Mənalı Hikmətli Sözlər və kəlamlar

menali hikmetli sozler azerice menali sozler
2.3
(10)

Əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl sizin canlı olub-olmamağınızdır.

Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır

Sanma ki dərd tək səndə var Səndəki dərdi nemət sayan var.

 Ağ lövhə təkcə Allah-a məxsusdur; biz hamımız yazılmışların üzərində yazırıq.

Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.

Qadın üzərinə yazı yazarkən qələmi göy qurşagına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız

Nə qədər insan gördüm ki,əynində libası yox, Nə qədər libas gördüm ki,içində insan yox

Ölülər rahat idi.Əsl dirilməli olanlar “yaşayanlar” idi.

Əsl müəllim bilmədiyimizi öyrətməməlidir,əsl müəllim hər kəsin içində olan gizli istedadı üzə çıxarmağı bacarmalıdır.

Həyat səni güldürəndə gülmüsən,

Hünərin var ağladanda gül görüm.

Bil ki, yaşadıqlarınla deyil, yaşatdıqlarınla xatırlanarsan. Və unutma; nə yaşatdınsa, əlbət bir gün onu yaşayarsan.

Unutmayın: Aydınlıq bir sabah üçün, qaranlıq gecənin içindən keçmək gərəkdir.

Uğursuzluq sadəcə yenidən başlamaq üçün şansdır, bu dəfə daha dərrakəli. Dürüst uduzmaqda rüsvayçılıq yoxdur; uduzmaqdan qorxmaqda rüsvayçılıq var.

Evlərin damlarında neçə-neçə ay parlar, Evlərinin içindəsə şəfəq saçır min günəş.

Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar.

Əsl bitki kökləri olmadan yaşaya bilmədiyi kimi, mənəviyyat da öz kökü ilə dinə bağlı olmadan mövcud ola bilməz.

Hara baxdığınız o qədər əhəmiyyətli deyil, oraya neçə baxdığınız əhəmiyyətli. Çünki həyat, niyyətə görə şəkillənir. Və baxdığınız yerdə olan deyil, görmək istədiyinizi görərsiniz…

İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək.

Heç kim saf,heç kim məsum deyil.Yaşayan varlıq mütləq kirlənir, mühüm olan təmizliyi,məsumluğu həyatın amalı etməkdir. Əsl  məsələ həyatdır. Həyat mövcud olduğu müddətdə saf, məsum olmaq ümidi var.

Uğur və uğursuzluq arasında bir boşluq dayanır ki, onun da adı “mənim vaxtım yoxdur” kəlməsidir.

sponsor 3

●Bizim davranışlarımız bizi zirvələrə qaldıra və ən dərin uçurumlara ata bilər. Biz – öz davranışlarımızın nəticələriyik.

İnsanın siması daim onun daxili dünyasını əks etdirir və fikirlərin müəyyən rəngə sahib olmadığını düşünmək yalnışdır.

Düşüncələrinizi dəyişin, prinsiplərini qoruyun: yarpaqları dəyişin, kökü qoruyun.

Öz ruhunun dərinliklərinə baş vur ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən.

Sadəcə böyük kədər və ya böyük sevinc sənin həqiqətini ortaya çıxara bilər. Bunun üçün ya Günəşin altında çılpaq rəqs edəcəksən, ya da öz çarmıxını daşıyacaqsan.

Səni yüksəklərə uçuracaq qanadların olduqdan sonra insanlardan sənə nə qəm gələ bilər?!!

“Bil ki, su gəminin altında olarsa, onu üzdürər, istədiyi mənzilə çatdırar. Lakin su gəmiyə dolarsa, bu dəfə onu batırar.

Mən görünən və görünməyənəm.Yuxudakı göz kimi açığam.Həm varam, həm yoxam : gül suyundakı qoxu kimi.Söyləyən və susanam : kitabdakı yazı kimi.

Bir tavanı saxlayan iki dirəyə çevrilin. Heç kim digərinə sahib olmağa çalışmasın. Hər iki dirək eyni bir tavanı saxlasın. Bu tavan – sevgidi

YAZIYA QİYMƏT VER!😉

Ortalama 2.3 / 5. Səs sayı: 10

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir