1 Avqust Ana Dili Günü

1 avqust Ana dili gunu haqqinda ana diline aid azerbaycan dili
5
(1)

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

Bəxtiyar Vahabzadə

1 Avqust Ana Dili Günü

Prezident Heydər Əliyev latın qra­fikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nə­zərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbay­can dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbay­can Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ana Dili haqqında

Dil hər millətin kimliyinin və varlığının əsasıdır. O həm də müstəqil dövlətin əsas rəmzlərindən biridir.
Öz dilini sevmək həm də öz vətəni sevməkdir. Ana dili Ana qədər əziz və doğmadır bizə.
Doğmadır çünki, dünyaya gələrkən ilk ana laylasını bu dildə duyduq. Bu dildə söyədik ilk şeir və nəğməmizi. Onunla ifadə etdik dünyamızı, dünyaları..O işıq tutdu hiss və duyğularımıza, o aydınlıq gətirdi istək və arzularımıza.

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Heydər Əliyev

Təəssüf ki, öz dilinə hörmət etməyən və özgə dilindən istifadə edərək “prestij” qazandığını düşünən gənclər artmaqdadır. Əlbəttə xarici dil bilmək gözəldir. Amma və lakin özgə dilini öz dilindən üstün bilmək, ana dilinə dəyər verməmək əslində özünə, öz vətəninə xəyanətdir.
Dilini itirən bir millət başqalarına əsir olar, qul olar.

Ana dilimiz bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Keçmiş əcdadlarımızı ən dəyərli mirası, gələcək nəsillərin əmanətidir. Biz vətəni qorumaq, ona sahib çıxmaq dedikdə təkcə torpaqları deyil, həm də doğma Ana dilimizi nəzərdə tuturuq.Mirası qorumaq və əmanəti gələcək nəsillərə ötürməksə hər kəsin vətən borcudur.

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: – ana dilimizi – vicdanımızı – Vətənimizi.

Şah İsmayıl Xətai

Bənzər Mövzular:

Axtarış sözləri: 1 avqust ana dili günü,1 avqust ne gunudur,1 avqust azərbaycan əlifbası və azərbaycan dili günü,1 ağustos ne günü,1 avqust azərbaycan dili günüdür

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir