HƏMAS nədir? Həmas haqqında məlumat

həmas təşkilatı, həmas haqqında, həmas nədir, hemas teskilati,həmas vikipediya, hemas nedir, hemas kimdir, hemas teskilati
0
(0)

HƏMAS nədir? Həmas haqqında

HƏMAS Fələstin Parlamentində çoxluğa sahib olan paramilitar təşkilat və sünni islamı mənimsəmiş siyasi partiyadır.Adının açılışı “Harakat Al-Muqawama Al-Islamia” olub, mənası İslami Müqavimət Hərəkatıdır, Həmas ABŞ və Avropa İttifaqı ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı olaraq elan edilib.

HƏMASIN QURULMA TARİXİ

1987-ci ildə Şeyx Əhməd Yassin, Əbdüləziz ər-Rantisi və Məhəmməd Taha tərəfindən Misirdəki Müsəlman Qardaşlar təşkilatının Fələstin qanadı olaraq təsis edilmişdir. (Bəzi mənbələrdə quruluş tarixi 1920-ci illər olaraq göstərilib)
Həmas İslam dünyasında azadlıq mübərizəsi uğrunda savaşan bir təşkilat, qərb dünyasında isə terror çu hesab edilir.Kanada, Avropa İttifaqı, İsrail, Yaponiya və ABŞ-da terror təşkilatlarının siyahısına salınıb. Təşkilatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Avstraliya və Böyük Britaniyada terror təşkilatları siyahısındadır.

Həmas haqqında məlumat
Həmas haqqında məlumat

Partiya 1988-ci ildəki siyasi proqramında Fələstinin heç vaxt qeyri-müsəlmanlar tərəfindən əhatə olunan bir İslam ölkəsi ola bilməyəcəyini və Fələstin müsəlmanlarının Fələstini İsraildən almaq üçün müqəddəs bir müharibə aparmasının dini bir vəzifə olduğunu bildirmişdi. Bu qətiyyət HƏMAS-ı 1988-ci ildə İsraili tanıyan Fələstin Azadlıq Təşkilatı ilə münaqişə həddinə çatmasına səbəb oldu.

1992-ci ilin sonunda Qəzzada 600 məscid var idi. Həmas öz təsirini həmkarlar ittifaqları, universitetlər, bazarlar, peşə birlikləri və 2004-cü ildən başlayaraq moizələr və xeyriyyə işləri ilə daha da artırmış və özlərinə böyük tərəfdar kütləsi toplaya bilmişdir.

Təşkilat 1993-2005-ci illər arasında İsrail vətəndaşlarına və əsgərlərinə qarşı hücumlar həyata keçirmişdir.

HƏMASIN MƏQSƏDİ

hemas israil muharibesi 2023 israil hemas savasi

Təşkilatın təsis məqsədi 1948-ci ildən əvvəl İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahili və Qəzza zolağı da daxil olmaqla, Fələstin İslam dövlətini yenidən qurmaqdır. ABŞ Dövlət Departamentinin məlumatına görə, təşkilat xaricdə yaşayan fələstinlilərin, İran hökumətinin və ərəb ölkələrinin yardımı hesabına maliyyələşir.

HƏMAS-İSRAİL MÜNAQİŞƏSİ (2023)

Qəzza zolağına nəzarət edən HƏMAS 7 oktyabr tarixində İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan etdi. “Əl-Cəzirə”nin məlumata görə, HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Def hərəkatın İsrailə 5000 raket atdığını açıqlayıb. O, bununla yanaşı bütün fələstinliləri silahlanmağa çağırıb.

Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
Savaşlarda hər iki tərəfdən minlərlə insan ölüb, on minə yaxın insan yaralanıb. Xəsarət alanlar ararsında mülki əhali çoxluq təşkil edir. Hazırda qızğın döyüşlər davam edir.

Axtarış sözləri: həmas təşkilatı, həmas haqqında, həmas nədir, hemas teskilati,həmas vikipediya, hemas nedir, hemas kimdir, hemas teskilati

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir