Gənclər gününə aid şeirlər

Gənclər gününə aid şeirlər 2 fevral gecnler gunu seir
5
(1)

2 fevral 1997-ci ildən etibarən prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

“Gənclik” şeiri

Müəllif: Həsənova Gülnisə

Gənclikdir insanın ən yadda qalan,
Gənclikdir hər anı sevinclə dolan,
Onun üzərində illəri quran,
Gənclikdir həyatı sevdirən dövran.

Gənclikdə mənalı keçən günlərin,
Düşəndə yadına o xoş günlərin,
O günlər sınaqdı həyatda bilin.
Bİr zaman sonudur o hekayənin.

Ömrü çox qısadır ötəcək bir gün,
Sanki son baharda solan bir gülün,
Misalına bənzər bunu siz görün,
Səhv atdım atmayın siz geri dönün.

Gənclik bir nemətdir verilib bizə.
Sən gəl diqqət yetir deyilən sözə,
Ömür çox qısadır getmə sən kəsə
Bu çətin həyata hər bir kəs dözə.

Bu qısa zamanın qədrini bilin,
Açılan sabahı dəyərləndirin.
Uğur qazandıran çətinliklərin,
Sənin unudulmaz gənclik illərin.

Gənclik nailiyyət, uğurlar demək,
Gənclik yeni kəşflər, cəsarət demək,
Gənclik vətən üçün canından keçmək,
Gənclik ümid dolu bir həyat demək.


“Yaşamaq” şeiri

Müəllif: Zaur Ilhamoglu

Bir dəfə gəlirik bu dünyaya biz,
Ömrün başlanğıcı-gəldiyimiz gün.
Kimə uzun olan, kiminə qısa,
Bir ömür verilir yaşamaq üçün.

Hər kəsin öz ömrü, yaşam dünyası,
Həyatı özüyçün düşünən də var.
Yaşayıb kimisə yaşatmaq üçün,
Ürəyi köksündə döyünən də var.

Özüyçün yaşamaq, ömür eləmək,
Sadəcə boş ömrün, boş zamanındır.
Həyat özü üçün yaşayanın yox,
Həyat yaşayaraq yaşadanındır.

Eybi yox, ömür sür bənövşə kimi,
Ətrin ruh oxşasın yaşasan da az.
Yoxsa ki ətirsiz, gərəksiz olub,
Qanqal ömrü sürmək ömür sayılmaz.

Bir gün “nə etmisən?” deyə vicdanın,
Sənə sual edib, hesab çəkəcək.
Bax, onda sürdüyün mənasız ömrün,
Vicdan qarşısında əzab çəkəcək.

Xoşbəxt o kəsdir ki, ömür yükünü,
Sonadək fəxrlə daşıya bilir.
Xoşbəxt o kəsdir ki, öləndən sonra,
Çoxunun qəlbində yaşaya bilir.

Bədbəxtlik o deyil, hansısa yaşda,
Əcəl tamam ola, ömür qalmaya.
Bədbəxtlik odur ki, qəbrinin üstə,
Səni yad edəsi adam olmaya.


Gənclər gününə aid şeirlər

“Yaşa hələ” şeiri

Müəllif: Hüseyn Arif

Səfərdəyəm ,səfərimi
Vurmamışam başa hələ.
Arzularım ,əməllərim
Toxunmayıb daşa hələ.

Dolanıb kəndi ,şəhəri,
Dağlarda açdım səhəri.
Fikrim gəzir üfiqləri
Dönüb qızıl quşa hələ.


Sirlər Xəzinəsindən bir parça

Müəllif: Nizami Gəncəvi

Gənclik – nurlu şəhərdi, qocalıq – qərib axşam,
Biri parlaq günəşdi, biri öləziyən şam.
Uymusan səhərlər də şirin-şirin yatmağa,
Ömrünün al günəşi üz qoyubdu batmağa.
Dünyanın sevdasını, gəzdirmə başında sən,
Cavanlıqdan əl götür ixtiyar yaşında sən.

sponsor 3

“Ey mənim cavanlıq çağım” şeiri

Müəllif: Vüsal Hüseyn

Həm bağçamsan,həm də bağım,
Həm dərəmsən,həm də dağım,
Həm solumsan,həm də sağım,
Ey mənim cavanlıq çağım!

Ocağıydın közlərimin,
İşığıydın gözlərimin,
Mənasıydın sözlərimin,
Ey mənim cavanlıq çağım!

Qollarımın qüvvətiydin,
Ayağımın sürətiydin,
Mənliyimin cürətiydin,
Ey mənim cavanlıq çağım!

Axtarır gözlərim səni,
Mədh edir sözlərim səni,
Yaman günə saldın məni,
Ey mənim cavanlıq çağım!


Bənzər mövzular:

Axtarış sözləri: gənclər gününə aid şeirlər,gencler gunune aid seirler,2 fevral seirleri ,gənclik gününə aid şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir