürəyində qalmasın,Vətən!
1 İyun uşaqlara aid şeirlər
“Bir od oğluyam” şeiri
Müəllif: EYvaz Həmid
Mən odlar yurdunun bir od oğluyam,
Odda qovrulmuşam, od doğulmuşam,
Məni od eyləyin, səpin ustunə,
Yağılar boğulsun mənim tustumə.
“Yansın bayram şamları” şeiri
Müəllif: Şirin xanım Şadiman
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Yansın bayram şamları,
Gəlsin el adamları
Şö’lələnsin kamları,
Ürəklərdə nur olsun,
Novruzumuz gur olsun.
Tonqalları çatılsın,
Üstündən el atılsın,
Hər ev bura qatılsın,
Sinədə qürur olsun,
Novruzumuz gur olsun.
Qoy yığışıb qış getsin,
Novruz ruhu xoş etsin,
“Novruz Bayramı” şeiri
Müəllif: Ramiz Rövşən
Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.
Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.
Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.
Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.
Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dür, inci,
Qaçışrlar yel kimi.
Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.
“” şeiri
Müəllif:
Od Çərşənbəsinə aid şeirlər
Bənzər mövzular:
Axtarış sözləri: od çərşənbəsi haqqında şeirlər od çərşənbəsinə aid şeirlər od cersenbesine aid seir od çərşənbəsinə aid şeir

