Bilinmeyen maraqli faktlar haqqinda, maraqli hadiseler ve faktlar, en maraqli faktlar
3.8
(15)

Maraqlı faktlar və hadisələr

Yəqin ki, bilinməyən maraqlı faktlar haqqında nəsə öyrəndiyiniz zaman yeni bir şey öyrənməyin sevincini yaşayırsınız. Belə faktlar dünyada həddindən artıq çoxdur. Maraqlı faktlar dedikdə ən sadə hadisələrdən tutmuş insanın ağlına belə gəlməyəcək və təəccüb doğuran böyük hadisələr də nəzərdə tutula bilər.

İndi isə onların bir neçəsini (maraqli faktlar) sizinlə paylaşacağıq:

creative idea icon finger lightbulb
Ən maraqlı faktlardan

Heyvanlar haqqında maraqli faktlar

  1. İlanlar eşidə bilmirlər.
  2. Bayquşlar mavi rəngi görə bilən tək quş növüdürlər.
  3. İnsanların və fillərin ayaqları çox bənzəyir. İnsan ayağına bənzər ayaq şəkli fillərdə mövcuddur.
  4. Timsahlar dillərini çölə çıxara bilmirlər.
  5. Dişilərlə oynayan erkək bala itlər oyunu qazansalar da, çox zaman dişi itlərin qazanmağına özləri ic azə verir.
  6. Afrika fillərinin hamiləlik müddəti 2 il davam edir.

İnsan psixologiyası haqqında maraqlı faktlar

  1. Kədərli anlarda belə özünü gülməyə məcbur etmək daha yaxşı hiss etməyə kömək edir. Belə adi bir təbəssüm belə xoşbəxtlik hissini yaşamağa imkan verir.
  2. Hansısa davranışın vərdiş halına çevrilməsi üçün əslində, 66 gün lazımdır. Bəzən bunun üçün lazım olan vaxtın 21, bəzən isə 40 gündən çox olduğu deyilsə də, faktlar 66 gün olmalı olduğunu göstərir.
  3. Stres əhəmiyyətli dərəcədə beyin quruluşu və funksiyalarının dəyişməsinə səbəb ola bilər.
  4. Bənövşəyi rəng (lavanta çiçəyi rənginin) sakitləşdirici təsiri olduğu təsdiq olunub. Eyni zamanda lavanta bitkisinin çox sakitləşdirici təsiri vardır.
  5. Qırmızı rəng ən cazibədar rəng kimi diqqət çəksə də bəzi insanlarda aqressiya yaradan rəngdir.

İnsan bədəni haqqında ən maraqlı faktlar

  1. İnsanlar 60 yaşına çatdıqda dadalma duyğusunun 50%-ə qədərini itirirlər.
  2. Eşitdiyimiz ən zəif səs belə göz bəbəklərinizin böyüməsinə səbəb olur.
  3. Refleksləri beynimizin idarə etdiyi düşünülsə də, əslində, onurğa beyni refleksləri idarə edir.
  4. İnsanlar aclığa daha çox dayana bilər, nəinki yuxusuzluğa.
  5. Beynimizin yalnız 10%-ni istifadə edirik? Xeyr, bu, yanlışdır. Bilinən bu yalan məlumatın əksi olaraq, biz beynimizin 10%-dən daha çoxunu istifadə edə bilirik.
Dahilər haqqında maraqlı faktlar
  1. Nikola Tesla hələ 6 yaşında ikən özünə su çarxı hazırlamışdır.
  2. Albert Enşteynin yaddaşı zəif olub. Belə ki, o, telefon nömrələrini, tarixləri, hətta adları xatırlamaqda çətinlik çəkirmiş.
  3. Enşteyn skripka çalmağı çox sevirmiş. O, skripka çalmağı beş yaşında öyrənib.
  4. Leonardo da Vinçi mühəndis və memar olaraq da fəaliyyət göstərmişdir.
  5. Fransız yazıçısı Balzak (Honore de Balzac) kofeni çox sevirmiş. Deyilənə görə, 5-6 fincan kofe içmədən yazmağa başlamırmış.
Azərbaycan haqqında maraqlı faktlar
  1. Dünyanın İlk Miniatür Kitab Muzeyi İçərişəhərdə yerləşir.
  2. Xəzər dənizi adı ilə tanıdığımız Xəzər, əslində, bir göldür və Xəzər dünyanın ən böyük gölüdür.
  3. Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzi 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülüb. Qeyd edək ki, Heydər Əliyev Mərkəzi tanınmış memar Zara Hadid tərəfindən layihələndirilmişdir.
  4. Azərbaycanda 350-dən çox palçıq vulkanı mövcuddur.
  5. Oğuz türkcəsinin ən az təhrif olunmuş forması Azərbaycan türkcəsi hesab olunur.
  6. Azərbaycanın həm ən soyuq yeri, həm də ən isti yeri Naxçıvan Muxtar Respublikasında yerləşir – Culfa.
  7. Dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycandadır.
  8. Xəzər dənizinin ən dərin nöqtəsi Azərbaycandadır.
  9. Azərbaycan qadınlara kişilərlə bərabər seçki hüququnu verərək (1918) nəinki Şərq respublikaları arasında qadına seçki hüququ verən birinci ölkə oldu, hətta bəzi qərb ölkələrini də qabaqladı.
  10.  Dünyanın ilk neft quyusu 1847-ci ildə Azərbaycanda (Abşeron ərazisində) qazılıb.

Bənzər yazılar:


Axtarış sözləri: yer kuresi haqqinda maraqli faktlar,maraqli məlumatlar,dunyada en maraqli faktlar,bilmediyimiz maraqli faktlar,hec kimin bilmediyi faktlar,bilinməyən maraqlı faktlar,qeribe faktlar,qisa maraqli faktlar,heyvanlar haqqinda maraqli melumatlar,azərbaycan haqqında maraqlı məlumatlar,heyvanlar haqqında maraqlı məlumatlar

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.8 / 5. Səs sayı: 15

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir