11 Oktyabr Beynəlxalq Qız Uşaqları Günüdür

beynelxalq qiz usaqlari gunu haqqinda melumat qiz usaqlari gunu ne
0
(0)

BMT-nin Baş Assambleyası tərəfindən 2011-ci ilin dekabrında Türkiyə, Kanada və Perunun təşəbbüsləri ilə 11 oktyabr tarixi “Beynəlxalq Qız Uşaqları Günü” olaraq elan edilmişdir. Ancaq ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib.
Bu qərarla hər il oktyabrın 11-i dünyanın bir çox ölkəsində “Beynəlxalq Qız Uşaqları Günü” kimi qeyd olunmağa başladı.
Belə bir qərarın verilməsində əsas məqsədlər bunlar idi:

  • qız uşaqlarına qarşı zorakılığın, təcridin və ayrı-seçkiliyin qarşısının alınması
  • diqqəti qız hüquqlarına yönəltmək
  • gender ayrı-seçkiliyinə qarşı mübarizə aparmaq
  • qızlara sosial, iqtisadi, mədəni və siyasi dəstəyin göstərilməsi
  • bərabərsizlikləri aradan qaldırmaq
  • qız uşaqlarının potensialını mümkün dərəcədə artırmaq

Bəzi ölkələrdə qız uşaqlarını hüquqları əllərindən alınır və real həyatdan təcrid olunurlar. Onlar seçim azadlıqları, təhsil,karyera və digər insani hüquqardan məhrum edilmişdir. Bu səbəbdən həmin ölkələrdə inkişaf və həyat səviyyəsi çox aşağıdır. Bu şəraitdə səfalət və yoxsulluqla mübarizə aparaq yaşamağa çalışan miylonlarla qız uşağı var. Müəyyən adət və ənənələr, mental dəyərlər və inanclar onların qarşısında bir divar, bir sədd olubdur.

Bərabərsizliyin aradan qaldırılması: Beynəlxalq Qız Uşaqları Günü qızlar üçün sosial, təhsil, sağlamlıq və iqtisadi sahələrdə bərabərsizliklərə diqqət çəkir. Qızlara bərabər hüquq və imkanlar təmin etməyi hədəfləyən bu gün gender əsaslı ayrı-seçkiliyi azaltmağa çalışır.

Təhsil hüququ: Bir çox ölkələrdə qızlar hələ də təhsil hüququndan məhrumdurlar. Beynəlxalq Qız Uşaqları Günü qızların təhsil hüquqlarını vurğulayır və onların təhsillərini davam etdirmələrinə dəstək verir. Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz. (Xalid Hüseyni)

Sağlamlıq və Təhlükəsizlik: Qızlar sağlamlıq xidmətinə və təhlükəsiz həyat tərzinə daxil olmaqda çətinliklərlə üzləşə bilərlər. Bu xüsusi gün qızları sağlam böyüməyə və təhlükəsiz mühitdə yaşamağa təşviq edir.

Maarifləndirmə: Beynəlxalq Qız Uşaqları Günü qızların üzləşdiyi problemlər haqqında cəmiyyətdə mariflənməni və buna qarşı həssaslığı artırır. Bu gender bərabərsizliyi və qızların üzləşdiyi ayrı-seçkiliklə mübarizədə vacibdir.

Qız Uşaqlarının Potensialının aşkar edilməsi: Qız uşaqları cəmiyyətlərin mühüm hissəsidir və böyük potensiala malikdirlər. Onlar gələcəyin analarıdır.Həm də müəllimi, həkimi, mühəndisidirlər… Necə bir gələcəyə sahib olmağımız qız uşaqlarını necə böyüdüb yetişdirməyimizdən asılıdır.

Beynəlxalq Qız Uşaqları Günü WIKIPEDIA (EN)

Axtarış sözləri: dünya qız uşaqları günü,beynəlxalq qız uşaqları günü, dunya qiz usaqlari gunu,11 oktyabr qızlar günü,11 oktyabr ne gunudur

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir