Hikmətli Sözlər Hikmətli kəlamlar hikmetli sozler hikmetli kelamlar
4.1
(33)

Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır.

Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.

Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir.

Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur.

Allahın ən gözəl əsəri könüldür. Qalan hər şey ancaq əsərin əsəridir.

Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər.

Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.

Qəlblər də mis kimi paslanar. Onları günahların bağışlanmasını diləməklə cilalayın.

Elm öyrən: kimsə alim olaraq doğulmaz,elm sahibi ilə cahil bir olmaz.

Dünyada ən hüzursuz kimsələr, qəlbində həsəd və kin daşıyanlardır.

Bir dəlil ilə 40 alimi yendim, 40 dəlil ilə bir cahili yenəmədim.

Hikmətli Sözlər, Hikmetli kelamlar

Bir müddət öyrənməyin ağrısını çəkməyən, ömrü boyu cahillik zillətini daşıyar.

Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın.”

Yolun ucunun hara çatacağını düşünmək boş bir səydən ibarətdir. Sən yalnız atacağın ilk addımı düşünməklə hökümlüsən. Gerisi onsuz da özbaşına gələr

Əgər bir gün dünyaya aid dərdin olarsa Rəbbinə dönüb “Rəbbbim, çox böyük dərdim var” demə, dərdinə dönüb “çox böyük Rəbbim var” de

Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.

İnsаnlаrın imаn cәhәtdәn әn kаmili әхlаqı gözәl оlаn şәхsdir.

Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.

Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.

Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.

“Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.

Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun.

Nəyi itirirsənsə itir, amma Rəbbini itirmə. Allah hər şeyin yerini doldurar, ancaq heç nə Allahın yerini doldurmaz.

Açar sözlər: Hikmətli Sözlər Hikmətli kəlamlar hikmetli sozler hikmetli kelamlar, hikmətli kəlam və sözlər

sponsor 3

Bənzər yazılar:

Dini Sözlər və Kəlamlar
Dahilərdən Kəlamlar
Dəyərli Kəlamlar və Sözlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 33

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir