- Sevdiyiniz insanla əl-ələ tutmaq fiziki ağrıları, stressi və qorxuları aradan qaldırır.
Əl-ələ tutaraq sanki sevdiyinizin ruhuna, qəlbinə toxunursunuz və bu çətin anlarda onlara edə biləcəyiniz ən gözəl yaxşılıqdır. - Aşiq olan cütlüklərin ürəkləri 3 dəqiqə bir-birlərinə baxanda eyni ritmdə döyünməyə başlayır.
Yəni ürəklər sinxron olur. Buna birləşmə və bir olma da deyə bilərik.. - Qadınlar zarafatcıl kişiləri sevir.
Qadınların çoxu yaxşı yumor hissi güclü olan kişiləri cəlbedici hesab edir, çünki bu, onlara görə yüksək intellekt və dürüstlük əlamətidir. - Elmə görə, aşiq olduğunuz zaman daha məhsuldar bir insan olursunuz.
Sevdiyiniz zaman gələcək üçün planlar qurmağa başlayırsınız və qarşı tərəflə bir bağ və yaxınlıq qurursunuz. Beyniniz bu xüsusiyyəti öz gündəlik həyatınıza köçürür. İşiniz və gündəlik həyatınızla bağlı uzunmüddətli planlarınız artır və daha çox detallara diqqət yetirərək problemlərin həllinə daha çox diqqət yetirirsiniz. - Ancaq xarici görünüşcə özümüzə bənzəyən insanlara aşiq olmağa daha çox meylliyik.
Hər kəs ən çox özünü və bir də özünə ən çox bənzəyəni sevər. Ortaq maraqlar, oxşar cəhətlər nə qədər çox olsa münasibət də bir o qədər güclü olur. Ancaq bir münasibəti maraqlı və uzun ömürlü edən həm də fərqli cəhətlərdir. - Qədim Yunanıstanda kiməsə alma atmaq ona sevginizi bildirməyin bir yolu idi.
Kişilər evlənmə təklifinin bəyəndikləri xanıma alma ataraq edirmiş. Görəsən heç almanı yanlışlıqla başqa qadına atan olubmu? - Sanskritdə sevgini ifadə etmək üçün 96 söz, Qədim farscada 80 , ingilis dilində isə yalnız bir söz var.
Sevginizi hansı yolla ifadə edirsiniz edin, yetər ki, səmimi olun. - Sinir hüceyrələriniz aşiq olduğunuz ilk ildə çox daha səmərəli işləyir.
Simpatik və həssas neyronların inkişafı üçün vacib olan SİNİR BÖYÜMƏ FAKTORU (NGF- Nerve Groüth Factor) kimi tanınan zülal, aşiq olduğunuz ilk ildə kəskin şəkildə artır. Bu zülal gənc fərdlərdə daha aktiv olduqda, onların sevgisi daha da ehtiraslı olur. - Bir araşdırmaya görə, aşiq cütlüklərin 2%-i bir-birinə alış-veriş edərkən, xüsusilə də supermarketdə aşiq olur.
Marketə belə gedərkən gözəl görünməkdə və nəzakətli davranmaqda fayda var. Nə zaman nə olacaq bilmək çətindir. - Bir insanı bəyənib bəyənmədiyimizə cəmi 4 dəqiqə qərar veririk.
Əlbəttə zamanla insanlar bir-birini tanıdıqca daha çox sevir və bağlanır.Ancaq kimisə heyran etmək istəyirsinizsə, cəmi 4 dəqiqəniz var. Psixoloji araşdırmalar göstərir ki, ilk təəssürat zamanı dediyinizdən daha çox səs tonu, duruşunuz və bədən diliniz önəmlidir.
Eşq və Sevgi haqqında maraqlı faktlar - Qarşı tərəfin göz bəbəkləri sizə baxarkən böyüyürsə, bu onların sizdən xoşlandığını ifadə edə bilər.
Sevgini gözlərdən gizlətmək həqiqətən çətindir. Boşuna deməyiblər: “Gözlər yalan danışmaz.”
