Məhəmməd peyğəmbər (tam adı: Abu Qasim Məhəmməd ibn Abdullah ibn Abd əl-Müttəlib ibn Haşim) — dini, sosial, siyasi lider və islamın qurucusu.
Bir insanın həqiqi sərvəti bu dünyada etmiş olduğu yaxşılıqlardır.
Məhəmməd peyğəmbər (s.a.s.)
Zəngin, çox mala sahib olana deyilməz, zəngin ürəyi olana deyilir.
Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.
Əgər öz yaxşı işinə sevinib, pis işindən narahat olursansa, deməli, möminsən.
Allah-təala duada israr edənləri sevər.
Sponsor Linklər
Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.
Az günah etsən, ölüm sənə asan olar.
Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar.
Məhəmməd peyğəmbərin kəlamları
İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.
Sizinkindən daha çox sərvəti və gözəlliyi olan adamı görəndə sizdən kasıb və çirkin olanlar haqqında düşünün.
Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.
Yaxşı işə həvəsləndirmək və pis işdən çəkindirmək sədəqədir.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.
Övladınızı əsla Allahdan qorxutmayın.Ona sadəcə günah işlərkən qorxmağı tapşırın.
Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.
Əməllər niyyətlərə görə dəyər qazanar. – Hz. Məhəmməd
Ömrünü elmə sərf edən adam heç vaxt ölmür.
Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir.
Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.
Bir bəndə öldükdə camaat deyər: “Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə gətirdi?”
Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.
Qadının cihadı ərinə yaxşı baxmasıdır.
Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.
Əməkçinin haqqını onun təri soyumamış ver.
Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa Səbəbdir.
Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.
Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.
Öz qardaşına baxıb mehribanlıqla gülümsəmək – savabdır; insanı xeyirxah hərəkətlərə sövq etmək və qanunsuz işlərdən çəkindirmək savabdır. Nabələd adamlara yol göstərmək və korlara kömək etmək savabdır.
Bir-birinizə əl verin ki, qəlbinizdən kin xaric olsun.
Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.
Ey qəlbləri çevirən Allahım, qəlbimizi dinin üzərində sabit et.
Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).
Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.
Bir əlimə Günəşi bir əlimə də Ayı versələr, yenə də yolumdan dönmərəm. – Məhəmməd Peyğəmbər
Elm dalınca düşənin ruzisini Allah öz öhdəsinə götürər.
Əldən getməyincə dəyərini anlaya bilməyəcəyimiz iki şey var: sağlamlıq və gənclik.
Axtarış sözləri: Mehemmed Peygemberin Exlaq Ve Terbiye Haqqinda Nesihetleri,Məhəmməd Peyğəmbər,Mehemmed Peygember,Məhəmməd Peyğəmbərin Kəlamları,Mehemmed Peygemberin Nesihetleri, dini sözlər, dini sozler, dini kəlamlar, dini kelamlar