- Abad – azərbaycan mənşəli «abad» məskun edilmiş, becərilmiş, düzəldilmiş yer,yaşayış məntəqəsi. Şəxs adı kimi «mədəni, səliqəli, arzu olunan» mənalarını ifadə edir.
- Abbas – sadə. Doğru variantı Abbasdır. ərəb mənşəli, «əbbas» (qaraqabaq, tutqun, qəzəbli) sözündəndir.
- Abbasağa – ərəb mənşəli, Abbas + ağa (azərbaycan mənşəli . cənab; yüksək mənsəb sahiblərinə müraciət; . ataya, böyük qardaşa müraciət) sözlərindən düzəlib.
- Abbasbəy // Abasbəy – ərəb mənşəli, Abbas + azərbaycan mənşəli bəy (ictimai təbəqə, titul bildirir) sözlərindən düzəlib. Keçmişdə şəxsin bəy tituluna mənsub olduğunu ifadə etmişdir.
- Abbasəli // Abasəli – ərəb mənşəli, Abbas + Əli (imam) sözlərindən düzəlib. «Əlinin Abbası» (İmam Əlinin oğlu Abbasa işarədir) deməkdir.
- Abbasmirzə // Abasmirzə – ərəb mənşəli, Abbas + mirzə (ərəb mənşəli, «əmirzadə» sözünün qısaldılmış forması, burada şahzadə titulu).
- Abdin – ərəb mənşəli, «əbddin» – dinin xidmətçisi, dinin nökəri sözündəndir.
- Abdulla – ərəb mənşəli, «əbdüllah» (allahın qulu, tanrının nökəri) sözündəndir. Adın Abdul variantı da işlənməkdədir.
- Abel – latın mənşəli «Albelus» sözündən olub «ağcaqovaq» deməkdir. Bibliyada Adəmlə Həvvanın oğullarından birinin adıdır. Adla bağlı bir çox dini əfsanələr mövcuddur.
- Abış – fars mənşəli Abı + ş (azərbaycan mənşəli oxşama və əzizləmə ifadə edən şəkilçi).
- Abtalıb – ərəb mənşəli, «Əbu Talib» (Talıbın atası) sözündəndir.
- Abuzər – ərəb mənşəli, «Əbu zərr» (zərrənin atası, mənəvi cəhətdən sahib olan) sözündəndir
- Adəm – ərəb mənşəli, «adəm» – insan deməkdir. İlk insan və ilk peyğəmbər Adəmin adı ilə bağlıdır.
- Adıgözəl – azərbaycan mənşəli ad + ı (mənsub. şəkilçi– si.) + gözəl sözlərindən düzəlib. «Adı gözəl olan» deməkdir.
- Adil – ərəb mənşəli, «adil» – ədalətli deməkdir.
- Adışirin – azərbaycan mənşəli ad + ı (III şəxs mənsub. şəkilçi– si.) + fars mənşəli şirin (xoşa gələn, ürəyə yatan, dadlı) sözlərindən düzəlib. «Adı xoşa gələn» deməkdir.
- Afiq – ərəb mənşəli, «afiq» – sağ, sağlam deməkdir.
- Afiyəddin // Afyəddin – ərəb mənşəli, «afiyət» (sağlamlıq)+ din sözlərindən düzəlib. «Dinə həsr olunmuş sağlamlıq, dinə həsr olunmuş həyat» deməkdir.
- Afşin – fars mənşəli «afşin» – hökmdar deməkdir.
- Aftandil // Avtandil – fars mənşəli «günəş ürəkli», «qəlbi günəşə bənzəyən» deməkdir.
- Ağa – azərbaycan mənşəli «cənab», «hakim sinfin nümayəndəsi», «mənsəb sahibi» (XVIII əsrdə «torpaq sahibi» mənasında işlədilmişdir), «böyük qardaş», «ata» mənalarını ifadə edir.
- Ağababa – azərbaycan mənşəli ağa (böyük) + baba (ata, atanın,və ya ananın atası) sözlərindən düzəlib. «Böyük ata», «atanın atası» mənalarını ifadə edir.
- Ağabala – azərbaycan mənşəli ağa (böyük) + bala (övlad, uşaq) sözlərindən düzəlib. «Böyük övlad», «ailənin böyük uşağı» mənasını bildirir.
- Ağabəşir – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, Bəşir (xoş xəbər gətirən, müjdəçi) sözlərindən düzəlib. «Böyuk müjdəçi» mənasını bildirir.
