Həyatdakı ən böyük xoşbəxtlik olduğun kimi sevilməkdir. – Viktor Hüqo
Həyat bir güzgüdür, sən ona gülsən, o da sənə güləcək.
Həyat tamaşaya bənzəyir: bəziləri ona yarışmağa, bəziləri alış-verişə, ən xoşbəxtləri isə baxmağa gəlirlər.- Pifaqor
Sevgisiz həyat ölümdür. – Qandi
Böyük insanlar həyatın mənasını özündə, kiçik adamlar isə özgələrində axtarır. – Konfutsi
Sponsor Linklər
Əmək zövq olanda həyat gözəldir, vəzifə olduqda isə köləlikdir!- Maksim Qorki
Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi. – Konfutsi
Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir. – Anton Çexov
Xoşbəxt olmaq istəyiriksə, həqiqi həyatın cismdə deyil, ruhda olduğuna inanmalıyıq. – Lev Tolstoy
Həyat insanların minnət qoymadan aldığı, çəkinmədən istifadə etdiyi, şüursuz olaraq başqalarına ötürdüyü və fərqinə varmadan itirdiyidir. – Volter
Həyat öz taleyini izləyənlərə səxavətli olur.

Həyatı mənasından çox sevmək lazımdır. Güclü olanlar yox, düzgün olanlar yaxşıdırlar. Şərəf və şəxsi ləyaqət hər şeydən güclüdür. – Dostoyevski
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Həyat ondan küsənləri incidir. – Mikayıl Müşviq
Həyatı elə yaşamaq lazımdır ki, ölüm onu məhv edə bilməsin. – Lev Tolstoy

Həyatın ən gözəl anı hər şeydən vaz keçdiyində səni həyata bağlayan birinin olduğunu düşündüyün andır. – Onore de Balzak
Cavanlar xəyal edirlər, qocalar xatırlayırlar. – Lui Araqon
İdarə edilə bilən çətinliklər, qazanılmış fürsətlərdir. – Çörçill

Doğulduğumuz andan ölənə qədər həyatımız davamlı bir səfərdir. Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir, amma qatar həmişə irəli gedər. Həyat bir qatardır. Qatar stansiyası deyil. – Paulo Koelyi
Həyatı sevirsənsə, vaxtını boşa vermə – çünki həyat vaxtdan ibarətdir. – Bencamin Franklin
Sadəcə sevgi və ölüm hər şeyi dəyişə bilər. – Xəlil Cübran

Həyat haqqında Mənalı Sözlər və Aforizmlər
Həyatın mənası nədən ibarətdir? Başqalarına xidmət və yaxşılıq etməkdən. – Aristotel
Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır. – Dədə Turxan

Həyatı itirməkdən daha ağrılı bir şey vardır, Həyatın mənasını itirmək. – Seneka

Bəzi insanlar həyatda heç bir məqsədi olmadan yaşayırlar. Belələri çay üzərində axıb gedən saman çöpünə bənzəyir; onlar getmir, suyun axını onları aparır.- Seneka
Yalnız iki cür həyat forması var: çürümə və yanma. Qorxaq və acgözlər birincini, cəsarətli və səxavətlilər isə ikincini seçirlər. – Maksim Qorki
Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birimizdən ayrılırıq… – Rabindranat Taqor
Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik. – Oşo
💖💛
Olmək isdeyirem amma balalarima gora olənmirem
Yasamalisan evladin ucun
Yaşamagin anlamı yoxdu artiq
Əvvəl mən də elə düşünərdim. Amma həyatın bir mənası var. Sadəcə onu özün tapmalısan ya da yaratmalısan.