Hər kəsə Sevgi dolu günlər arzulayırıq.. - Aşiq olmaq beynin empatiya ilə əlaqəli hissəsini daha aktiv edir.
İnsan ürəkdən birini sevdikdə qarşındakının hislərini də öz içində hiss etməyə, özünü onun yerinə qoymağa başlayır. Bu halda sevənlər bir-birini daha yaxşı anlayırlar. - Sevginizi içinizdə nə qədər gizlətsəniz, bir o qədər də ona aşiq olursunuz.
Ancaq sevgini nə qədər gizlətməyə çalışsanız da gec-tez bədən dili sizi ifşa edir. İfşa olunmadan öncə özünüz etiraf etsəz yaxşıdır. - Dürüstlük, nəzakət və vəfanın cazibəsi
Qadınlar sevgi münasibətlərdə pul, güc və yaraşıqdan çox, dürüstlük, nəzakətə və vəfaya önəm verirlər. Və bu keyfiyyətlərə sahib kişiləri daha cazibədar hesab edirlər. Əlbət istisnalar az deyil, ancaq türklər demiş “İstisnalar kaideyi bozmaz.” - Aşiq olanda daha yaxşı insan olursan
Daha yaxşı həyat tərzini seçmək və əvvəlkindən daha yaxşı insan olmaq istəyi əsl sevginin əlamətidir.İnsan həqiqətən sevəndə artıq pislik edə bilmir və bunun əvəzinə yaxşılığı seçir.. Daha sağlam həyat tərzi, vərdişləri dəyişdirmək və ətrafına fayda verməyə çalışmaq həqiqi sevginin əlamətləridir. - Aşiq olmaq qorxusunun da bir adı var: Filofobiya!
Təkrar yaşanan məyusluqlar sizdə filofobiyanın qapısını açmış ola bilər. Yenidən aşiq olacağını hiss etdiyiniz zaman, böyük bir narahatlıq, ağrı hissi və qaçmaq istəyi varsa, bu filofobiya hesab olunur. - “Mən səni sevirəm” ifadəsini adətən ilk dəfə kişilər deyir.
Sevginin etiraf etmək böyük cəsarət və güc istəyir. Buna görə də bunu ilk edən biz kişilər oluruq. - Çətin bir ayrılıqdan sonra “Ürək qırılma sindromu” yaşanır.
Nəfəs alma pozğunluğu, ürək nahiyəsində şiddətli ağrı və nəfəs darlığı əlamətləri ilə sanki həqiqətən ürəyinizin qırıldığını hiss etmiş olursunuz. - Qarşılıqlı sevgi və uğurlu karyera
Tədqiqatlar göstərir ki, qarşılıqlı sevgi münasibətlərinə sahib insanlar işdə daha yaxşı performans göstərir, yüksəlir, daha çox qazanır və işlərindən daha çox məmnun olurlar. - Qucaqlaşmaq ağrıkəsicilərin stimullaşdırdığı sinir uclarını aktivləşdirir –yəni ağrıları sağaldır!
Qucaqlaşma zamanı “eşq hormonu” adlanan oksitosin ifraz olunur ki, bu da ağrıları azalmasında ən az dərman qədər təsirli olur. Ona görə də, sevdiklərinizi doyunca qucaqlayın. - Sadəcə sevdiyimiz insanın şəklinə baxmaq ağrımızı azalda bilər.
Araşdırmalar artıq sübut edib ki, yaxınları ilə yaşayan insanlar xəstəlikdən daha tez sağalırlar. Hətta, yaxınlarının yanında olmayanda belə onların fotolarına baxan xəstələrin ağrılarında böyük azalma müşahidə edilib.. Sevgi sağaldır.
Axtarış sözləri: sevgi haqqında məlumat,sevgililər haqqında məlumat,mehebbet haqqinda melumat,məhəbbət haqqında məlumat,sevgi haqqinda maraqli melumatlar,sevgi haqqinda melumat,sevgi haqqinda maraqli faktlar Eşq və Sevgi haqqında maraqlı faktlar