- Ağabəy – azərbaycan mənşəli ağa (böyük) + bəy (zadəgan titulu) sözlərindən düzəlib. «Böyük bəy», «hörmətli bəy» mənasını ifadə edir.
- Ağabuta – azərbaycan mənşəli ağa (böyük) + buta (qönçə, badama bənzər naxış) sözlərindən düzəlib. Antroponim kimi «Qiymətli naxış» deməkdir.
- Ağacan – azərbaycan mənşəli ağa (böyük, cənab) + can (burada «əziz») sözlərindən düzəlib. «Əziz cənab» deməkdir.
- Ağacəfər – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, cəfər (çay) sözlərindən düzəlib. Burada «qiymətli çay» deməkdir. «Böyük Cəfər» anlamında da işlənir.
- Ağadadaş – azərbaycan mənşəli ağa (böyük) + dadaş (qardaşa, ataya müraciət forması, hərfən «dada yetən, köməyə çatan») sözlərindən düzəlmişdir. «Böyük qardaş» mənasını ifadə edir.
- Ağaəli // Ağəli – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, Əli (imam) sözlərindən düzəlib. «Cənab Əli, böyük Əli» deməkdir.
- Ağaəmi // Ağəmi – azərbaycan mənşəli ağa (böyük) + əmi (qardaşın qardaş uşaqlarına olan qohumluq münasibəti) sözlərindən düzəlib. «Böyük əmi» deməkdir.
- Ağaəziz – azərbaycan mənşəli ağa (cənab) + ərəb mənşəli, əziz (istəkli, hörmətli) sözlərindən düzəlib. «İstəkli cənab» deməkdir.
- Agah – fars mənşəli «agah» – xəbərdar, ayıq – sayıq olan deməkdir. azərbaycan mənşəli şairi Hacı Abbas Hacı Məhərrəm oğluna məxsus təxəllüsdür.
- Ağahəsən – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, həsən (yaxşı, gözəl sima) sözlərindən düzəlib. «Yaxşı cənab» deməkdir.
- Ağahüseyn – azərbaycan mənşəli ağa (böyük, cənab) + ərəb mənşəli, hüseyn (gözəl) sözlərindən düzəlib. «Gözəl cənab» deməkdir.
- Ağakazım – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, kazım (sirrini saxlaya bilən) sözlərindən düzəlib. «Böyük sirr saxlayan» deməkdir.
- Ağakərim – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, kərim (səxavətli) sözlərindən düzəlib. «Səxavətli cənab» mənasındadır.
- Ağakişi – azərbaycan mənşəli ağa (böyük) + kişi (ər, ata, oğul ) sözlərindən düzəlib. «Böyük oğul» deməkdir.
- Ağalar – azərbaycan mənşəli ağa (böyük, cənab) + lar (kəmiyyət şəkilçi– si). «Ağa nəslindən olan» deməkdir.
- Ağamahmud – azərbaycan mənşəli ağa (böyük, cənab) + ərəb mənşəli, mahmud (tərifəlayiq) sözlərindən düzəlib. «Tərifəlayiq cənab» deməkdir.
- Ağamalı – azərbaycan mənşəli ağa (cənab) + mal (dövlət, var)+ ı (III şəxs mənsub. şəkilçi- si). «Ağaya mənsub olan» deməkdir.
- Ağamalik // Ağaməlik – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, malik (sahib) sözlərindən düzəlib. «Böyük sahib, hörmətli şah» deməkdir.
- Ağaməcid – azərbaycan mənşəli ağa + ərəb mənşəli, məcid (əzəmətli, görkəmli) sözlərindən düzəlib. «Əzəmətli cənab» deməkdir.
- Ağamehdi – azərbaycan mənşəli ağa (böyük, cənab) + ərəb mənşəli, mehdi (düz yol tutmuş, doğru yolla gedən) sözlərindən düzəlib. «Hörmətli peyğəmbər» anlamındadır.
- Ağaməhəmməd // Ağaməmməd – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, Məhəmməd sözlərindən düzəlib. «Böyük Məhəmməd» deməkdir.
- Ağamərdan – azərbaycan mənşəli ağa (böyük) + fars mənşəli Mərdan (mərdlər) sözlərindən düzəlib. «Mərdlərin böyüyü» deməkdir.
- Ağamir – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, mir (əmir – hökmdar, başçı) sözünün qısaldılmış forması) sözlərindən düzəlib. «Böyük hökmdar» deməkdir.
- Ağamirzə – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, mirzə (ərəb mənşəli,, fars mənşəli əmirzadə – hökmdar oğlu, şahzadə vəlihəd) sözlərindən düzəlib. «Böyük vəliəhd» deməkdir.
- Ağamurad – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, murad (arzu, istək) sözlərindən düzəlib. «Böyük arzu» mənasına uyğundur.
- Ağamusa – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, musa (uşaq, övlad) sözlərindən düzəlib. «Böyük uşaq, böyük övlad» deməkdir.
- Ağanəbi – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nəbi (peyğəmbər) sözlərindən düzəlib. «Cənab peyğəmbər» deməkdir.
- Ağanemət – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nemət (yaxşılıq, sərvət) sözlərindən düzəlib. «Böyük sərvət» deməkdir.
- Ağanemətulla – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nemətulla (allahın sərvəti) sözlərindən düzəlib. «Allahın böyük sərvəti» deməkdir.
- Ağanəzər – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nəzər (baxış, düşüncə) sözlərindən düzəlib. «Böyük düşüncə» deməkdir.
- Ağaniyaz – azərb. ağa + fars mənşəli niyaz (dua etmə, hədiyyə) sözlərindən düzəlib. «Allahın hədiyyəsi, bəxşişi» deməkdir.
- Ağaqardaş – azərbaycan mənşəli ağa (böyük) + qardaş (ailədə doğulmuş oğlan uşağının o biri uşaqlarla qohumluq əlaqəsi) sözlərindən düzəlib. «Böyük qardaş» mənasındadır.
- Ağaqulu – azərbaycan mənşəli ağa (böyük) + qul (xidmət edən) + u (III şəxs mənsub. şəkilçi– si). Burada «Tanrının xidmətçisi» mənasını ifadə edir.
- Ağaqurban – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, qurban (özünü müqəddəs bir iş uğrunda fəda edən) sözlərindən düzəlib. «Böyük fədakar» anlamındadır.
- Ağarəhim – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, rəhim (rəhimli, rəhm edən, ürəyi yanan) sözlərindən düzəlib. «Böyük rəhm edən» deməkdir.
- Ağarəhman – Mənşəcə və mənaca Ağarəhim antroponiminə uyğundur.
- Ağarza – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, rza (bir şeydən razı, məmnun) sözlərindən düzəlib. «Böyük məmnuniyyət» deməkdir.
- Ağasadıq – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, sadıq – sadiq (sədaqətli) sözlərindən düzəlib. «Böyük sadiq» deməkdir.
- Ağasaleh – azərbaycan mənşəli ağa (böyük) + salah – saleh (ərəb mənşəli, «saleh» «xeyirxah, yaxşılıq» deməkdir) sözlərindən düzəlib. «Böyük xeyirxah», «böyük yaxşılıq» mənasına uyğun gəlir.
- Ağasəf – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, səfi (seçilmiş, səmimi dost) sözlərindən düzəlib. «Böyük dost» deməkdir.
- Ağasəlim – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, salim – səlim (sağlam) sözlərinin birləşməsindən düzəlib. «Çox sağlam» deməkdir.
- Ağasəməd – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, səməd (əbədi, daimi) sözlərindən düzəlib. «Daim var olan böyük insan» mənasına uyğundur.
- Ağası – azərbaycan mənşəli ağa (böyük) + sı // si (III şəxs mənsub. şək– si.). «Böyüyümüz», «ailənin böyüyü» deməkdir.
- Ağasif – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, asif (tufan) sözlərindən düzəlib. «Böyük tufan» mənasındadır.
- Ağaşirin – azərbaycan mənşəli ağa + fars mənşəli şirin sözlərindən düzəlib. «Sevimli, əziz cənab» deməkdir.
- Ağasoltan // Ağasultan – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, soltan – sultan (padşah, hökmdar) sözlərindən düzəlib. «Böyük hökmdar» deməkdir.
- Ağaşükür – azərbaycan mənşəli ağa + ərəb mənşəli, şükr (minnətdarlıq, razılıq) sözlərindən düzəlib. Burada «Allahdan razı, tanrıya minnətdar» mənasını ifadə edir.
- Ağasüleyman – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, suleymən // süleyman (qədim yəhudi mənşəli Solomon – əmin, sakit, heç kəsə dəyib – dolaşmayan; sülh) sözlərindən düzəlib. «Əmin, sakit cənab» deməkdir. Şərq antroponimikasında Süleyman peyğəmbərin adı ilə bağlıdır.
- Ağavəli – azərbaycan mənşəli ağa + ərəb mənşəli, vəli (himayəçi, qəyyum, ağa) sözlərindən düzəlib. «Böyük ağa, atabəy» deməkdir.
- Ağaverdi – azərbaycan mənşəli ağa (böyük) + verdi («vermək» felindən) sözlərindən düzəlib. «Allahın verdiyi» mənasına uyğundur.
- Ağaxan – azərbaycan mənşəli ağa (böyük) + xan (titul, hökmdar) sözlərindən düzəlib. «Böyük xan» deməkdir.
- Ağayaqub – azərbaycan mənşəli ağa (böyük) + Yaqub (qədim yəhudi adı Yakovun ərəb forması olub «ardınca gedən, izi ilə gedən») sözlərindən düzəlib. «Böyük peyğəmbər Yaqub» deməkdir.
- Ağayar – azərbaycan mənşəli ağa (böyük) + yar (hissə, parça, tay, bərabər, əziz) sözlərindən düzəlib. «Böyük hissə», «böyük tay» mənasına uyğundur.
- Ağayunus // Ağayunis – azərbaycan mənşəli ağa (böyük) + Yunus // Yunis (qədim yəhudi adı İonanın ərəb forması olub «göyərçin»deməkdir.) sözlərindən düzəlib. «Böyük peyğəmbər Yunus» mənasına uyğundur.
- Ağayusif – azərbaycan mənşəli ağa (böyük) + Yusif (qədim yəhudi Adı Yosifin ərəb forması olub «artım, gəlir») sözlərindən düzəlib. «Böyük peyğəmbər Yusif» deməkdir. Belə adlar peyğəmbərlərə ehtiram məqsədilə qoyulurdu. Müasir antroponimikada isə bu tipli adlar yalnız qohumların (baba, ata) adlarını əbədiləşdirmək üçün işlədilir.
- Ağazaman – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, zaman (vaxt, dövran, çağ) sözlərindən düzəlmişdir. «Zamanın hökmdarı» mənasına uyğundur.
- Ağazər – azərbaycan mənşəli ağa (böyük, cənab) + fars mənşəli zər (qızıl, şəfəq) sözlərindən düzəlib. «Böyük, hörmətli şəfəq» deməkdir.
- Ağazeynal – azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, zeynal (ibadət edənlərin bəzəyi) sözlərindən düzəlmişdir. «Böyük itaətkar» mənasındadır.
- Akif – ərəb mənşəli, «akif» – guşənişin, ibadət edən, abid deməkdir.
- Aldədə – azərbaycan mənşəli alı + dədə sözlərindən düzəlib. «Atanın oğlu» deməkdir.
- Alıcan – azərbaycan mənşəli alı + fars mənşəli can (əziz, doğma) sözlərindən düzəlib. «Əziz oğul, doğma adam» deməkdir.
- Alış – azərbaycan mənşəli «alış» – parlaq, cəlb edici, gözə çarpan mənalarına uyğundur.
- Allahqulu – ərəb mənşəli, allah (tanrı) + azərbaycan mənşəli qul + u (III şəxs mənsub. şəkilçi – si.). «Tanrıya xidmət edən» deməkdir.
- Allahşükür – ərəb mənşəli, allah (tanrı) + şükür (təşəkkür, razılıq) sözlərindən düzəlib. «Tanrıya verdiyinin müqabilində təşəkkür edirəm» deməkdir.
- Allahverdi – ərəb mənşəli, allah (tanrı) + azərbaycan mənşəli verdi (vermək felinin keçmiş zaman forması) sözlərindən düzəlib. «Tanrının verdiyi» deməkdir.
- Allahyar – ərəb mənşəli, allah (tanrı) + fars mənşəli yar (sevgili dost, istəkli) ) sözlərindən düzəlib. «Allahın istəkli bəndəsi» deməkdir.
- Alp – qədim türk dillərində «Alp» – bahadır, cəsur, igid mənalarını ifadə etmişdir. Yazılı abidələrdə bu söz həm şəxsi ad, həm də titul kimi işlənmişdir. Müasir antroponimikada bu ada nadir hallarda təsadüf olunur.
- Alpan – Alp sözü ilə bağlı yaranıb. «İgidlər, qəhrəmanlar» deməkdir.
- Alpaşa – azərbaycan mənşəli Alı + paşa sözlərindən düzəlib. «Yüksək vəzifə sahibi olan kişi; baş ağa» deməkdir.
- Altun – türk mənşəli «altun» – qızıl deməkdir.
- Alxas – sadə. Türk dillərində bu söz «şıltaq, nadinc, çox arzulayan»; ərəb mənşəli, isə «alxas» – xüsusi, başqalarından fərqlənən kimi izah olunur.
- Amal – ərəb mənşəli, «əməl» sözündən olub, «qayə, məqsəd, arzu, ümid, dilək» deməkdir.
- Amid – ərəb mənşəli, «amid» – ağsaqqal, rəis, başçı deməkdir.
- Amil – ərəb mənşəli, «amil» – məmur, icraçı; bir işə əməl edən; səbəb, faktor deməkdir.
- Amin – Əsli yəhudi sözü «amin» olub «ay allah, qəbul et» deməkdir.
- Amir – ərəb mənşəli, «amir» – əmr edən, buyuran deməkdir.
- Anar – azərbaycan mənşəli «anmaq» felindən olub. «Yada salar, xatırlar» deməkdir.
- Aqil – ərəb mənşəli, «aqil» – ağıllı, kamallı, dərrakəli, həddi – buluğa çatmış mənasındadır.
- Aqşin – «ağtəhər», «ağ üzlü», «ağ çöhrəli» deməkdir.
- Araz – Araz çayının adından götürülüb.Təxəllüs kimi azərbaycan mənşəli xalq şairi Məmməd İnfil oğlü İbrahimova məxsusdur.
- Arif –ərəb mənşəli, «arif» – hər şeydən xəbərdar, tez başa düşən, anlayan deməkdir.
- Arzuman – fars mənşəli «ar(e)zumənd» sözündən olub, «arzu olunan», «istənilən» deməkdir.
- Asif – ərəb mənşəli, «asif» – şiddətli külək, tufan, qasırğa, boran deməkdir.
- Asim –ərəb mənşəli, «asim» – ismətli, namuslu; ismətini, namusunu qoruyan deməkdir.
- Asiman–fars mənşəli «asiman» – səma, göy, göy qübbəsi deməkdir.
- Aslan – qədim türk mənşəli «arslan» (heyvanların şahı sayılan «şir» deməkdir) sözündəndir. Türk qəbilələrindən qaraxanilərdə və səlcuqlarda titul kimi də işlədilmişdir.
- Aşur – Ər «aşur» – ongünlük, dekada; «aşura» – məhərrəm ayının onuncu günü deməkdir.
- Aşurbəy –Aşur şəxsi ad + bəy (titul) sözlərindən düzəlib.
- Atababa – azərbaycan mənşəli ata (böyük) + baba (əcdad, nəslin başçısı, atanın atası) sözlərindən düzəlib. «Böyük baba, ulu baba» deməkdir.
- Atacan – azərbaycan mənşəli ata (böyük) + can (əziz) sözlərindən düzəlib. «Əziz ata» deməkdir.
- Ataxəlil – azərbaycan mənşəli ata (böyük) + ərəb mənşəli, xəlil (dost, sevgili) sözlərindən düzəlib. «Böyük dost, sevimli ata» deməkdir.
- Atəş – fars mənşəli «atəş» – od deməkdir.
- Atlıxan – azərbaycan mənşəli atlı (süvari) + xan (titul) sözlərindən düzəlib. «Süvari xan», «igid, qəhrəman» deməkdir.
- Aydəmir – azərbaycan mənşəli Ay (planet) + dəmir (metal) sözlərindən düzəlib. «Saf, möhkəm» mənalarına uyğundur.
- Aydın – azərbaycan mənşəli «aydın» – işıqlı, aşkar deməkdir. azərbaycan mənşəli– da bu antroponimin ilk yaradıcısı C. Cabbarlı olmuşdur.
- Ayxan – azərbaycan mənşəli Ay (planet) + xan (titul) sözlərindən düzəlib. «Yüksək rütbəli, hörmətli xan» deməkdir.
- Azər – fars mənşəli «azər» – od, atəş, atəşgah deməkdir.
- Azəri – fars mənşəli azər (od) + azərbaycan mənşəli –i (oxşarlıq, bəzən aidlik, mənsubluq bildirən şəkilçi). «Oda aid», «oda qulluq edən», «oda sitayiş edən» deməkdir.
A hərfi ilə başlayan Kişi adları və mənaları (122)
