Dərin mənalı sözlər və kəlamlar
Bəzən dünyanın ən çətin peşəsidir… öz duyğularına tərcüməçi olmaq…!
Aşiqin ən böyük səadəti onun gözlərində bütün dünyanın gözəlləşməsidir.
Əgər ağaca çıxmaq istəyirsinizsə, ulduzlara çıxmağa niyyət edin, bacararsınız.
Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən ali düşüncələrdir.
Təriflənmək məni utandırır, çünki gizlində onu arzulayıram.
Sponsor Linklər
Uğursuzluq – nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır.
Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan.
Bəziləri Günəşin işığında dünyaya baxmaq əvəzinə, gözlərini Günəşin özünə zilləyib kor olur.
Keçmişdə kim olduğunu bilmək istəyirsənsə, bu an kim olduğuna bax. Kim olacağını bilmək istəyirsənsə, nə etdiyinə bax.
Dərin Mənalı Sözlər və Kəlamlar
Yumşaq və zəif olan möhkəm və güclü olana qalib gələr.
Damlada itirdiyimiz bir dəniz qədər önəmli ola bilər.
Heç kim, əfv etdiyi zamankı qədər yüksələ bilməz.
Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
İnsanı fərqli edən, əhv etdikləridir. Güclü edən, səbir etdikəridir. Qürurlu edən, imtina etdikləridir.
Əgər sevirsinizsə, “Tanrı mənim ürəyimdədir” deməyin, yaxşısı budur, deyin: “Mən Tanrının ürəyindəyəm”.
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər, nəticədə düz xətt olub ayaqlanmağa məhkumdur.
Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır.
Duman qəlbdəki məhəbbətə bənzər; təpələrin arasında oynaşıb, onlarda gözlənilməz gözəlliklər yaradır.
Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır.
Həyat eşqi həyatdan ikiəlli yapışmaq deyil, həyatı yüksək tutmaqdır.
Eqo bir buz dağıdır. Onu ərit. Onu dərin bir sevginin içində ərit, beləliklə o yox olsun və sən, okeanın parçası halına gəl.
Hardasa bütün kişilər çətinliklərə dözə bilər, amma bir adamın xarakterini test etmək istəyirsənsə, ona güc ver.
Əgər dadını bilsəniz, çörəyi paylaşmaq çörəkdən daha ləzzətlidir..
Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır.
Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil.
Dürüstlərin tənbəlliyi saxtakarların hakimiyyətinə yol açar.
Öyrəndim ki, insan öz qayğılarını həll etməkdən ötrü yox, içində sevgi olduğu üçün yaşayır…
Başqalarını bilən kimsə məlumatlı, özünü bilən kimsə müdrikdir.
Ən böyük fəth mübarizə etmədən qazanılar, ən müvəffəqiyyətli idarəçi əmr etmədən idarə edər.
Heç bir zaman bir insanı mühakimə etməyin, o vaxta qədər ki, siz uzun bir yolu onun çəkmələri ilə qət etməmisinizsə.
Dünyaya qatılanların həzzi və qəzəbi, dünyanın fövqünə qalxanların eşqi və kədəri olur.
İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir.
Sevmək, sevdiyin kişi ilə birlikdə olmaq deyildir unutma! Çünki sevgi; onunla yaşamaq deyil, onu yaşamaqdır əslində..
Hər kəs sənin necə göründüyünü görə bilər. Amma çox az adam necə insan olduğunu hiss edər.
Verdiyini xatırlamayan və aldığını unutmayanlar müqəddəs insanlardır.
Nə vaxtsa olduğun və hələ də daxilində mövcud olan uşağın səsinə qulaq asmaq lazımdır. O, sehirli anlara çatmağa səbəb olur. Bəli, biz onun hönkürtüsünü kəsə bilərik, amma onun səsini boğmaq – əsla.
Doğulan uşaqlar Tanrının hələ insanlardan ümidini kəsmədiyini göstərər.
Biz elə bir məxluqlarıq ki,bəzən mələklər insan olmadıqlarına görə üzülür,bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.
Təhsil, bir uşağa xüsusi qabiliyyətlərinin fərqinə varması üçün kömək etməkdir.
Dərin və ehtiraslı sev… Ürəyin qırıla bilər amma həyatı mənalı yaşamanın tək yoludur.
Bir qadının alnı dodaqlarından daha qiymətlidir.” Çünki dodaqlarından töküləcək olan ‘səni sevirəm’ sözü, Əvvəldən alınına yazılmışdır…
Zirvələrdə qartallar da olar, ilanlar da. Ancaq birisi oraya süzərək, digəri isə sürünərək gəlmişdir.
Həyat bizi dörd əməliyyatla sinar. Gerçəklərlə çarpar, ayrılıqlarla bölər, insanlıqdan çıxarar və sonunda özünü topla deyər.
Hamımız itirdiyimiz yada çata bilmədiyimiz hər şey üçün vaxtı günahlandırırıq. Halbuki zaman danışacaq olsa, hamımız utanarıq.
Əgər sevgi bir çiçəksə, hörmət onu qoruyan saxsıdır. .Çiçək solmağa başlamışsa diqqət yetirin saxsı mütləq çatlamışdır.
Özümüz üçün etdiklərimiz bizimlə birlikdə ölər. Başqaları və dünya üçün etdiklərimizsə sonsuza qədər yaşayar.
Açar sözlər: Dərin Mənalı Sözlər, derin menali sozler,derin menali statuslar, mənalı söz, mənalı kəlamlar
Çox mükəmməl tərtib olunmuşdur. Bütün bunları çalışıb ərsəyə gətirənlərə təşəkkürümü bildirirəm.
Əla
Dərin mənalı sözlər hər zaman diqqət mərkəzimizdə olub. Bu cür gözəl və mənadar sözləri bizə ərməğan edənlərin hər birinə dərin minnətdarlığımı bildirirəm… yaxşı ki müdrik xalqımın belə dərin zəkali və elm fədailəri var…